Slimfit
  1. TEXNOLOGİYA

Neyroşəbəkəni mətn ssenarisi üzrə cizgi filmləri çəkməyi öyrətdilər

Neyroşəbəkəni mətn ssenarisi üzrə cizgi filmləri çəkməyi öyrətdilər
Sakura

Neyroşəbəkəni mətn ssenarisi üzrə cizgi filmləri çəkməyi öyrətdilər

Ens.az Populyarnaya Mexanikaya istinadən xəbər verir ki, Amerikalı alimlər mətn təsvirinə əsasən “Flinstounlar” animasiya serialının qəhrəmanları ilə qısa çarxlar tərtib edən neyroşəbəkə sistemi yaratdılar.

Allen süni intellekt İnstitutu və İllinoys Universitetinin tədqiqatçıları CRAFT (Composition, Retrieval and Fusion Network) sistemini yaratdılar ki, onun vəzifəsi mətn təsvirinə əsasən animasiyalı görüntü generasiya etməkdir. Əsas kimi “Flinstounlar” animasiya serialını götürdülər. Neyroşəbəkənin anlaması üçün lazım olan mətnlər standartdır: onlarda şərait (məsələn: mətbəx və ya qonaq otağı) təsvir olunmalıdır, personajlar və onların hərəkətləri (oturur, dayanır, gedir, kitab oxuyur) sadalanmalıdır.

CRAFT sisteminə daxil olan neyroşəbəkələri “Flinstounlar” animasiya serialının 25 min əllə emal edilmiş çarxları əsasında öyrətdilər. Emal kadrların işarələnməsindən (hər çarxda onların sayı 75 idi) ibarət idi; alimlər onlarda personajları, fonu və onların hərəkətlərini ayırırdılar. Sistem bu kitabxanadan mətn təsvirinə uyğun olan fraqmentləri seçir və onlardan yeni çarxlar tərtib edir. Bəzən CRAFT səhvə yol verir - hərəkətləri qarışdırır və ya qəhrəmanların üzünü yanlış tərəfə çevirir.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR