Slimfit
  1. TARİX

Qədim stomatologiya

Qədim stomatologiya
Sakura

Qədim stomatologiya

Maraqlıdır ki, qədim dövrdə stomatologiya nisbətən yüksək inkişaf etmişdi. Belə ki, eramızdan 7000 il əvvəl hazırlanmış ilk plomblu diş Hindistan və Pakistandakı qazıntılar zamanı aşkarlanmışdır. Bəzi insanların dişlərində sümük qazmağın vasitəsilə oyulmuş deşiklər tapılmışdır. Bəzi deşiklər zı dişlərn əlçatmaz yerlərində edilib. İlk plombları mum və əhəngdən hazırlayırdılar, lakin qədim Misirdə artıq plomblama üçün amalqamdan – hazırki dövrdə stomatologiyada istifadə olunan materialdan istifadə edirdilər.

Qədim deşik açan maşın

Qədim Romada protezləşdirmə çox yayılmışdı, protezlər – meyitlərdən götürülən sağlam dişlər yan dişə məftillər bərkidilirdi.

Belə protezləşdirmə üsulu 19-cu əsrin ortalarına qədər istifadə olunmuşdur. Həmçinin stomatoloji əməliyyatlar zamanı anesteziya da inkişaf edirdi. Böyük Pliniy həqiqətən ağrıkəsici effekti olansirkə turşusunun tətbiqindən danışırdı, məşhur ərəb həkimi Aviçenna “buzlaşdırma” kimi aşağı temperaturun istifadəsindən bəhs edirdi.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR