Slimfit
  1. DÜNYA

Patruşev vəzifəsindən niyə azad edildi? - Korotçenko

Patruşev vəzifəsindən niyə azad edildi? - Korotçenko
Sakura

Patruşev vəzifəsindən niyə azad edildi? - Korotçenko

Nikolay Patruşev Rusiya Təhlükəsizlik Şurasının katibi kimi Rusiya dövlətinin əsaslarının möhkəmlənməsinə böyük töhfə verib və Patruşevi əvəz edən Sergey Şoyqunun müdafiə naziri vəzifəsində işləyərkən qazandığı təcrübə Təhlükəsizlik Şurasının aparatının müasir tələblərlə işini təmin etmək üçün (! – red.) lazım olacaq.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Nikolay Platonoviç Patruşevin həm Federal Təhlükəsizlik Xidmətinin direktoru, həm də Rusiya Təhlükəsizlik Şurasının katibi kimi Rusiya dövlətinin təməlinin möhkəmlənməsinə verdiyi həqiqətən böyük töhfəni vurğulamaq lazımdır. Şübhəsiz ki, dövlətçi, siyasi və hərbi xadim, dünyanın aparıcı kəşfiyyat xidmətlərindən birinin çox səmərəli rəhbəri… - bütün bunlar Petruşevin avtobioqrafiyasıdır”, - Korotçenko bildirib.

O xatırladıb ki, Təhlükəsizlik Şurasının katibi Təhlükəsizlik Şurasının operativ işini təmin edir:

“Nikolay Patruşev Rusiya Təhlükəsizlik Şurasının dövlətimizin həqiqətən strateji qərargahına çevrilməsi üçün hər şeyi etdi”.

Qeyd edək ki, Rusiya lideri Putinin fərmanı ilə N.Patruşev vəzifəsindən azad edilib, onun yerinə Rusiya müdafiə naziri Sergey Şoyqu təyinat alıb. General Sergey Şoyqunu isə müdafiə naziri postunda mülki şəxs, iqtisad elmləri doktoru, Baş nazirin birinci müavini olan Andrey Belousov əvəzləyib.

Kremldən verilən açıqlamada bildirilib ki, N.Patruşevin bundan sonra hansı vəzifəni daşıyacağı haqda yaxın günlərdə açıqlama veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR