Slimfit
  1. MARAQLI

Məktəblilər üçün: psixoloqlardan yaddaşı və diqqəti gücləndirmək üçün məsləhətlər

Məktəblilər üçün: psixoloqlardan yaddaşı və diqqəti gücləndirmək üçün məsləhətlər
Sakura

Məktəblilər üçün: psixoloqlardan yaddaşı və diqqəti gücləndirmək üçün məsləhətlər

Beynin necə işlədiyini bilərək ondan əla nəticələr əldə edə bilərik. Uşaqlara neyrobiloqlar və psixoloqlar tərəfindən təklif edilən iki sadə üsulu öyrətməyə çalışın və təhsil onlar üçün asan olacaq.

Fakt və yeni sözləri yadda saxlamağın ən yaxşı üsulu

Yadda saxlama idmanı üzrə dünya çempionları 20 rəqəmli ədədi bir dəfə baxmaqla yadda saxlaya bilirlər. Çox vaxt bu inkifaş etmiş vərdişdir, bu isə doğulduqda verilən bir hədiyyədir. Keçən il avropa və amerika neyrobioloqları qrupu bunu anlamağa çalışırdılar ki, onlar çempionların və adi insanların beyinlərinin aktivliyini müqayisə etdilər. Aydın oldu ki, qədimdən “xəyali qala” kimi məşhur olan tapşırığı altı həftə daim edərək çempionların nəticəsinə yaxınlaşmaq mümkündür,

Xəyali qalanı oynamaq üçün yaxşı tanıdığınız yeri – nə vaxtda yaşadığınız və ya işlədiyiniz ev və ya mənzili seçmək lazımdır. Fikrinizdə bu yeri ziyarət edin və detalları xatırlayaraq orada gəzin – otaqlarda mebelin və ya əşyaların yeri və ya mağaza lövhələrin ardıcıllığı.

Marşrutu dəyişməklə gündə ən azı bir dəfə gəzin. Yeni əşyaları əlavə etməklə təsəvvürü işə salın. Onları hara qoyduğunuzu yada salın.Yadda saxlamaq lazım olduğunuz əşyalarə belə obrazlarla müraciət edin: xarici sözlər, əşyalar, faktlar. Təsəvvür olunan interyer və ya mənzərədə onların hər birini hər hansı bir yerə bağlayın. Yeni əşyaları qeyd etməklə gəzişin.

Alimlərin Neuron jurnalında dərc olunmuş məlumlatına əsasən bu metod adi insanın neyron aktivliyini yadda saxlama çempionunun beyninin aktivliyinə 4 həftədə çatdırmağa qadirdir, həm də bu effekt məşğələ bitəndən sonra uzun müddət qalır.

 Hər şey beynin müxtəlif hissələri arasındakı əlaqənin təşkilindən asılıdır. Bu gün neyrobioloqlar əmindir ki, xatirələrin saxlanılması üçün beynin müxtəlif hissələrinin arasındakı mürəkkəb zəncirvari əlaqələrin olması lazımdır. Yaddaşda tanış məkanı çağırmaqla biz belə əlaqələrin çoxunu aktivləşdiririk və bu vaxt beyin asanlıqla yeni informasiyanı yadda saxlayır.

“Xəyali qala” məktəbliyə lazımdır: qaydasız fellər, coğrafi adlar, tarixi günləri öyrənərkən onları fikrinizdə gəzdiyiniz məkanda “düzün” və sonra yenidən “götürün”. Siz öz “məkanınızda” nə qədər çox “gəzsəniz” o qədər bu metod yaxşı işləyəcək.

Fikri toplamaq üçün ən yaxşı üsul

Sizin diqqətinizdə problemin olmasını deyən insanlar çox vaxt yanılırlar. Oyaq insanın beyni həmişə diqqətlidir – düzdür lazım olmayanda diqqətli olmaya bilərsiniz. Qırmızı işıqda keçən piyada işdəki problemlər, inşa yazmağı dayandıran uşaq Betmen və ya Spaydermenin hansının daha güclü olması haqqında fikirləşə bilər və bu suallar da diqqət tələb edir. Problem ondadır ki, qırmızı işıqda keçmək təhlükəlidir, inşanı da yazmaq lazımdır: bu odeməkdir ki, bizim istədiyimizə deyil, vacib olan şeyə diqqəti yönəltmək lazımdır.

Biz həmişə ancaq yeniliyi görməyə meylliliyik: köhnə stimullar biz onları görmədikdə aktuallığını itirir – hətta onlar gözümüzün qabağında olsa belə. Gəlin Troksler effektini götürək: bizim periferik görmə ilə gördüyümüz şeylərin yeri tor qişasına nisbətən uzun müddət dəyişməz qalırsa bəzən görünməz olur. Belə effekt monoton görmə ilə işləyir. Rast gəldiyiniz şeyləri görmək qabiliyyətini bərpa etmək üçün baxış bucağını dəyişmək lazımdır, fikri toplamaq çətin olan işlərlə yenidən məşğul olmaq üçün fasilə vermək və fəaliyyət sahəsini dəyişmək lazımdır. Əgər siz kitab oxuyursunuzsa, başqa kitab kömək etməyəcək, amma stolüstü futbol oynamaq,  idman etmək və ya kompot hazırlamaq isə əla alternativdir.

Uşağa dərsləri bir dəfəyə etməyə məcbur etməyin və düzgün fasilə verməyi öyrədin – ola bilsin diqqətlə bağlı problem öz-özünə həll olunsun.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR