Dərc edildi: Baxış sayı: 2236
Jan-Fransua Mansel: «Şuşanı unutmayaq»
Azərbaycan-Fransa Parlamentlərarası işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin redaksiyamıza verdiyi məlumata görə, Şuşanın işğalı ərəfəsində Azərbaycanın Dostlari Assosiasiyası Parisdə bir sıra tədbirlər keçrir.
Həmin tədbirlər çərçivəsində Assosiasiyanın Prezidenti Jan Fransua Manselin Şuşanın işğalı ilə bağlı məqaləsi də Fransanın aparıcı mətbuat orqanı olan "Lemonde"qəzetində dərc olunub.
Həmin məqalənin tərcüməsini oxucularımızın diqqətinə çatdırırıq.
Jan-Fransua Mansel: « 8 mayda Şuşanı unutmayaq»
Əgər 1945-ci ilin 8 mayı bizim yaddaşlarımızda Müttəfiqlərin qalib gəldiyi nasist Almaniyasının təslim olduğu gün kimi qalıbsa, 1992-ci ilin 8 mayı azərbaycanlı dostlarımızın yaddaşında erməni ordusunun ələ keçirdiyi Şuşanın işğalı günü kimi qalıb.
Şuşa Azərbaycan müsiqisinin beşiyi olub. Məhz, bu şəhərdə Azərbaycan xalqının emosiyalarını qədimlərdən bu günə qədər daşıyan muğam ilə bağlı Azərbaycan mədəniyyətinin ən gözəl səhifələri yazılmışdır. Qafqaza səfəri zamanı Aleksandr Düma o dövrün ən lirik şairlərindən biri olmuş Qarabağ Xanının qızı Xurşudbanu Natavan ilə, məhz, Şuşada görüşmüşdür.
Şuşa şəhəri 1992-ci ildə erməni ordusu tərəfindən işğal olunana qədər bütün tarix boyu Azərbaycan mədəniyyətinin döyünən ürəyi olmuşdur. Onun təslim olması ilə Azərbaycan Dağlıq Qarabağının işğalı başa çatır: Şuşanın işğalı zamanı 480 nəfər öldürülmüş, 600 nəfər yaralanmış, 552 uşaq valideynini itirmişdir. Məktəblər, tarixi, mədəni və dini abidələr dağıdılmışdır; Azərbaycan mədəni irsinin Şuşanın tarixi ilə bağlı olan bütün elementləri yoxa çıxmışdır. Dağıdıcı erməni işğalı əsrlərdən bəri Şuşada yaşamış azərbaycanlı ailələrini istisnasız olaraq öz yurd-yuvasından qovmuş və işğalçı ermənilər onların evlərinə yerləşdirilmişlər. Odur ki, bu gün məhz bunun hesabına süni şəkildə özmüqəddəratını həlletmə tələb olunur. O vaxtdan bəri Şuşanın intellekt və sənətkarlıq zənginliyi yalnız xəyallarda canlandırılır. Biz Fransada bu gün zülmdən azad olmağımızın 72-ci ildönümünü qeyd edəndə azərbaycanlı dostlarımızı və 25 ildir ki, azadlığını və müstəqilliyini itirmiş Şuşanı xatırlayırıq. … Ammabu həmişəlik belə qalmayacaq. Arzu edək ki, Respublikanın yeni Prazidenti tezliklə fəal bir şəkildə Minsk Qrupunun həmsədri vəsifəsini üzərinə götürsün, Azərbaycan və Ermənistan arasında barışa, işğal olunmuş torpaqların azad olunmasına və qaçqınların hüquqlarının bərpasına söykənən ədalətli və davamlı bir sülhə nail ola bilsin.
Mənbə: Sherg.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət