Slimfit
  1. CƏMİYYƏT

Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar

Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar
Sakura

Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar

Bakıda sürət yarışı keçirən avtomobillərin sürücülərinə hökm oxunub.

Ens.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, sürət yarışı keçirənlər 1990-cı ildə Beyləqan rayonu, Çəmənli kəndində anadan olmuş Cəfər (şərti ad) və 2007-ci ildə Bakı şəhərində anadan olmuş Teymur (şərti ad) adlı şəxslərdir.

Onlar “Mercedes-Benz E220 CDİ” və “Mercedes-Benz E200” markalı avtomobillərlə Mərdəkan qəsəbəsi istiqamətində sürət yarışı keçiriblər. Sürət həddinin aşılması “Mercedes-Benz E220 CDİ” markalı avtomobillin sürücüsü tərəfindən çəkilmiş videogörüntü ilə müəyyən edilib. Hər iki avtomobilin sürəti 160 km/saat olub.
Sürücülər Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsində törətdikləri əməli etiraf ediblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılıb. “Mercedes-Benz E200”ün sürücüsü 2500 manat, “Mercedes-Benz E220 CDİ”nin sürücüsü 2000 manat cərimələniblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR