Slimfit
  1. CƏMİYYƏT

Nazir idarə rəisi olan keçmiş prokuroru vəzifəsindən azad etdi

Nazir idarə rəisi olan keçmiş prokuroru vəzifəsindən azad etdi
Sakura

Nazir idarə rəisi olan keçmiş prokuroru vəzifəsindən azad etdi

Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Aqşin Ziyadov vəzifəsindən azad edilib.

Ens.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

İdarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, buna qədər Akşin Ziyadov Nizami rayon prokuroru vəzifəsində çalışıb. 2017-ci ildə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi təyin olunub.

Xatırladaq ki, Probasiya Xidməti penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsini təmin edən qurumdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR