Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Bəylər Ağayev Tapdıq oğlu

Bəylər Ağayev Tapdıq oğlu
Sakura

DOĞUM TARİXİ: 03/02/1969 VƏFAT TARİXİ: 06/08/1992

Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qaraağac kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır.

Döyüşlərdə iştirakı

Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.

1992-ci il... Avqustun 6-sı... Erməni irqçi vəhşilərinin növbəti hücumu. Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünÜ yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: "Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun" və hücuma keçirlər onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələr də özləri ən uca zirvə - şəhidlik zirvəsinə ucalırlar.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Qaraağac kənd tam orta məktəbi onun adını daşıyır.

Qubadlı rayonunun Qaraağac kəndində dəfn edilmişdir, bu kənd hazırda erməni isğalı altındadır.

Mənbə: https://az.wikipedia.org/wiki/B%C9%99yl%C9%99r_A%C4%9Fayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR