Slimfit
  1. TEXNOLOGİYA

Ağıllı şəhərin dörd prinsipi

Ağıllı şəhərin dörd prinsipi
Sakura

Ağıllı şəhərin dörd prinsipi

Rəqəmsal transformasiya həyatın bütün sahələrində baş verir. Bu tendensiya həmçinin müxtəlif İT sistemlərin vasitəsilə şəhər iqtisadiyyatına da təsir edir. Bu da “ağıllı şəhər” adlanır.

 

Resurslara qənaət

 

Ağıllı binalardan istifadə etməklə şəhər iqtisadiyyatı bütün şəhər miqyasında resursların istifadəsində yaxşı qənaət edə bilər. Statistikaya əsasən belə sistemlərin tətbiqi orta hesabla enerji sərfiyyatını yarıya salır və 2-3 ilə qoyulan sərmayə özünü ödəyir.  Ağıllı binaların tətbiqi həmçinin xidmətlə məşğul olan işçi heyətini optimallaşdırmağa və bəzi hallarda ağıllı binaları mərkəzdən bulud sistemləri ilə idarə etdikdə imtina etməyə imkan verir.  Bundan başqa maşın tədrisi əsasında qurulmuş analitik sistemlərin tətbiqi ilə mürəkkəb mühəndis avadanlığının (havalandırma, soyutma və s.) istifadəsinin statistikası əsasında onun nasazlığı müddəti və ehtimalını əvvəlcədən təyin etmək mümkündür. Binalarda elektrik, istilik və su sayğaclarının geniş tətbiqi və onların İT-sistemlərlə inteqrasiyası hesabına  real zamanda müxtəlif binaların resurslarının istifadəsini analiz etmək və enerjiyə qənaəti effektiv idarə etmək mümkündür. Ağıllı elektrik təchizatı istehlakçılara elektrik enerjisini balanslaşdırılmış şəkildə təmin etməklə elektrik şəbəkələrindəki pik yüklənmənin qarşısını almağa imkan verir.

 

Təhlükəsizlik

 

Ağıllı şəhər mütləq təhlükəsiz olmalıdır. Video müşahidə sistemlərinin maşın görməsi və videoanalitika sistemləri ilə inteqrasiyası müxtəlif hadisələrə operativ reaksiya vermək, terrorizm və cinayətkarlıq təhlükələrini aşağı salmağa imkan verir. Analitik sistemlər şəhərin müxtəlif rayonlarında cinayətkarlığı mümkünlüyünü əvvəlcədən aydınlaşdıra bilər. Belə sistemlər öz effektivliyini göstərmişdir. ABŞ-ın Riçmond şəhərində məlum oldu ki, silah nümayişindən iki həftə sonra ağır cinayətlərin yayılmasında sıçrayış oldu.

 

Nəqliyyat və logistika

 

Ağıllı şəhər öz logistikasını idarə etməlidir. Bəlkə də bir çox sürücülər hərəkət marşrutunda tıxacları göstərən sistemlərdən istifadə edir. Növbəti addım isə bütün şəhər miqyasında nəqliyyat axınının intellektual idarəetməsidir ki, bu zaman işıqforlar maksimal nəqliyyat vasitəsini buraxacaq səviyyədə avtomatik iş rejimində işləyəcək. Körpülər və yol yataqlarında olan ötürücülər isə yol örtüyünün pisləşməsi barədə məlumat verəcək ki, bu da təmirləri əvvəlcədən planlaşdırmağa imkan verəcək.

 

Rahat mühit

 

Ağıllı şəhər onun sakinlərinin daha rahat yaşaması üçün yaradılır. Bunun vacib hissəsi sakinlərlə administrasiya və onun xidmətləri (Mis-dən xəstəxanalara qədər) arasında əlaqənin yaradılmasıdır. Buna rəqəmsal administrasiya sistemini istifadə etməklə nail olmaq olar, bu zaman poliklinikada yer bron etmək, usta çağırmaq, şikayət etmək və öz müraciətini izləmək mümkün olur. Sonda ağıllı şəhərin vacib hisəsi olan turizmdir. Şəhərin informasiya sistemləri qonaqlara yaşayış üçün rahat mühiti təmin etməlidir, turistik portallarla, turların planlaşdırılması xidmətləri və turistik yerlərin informasiyası ilə təmin etməlidir.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR