Slimfit
  1. MEDİA

Masin.az adlı yeni startap fəaliyyətə başladı

Masin.az adlı yeni startap fəaliyyətə başladı
Sakura

Masin.az adlı yeni startap fəaliyyətə başladı

Masin.az adlı yeni startap fəaliyyətə başladı. Saytın məqsədi maşınların satışını təşkil etmək, maşın bazarlarında alış-satışı canlandırmaq və bu sahədə həvəskarların istək və arzularının gerçəkləşməsində yaxından iştirak etməkdir. 

Sözügedən maşın elanları saytı masin.az adlı domen üzərindən xidmət göstərəcək. Sayt özündə çeşidli reklam və elanları, maşın aksesuarlarını, maşın nömrələrini, minik və kommersiya təyinatlı avtomobillərin satış və kirayəsini ehtiva edən virtual alış-satış platforması kimi yaradılmışdır. Eləcə də sayt ehtiyyat hissələrinin satışı və xidmətlərin təqdimatına da şərait yaratmağı qarşısına məqsəd qoymuşdur. 

Saytda istifadəçilər fiziki şəxs, fərdi sahibkar və ya hüquqi şəxs olaraq qeydiyyatdan keçə bilərlər. Həmçinin fəaliyyət növlərinə uyğun olaraq adi istifadəçi, avtosalon, mağaza, avtoservis, usta və ya "rent a car" şirkəti olaraq qeydiyyatdan keçməklə özlərini saytda daha məqsədəuyğun təqdim edə bilərlər. Bu fəaliyyət növlərinə uyğun olaraq, öz şəxsi profillərində məlumatları doldura və müvafiq elanlar əlavə edə bilərlər.

Masin.az saytının funksiyaları:
  • nəqliyyat vasitələrinin satışı;
  • nəqliyyat vasitələrinin kirayəsi;
  • ehtiyat hissələrinin satışı;
  • avtomobil sektorunda göstərilən xidmətlər;
  • daxili mesajlaşma sistemi;
  • şərh sistemi;
  • hər istifadəçi üçün profil səhifəsi;
  • favoritlər;
  • masin.az jurnalında qanunvericilik, məqalələr və xəbərlər;
  • sosial şəbəkə səhifələrində maraqlı məlumatlar.

Masin.az gündəlik maarifləndirici xəbərlərlə və müasir qanunvericiliyin tələblərinin istifadəçilərinə izahlı təqdimatına üstünlük verməsi ilə də avtomobil həvəskarlarının sevimlisinə çevriləcəyinə əmindir. Sayt bunun üçün ekspertlərin və mütəxəssislərin rəylərinə istinad edərək istifadəçilərini maraqlandıran ən aktual sualların cavablandırılmasında maraqlı olacağını da bəyan edir.

Sayt sevənlərinin görüşünə özünün youtube kanalında (Maşın TV) maraqlı videoyayımlarla da gəlməyi düşünür. 

Maşın.TV əsasən öz çəkilişlərini avtomobil bazarlarında aparmaqla alıcı və satıcılar arasında real qiymətin müəyyən olunmasını, maşın bazarında hansı avtomobillərə üstünlük verilməsini öz istifadəçilərinə və izləyicilərinə təqdim etməyi də planlaşdırır. 

Sözügedən virtual alış-satış platforması daim inkişaf edəcəyinə və texnologiyanın ən müasir tələbləri çərçivəsində öz istifadəçilərinə onlayn-operativ xidmət göstərəcəyinə əmindir. 

Masin.az avtomobil dünyasına həvəsi olan hər kəsi əməkdaşlığa dəvət edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR