Slimfit
  1. BİOQRAFİYA

Alfred Nobel

Alfred Nobel
Sakura

Alfred Nobelin bioqrafiyası

Nobel Alfred Bernxard (isv. Alfred Bernhard Nobel) — İsveç mühəndis-kimyaçısı. Dinamiti kəşf etmiş, tüstüsüz barıtın tərkibini tapmışdır. Təbiətcə sülhpərvər və ixtiraçı olan isveçli kimyaçı Alfred Nobel dinamiti ixtira etmişdir. Lakin bütün müharibələrə son verəcəyini düşündüyü bu ixtira başqaları tərəfindən son dərəcə ölümcül məhsul kimi görüldü. 1888-ci ildə Alfredin qardaşı Lüdviq vəfat etdiyi zaman, bir fransız qəzeti səhvən Alfredi ölüm taciri adlandıran nekroloq yayımlamışdı. Belə dəhşətli epitafiya ilə tarixdə qalmaq istəməyən Nobel qohumlarını təccübləndirən və məşhur Nobel mükafatlarını təsis edən vəsiyyət qoymuşdur.

Həyatı

Alfred Nobel 21 oktyabr 1833-cü ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur. Alfred Nobel Emmanuel Nobelin 3-cu oğlu olmuşdur. 1842-ci ildə Alfredin 9 yaşı olanda, anası (Andritta Alsell) və qardaşları (Robert və Lüdviq) 5 ili öncə Rusiyanın Peterburq şəhərinə getmiş atası Emmanuelin yanına köçmüşdülər. Növbəti il Alfredin kiçik qardaşı Emil dünyaya gəlmişdi. Memar, inşaatçı və ixtiraçı olan Emmanuel Nobel Peterburqda maşın mağazası açmış və tezliklə müdafiə silahlarının istehsalı ilə bağlı Rusiya hökuməti ilə olan müqavilələr sayəsində böyük uğur qazanmışdı. Atasının uğurları sayəsində Alfred 16 yaşına qədər evdə təhsil almışdı. O, professor N. N. Zinindən kimyanı oyrənməyə başlamışdır. Lakin bir çoxları Alfred Nobeli əsasən öz-özünü maarifləndirmiş bir adam hesab edirlər. Təhsilli bir kimyaçı olmaqla yanaşı, Alfred ədəbiyyatı çox sevirdi və ingilis, alman, fransız, isveç və rus dillərini mükəmməl bilirdi. Həyatının son illərində "Nemezida" adlı yeganə faciə pyesi də yazmışdır.

Alfred, həmçinin həyatının 2 ilini səyahətlərdə keçirmişdi. O, vaxtının çoxunu Parisdə laboratoriyada işləməklə keçirmişdi, lakin, həmçinin Birləşmiş Ştatlara da səyahət etmişdi. Alfred Bernard Nobel London Kral Cəmiyyətinin və İsveç Elmlər Akademiyasının üzvü olmuşdur. O, kommersiya fəaliyyəti ilə də məşğul olmuş, dinamit istehsal edən iki iri trest: Latın və Anqlosaks trestlərini təşkil etmişdir.

Baxmayaraq ki, Alfred dinamitin kəşfi ilə məşhurlaşmışdı, əksər insanlar Alfred Nobeli yaxından tanımırdı. O, qeyri-səmimilik və nümayişi xoşlamayan, sakit təbiətli bir adam idi. Onun çox az dostu var idi və heç vaxt ailə həyatı qurmamışdı. Alfred dinamitin məhv edici gücünü bildiyi halda, onun sülh müjdəçisi olduğuna inanırdı. Alfred dünya sülh müdafiəçisi Berta von Sutnerə belə demişdi: "Mənim zavodlarım sənin iclaslarından daha tez müharibəyə son qoya bilər. 2 ordunun 1 saniyədə bir-birini məhv edə biləcəyi gün gəldiyində, bütün sivil dövlətlər müharibədən geri çəkiləcək və öz qoşunlarını təxliyə edəcəklər."

Elmi fəaliyyəti

Qayıtdıqdan sonra Alfred atasının zavodunda işləməyə başladı. O, 1859-cu ilə, atası müflis olana qədər burada işləmişdir. Az sonra Alfred 1862-ci ilin yayında nitroqiliserin ilə təcrübələr aparmağa və ilk partlayışlarını həyata keçirməyə başlamışdı. Yalnız bir il sonra (1863, oktyabr) Alfred öz partladıcısı, “Nobel alışqanı” üçün İsveç patenti almışdı. Öz ixtirası vasitəsilə atasına kömək etmək üçün İsveçə qayıdan Alfred Stokholm yaxınlığında yerləşən Helenburqda nitroqliserin istehsal etmək üçün kiçik zavod təsis etdi. Təəssüf ki, nitroqliserinlə işləmək çox çətin və təhlükəlidir. 1864-cü ildə Alfredin zavodu partlamış və bir sıra insan, o cümlədən Alfredin kiçik qardaşı Emil həlak olmuşdu. Partlayış Alfredin qarşısını ala bilmədi və sadəcə 1 ay içərisində o, nitroqliserin istehsal edən digər zavodlar təsis etdi. 1867-ci ildə Alfred yeni və idarəsi daha təhlükəsiz olan dinamit ixtira etmişdi.

Nobel Azərbaycanda

Nobel və qardaşları Krım müharibəsinə cəlb olunmuş çar ordusu üçün silah istehsal etməyə başlayırlar. Əvvəlcə Azərbaycana Robert gəlir. O, tüfəng qundağı üçün qoz ağacı (bəzi mənbələrə görə dəmirağac) axtara-axtara Lənkərandan Bakıya gəlir və orada qaynayıb-qarışan bir şəhər görür. Robert Nobel Bakıda neftlə bağlı geniş biznes imkanları görür və qardaşlarını burada şirkət açmağa inandırır. 1875-cu ildə Nobel qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" – Nobel Qardaşları şirkətini yaradırlar. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər.

Lakin Rusiyada proletar inqilabından sonra bolşeviklər Bakı neftinə can atırdılar. 1920-ci ilin aprel ayında onlar Bakıya daxil olur və neft sənayesini milliləşdirirlər. Nobel qardaşlarının milyonları, əlbəttə ki, batmır. Çünki pullar xarici banklara yatırılırdı. Hal-hazırda məhz həmin pullar "Nobel mükafatı" formasında müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur. Nobel mükafatının məbləği təxminən 1,3 milyon dollara bərabərdir.

Ölümü

Alfred sağlığında sülh görmədi. Kimyaçı və ixtiraçı Alfred Nobel 10 dekabr 1986-cı ildə İtaliyada beyin qanamasından dünyasını dəyişdi. Bir sıra dəfn xidməti həyata keçirildikdən və Alfred Nobelin cəsədi yandırıldıqdan sonra, onun vəsiyyətnaməsi oxundu. Hər kəs çox təəccüblənmişdi.

Vəsiyyətnaməsi

Alfred Nobel sağlığında bir neçə vəsiyyətnamə yazmışdı, lakin sonuncusu təxminən ölümündən 1 il əvvəl, 27 noyabr 1895-ci ildə yazılmışdı. Nobel son vəsiyyətində varidatının təxminən 94 faizini “il ərzində bəşəriyyətə böyük töhvələr vermiş şəxslər” üçün 5 mükafatın (fizika, kimya, fiziologiya yaxud tibb, ədəbiyyat və sülh) təsisinə ayırmışdı. Baxmayaraq ki, Nobel vəsiyyətnaməsində mükafatlar üçün çox möhtəşəm planlar teklif etmişdi, vəsiyyətnamə ilə bağlı bir sıra problem yaşandı. Alfred Nobelin qohumları elə təəccüblənmişdilər ki, bir çoxu vəsiyyətnaməyə etiraz etmək istədi.

Vəsiyyətnamənin quruluşunda Fransada vəsiyyətnaməyə etiraz etməyə səbəb ola biləcək rəsmi nöqsanlar var idi. Alfredin qanuni yaşayış yerinin hansı ölkə olması naməlum idi. O, 9 yaşına qədər İsveç vətəndaşı olmuşdu, lakin sonralar Rusiya, Fransa və İtaliyada bu ölkələrin vətəndaşı olmadan yaşamışdı. Nobel ölümündən sonra İsveçdə dəfn edilməsi üçün planlar hazırlamışdı. Vəsiyyətnamə və əmlakın hansı ölkənin qanunları ilə idarə edilməsini yaşadığı yer müəyyənləşdirəcəkdi. Əgər Fransadırsa, vəsiyyətnamə qəbul edilməyə və vergi götürülə bilərdi. Nobel sülh mükafatını Norveç Stortinqinin (Parlamentinin) seçməsini istəmişdi, buna görə də bir çoxları onu vətənpərvər olmamaqda günahlandırdı. Bu mükafatları həyata keçirəcək fond helə də mövcud deyildi və təsis olunmalı idi. Vəsiyyətnamədə bildirilməmişdi ki, ilin qalibi olmayacağı təqdirdə nə edilməlidir. Alfredin vəsiyyətnaməsindəki natamamlıqlar və digər maneələr nəticəsində Nobel fondunun təsisinə və ilk mükafatın təqdim olunmasına qədər maneələrlə dolu 5 il kecmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR