Slimfit
  1. DÜNYA

Həbs edilən general-leytenant kimdir?

Həbs edilən general-leytenant kimdir?
Sakura

Həbs edilən general-leytenant kimdir?

Mayın 14-də Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kadrlar üzrə Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsova qarşı cinayət işi açılıb.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə RF istintaq komitəsisinin məlumatında deyilir.  

İstintaq Komitəsinin məlumatına görə, Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsov xüsusilə külli miqdarda rüşvət işi üzrə həbs edilib. Axtarışlar zamanı ondan 100 milyon rubldan çox pul, qızıl sikkələr, kolleksiya saatları və dəbdəbəli əşyalar götürülüb.

General-leytenant Yuri Kuznetsova qarşı xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinməklə bağlı cinayət işi açılıb. Artıq onun barəsində həbs qətimkan tədbiri seçilib. Onu 15 ilə qədər həbs gözləyir.

Kuznetsov 2023-cü ilin mayında Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi təyin edilib.

Bundan əvvəl, 2010-cu ilin mayında Rusiya prezidenti Vladimir Putin onun Silahlı Qüvvələrin Baş Qərargahının Səkkizinci İdarəsinin rəisi təyin edilməsi haqqında fərman imzalayıb. Bu qurum Dövlət Sirlərinin Mühafizəsi Xidmətinə rəhbərlik edir və ordunun idarə edilməsində cari vəzifələrin yerinə yetirilməsi üçün Müdafiə Nazirliyini zəruri məlumatlarla təmin edir.

Kuznetsov Yuri Vasilieviç 1969-cu il martın 7-də Mordoviyanın Ruzaevka şəhərində anadan olub. Ordu generalı S.M.Ştemenko adına Krasnodar Ali Hərbi Məktəbini (1990), Böyük Pyotr adına Strateji Raket Qüvvələrinin Hərbi Akademiyasını (1998), Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (2005) bitirib. Texnika elmləri namizədidir.

Onu da qeyd edək ki, bundan əvvəl Rusiya müdafiə nazirinin müavini Timur İvanov 1,185 milyard rubl məbləğində rüşvət almaqda ittiham edilərək həbs edilib. Müstəntiqlər hesab edirlər ki, məmur şəxsi obyektlərdə pulsuz tikinti və təmir işləri aparmaq üçün Müdafiə Nazirliyinin podratçılardan istifadə edib. Bu işdə “Olimpsitistroy” şirkətinin həmtəsisçisi Aleksandr Fomin və iş adamı Sergey Borodin də həbs edilib. İvanov ona qarşı sürülən ittihamları rədd edir. O, aprelin 24-də o, tutduğu vəzifədən uzaqlaşdırılıb.

Kuznetsov həmçinin Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunun "sağ əli" kimi tanınır. Həbsdən sonra "Şoyqunun adamlarının həbsinə başlanıldı" kimi xəbər başlıqlarında məqalələr dərc olunub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR