Dərc edildi: Baxış sayı: 227
Zelenski iki ölkəyə səfərini ləğv etdi
Ukrayna Prezidenti Vladimir Zelenski bu həftənin sonuna planlaşdırılan Portuqaliya və İspaniya səfərlərini ləğv edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “CNN Portuqaliya” məlumat yayıb.
Məlumata görə, Zelenski Ukraynada yaranmış ciddi daxili vəziyyətə görə səfərini ləğv edib:
“Ukrayna dövlət başçısının nümayəndə heyəti anladı ki, cəbhə xəttinin bir neçə istiqamətində, xüsusən də Xarkovda yaranmış ağır vəziyyət hazırda xaricə səfər etməyi məqsədəuyğun hesab etmir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət