Slimfit
  1. ƏDƏBİYYAT

Molla Nəsrəddin - Ağlına gəlməz

Molla Nəsrəddin - Ağlına gəlməz
Sakura

Molla Nəsrəddin - Ağlına gəlməz

Günlərin birində Molla evə gəlib baxır ki, içəridə oğru var. Oğru Molladan qorxur, Molla oğrudan. Bir müddət ikisi də donub qalırlar. Handan-hana oğru özünə gəlib qaçmaq istəyir. Molla çar-naçar atılır oğrunun üstünə. O, bunu yıxır, bu, onu yıxır, axırda Molla oğrunu üstələyir, ayaqlarını bağlayır, uzadır evin ortasına. Özü də gedir hakimin yanına ki, xəbər versin, gəlib tutsunlar. Hakim Mollanı ətraflı danışdırıb əhvalatı öyrəndikdən sonra soruşur: 
– Bəs indi oğrunun yanında kim var? 
Molla deyir: 
– Heç kim. 
Hakim soruşur: 
– Yaxşı, sən deyirsən ki, onun ancaq ayaqlarını bağlamısan, yanında da heç kəs yoxdur. O, indi ayaqlarını açıb qaçar ki... 
Molla fikrə gedir. Görür ki, hakim haqlıdır. Deyir: 
– Hakim ağa, sən tamam haqlısan. Ancaq bu ki mənim ağlıma gəlməyib, heç onun da ağlına gəlməyəcək. O da bizim yerlidir. 
Doğrudan da gedib görürlər ki, ayaqlarını açıb qaçmaq oğrunun ağlına gəlməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR