Slimfit
  1. BİOQRAFİYA

Jan Koum kimdir və whatsappı necə yaradıb?

Jan Koum kimdir və whatsappı necə yaradıb?
Sakura

Jan Koum kimdir və whatsappı necə yaradıb?

Doğulduğu yer və ailəsi

Jan Koum Ukraynada “telefonların dinləndiyi” qorxusuyla telefonda danışmaqdan çəkinən Yəhudi bir ailədə isti suyu olmayan bir evdə dünyaya gəlib. Anasıyla birlikdə 16 yaşında olarkən qorxu dolu anti-semit mühitdən qaçıb ABŞ-a, Silikon Vadisinin yerləşdiyi şəhərlərdən biri olan Kaliforniyadakı Mountain Viewa köçürlər.

Anası o vaxtlar ancaq yemək pulu yığaraq dolanışıqlarını təmin etdikləri üçün Ukraynada qalan ailənin digər fərdlərini axtarmağa pul belə tapa bilmirdilər.

Dövlətin dəstəyi ilə yalnız iki yataq otağı olan bir ev tutan iki nəfərlik ailə, Ukraynadan geyimlərinin yanında dəftər qələm almağa pulları çatmayacağı üçün çantalara dəftər qələm dolduraraq ABŞ-a gəlmişdilər. Xərcləri qarşılamaq üçün ana uşaq baxıcılığı edirdi. Jan Koum isə bir supermarketdə təmizlik işçisi kimi işə başlamışdı.

Anasına xərçəng diaqnozu qoyulanda ikisi də işdən ayrıldılar və anasının iş qabiliyyətini itirməsi nəticəsində aldıqları dövlət məvacibi ilə dolanışıqlarını davam etdirdilər.

Təhsili və iş həyatı

Jan Koum İngiliscə kifayət qədər yaxşı danışırdı. Lakin oxuduğu məktəbdə heç kimlə yola getmirdi və 18 yaşına çatanda məktəbdə “problem yaradan” bir adam kimi ad çıxarmışdı.

Cəmiyyətdən və gənclərdən azadə yaşadığı bu müddətdə komputer proqramlaşdırmasını öyrənən və ikinci əl kitab dükanından proqramlaşdırma kitablarını alıb oxuduqca biliklərini artırırdı. Woowoo xaker qrupuna daxil olub Silicon Graphicsin serverlərinə daxil olur.

Çətinliklə bitirdiyi məktəbdən sonra San Jose Dövlət Universitetinə girən Jan Koum Ernst & Young’da da təhlükəsizlik mütəxəssisi kimi part-time proqramçı olaraq işə başlayır. Jan Koum həmin vaxtı Whatsappın qurucu ortağı olan Brian Acton’la tanış olur.

Altı ay sonra Yahooda işə düzələn Jan Koum həm də təhsilini davam etdirirdi.

1997-ci ildə atası öldükdən sonra anası da 2000-ci ildə həyatını itirir və Jan Koum tənha həyata başlayır. 2007-ci ildə Yahoodakı işini tərk edir və Facebooka müraciət edir ancaq rədd cavabı alır.

2009-cu ildə Yahooda qazanıb yığdığı 400.000 dolları xərclədiyi üçün pul qazanmağın yeni yolunu axtarır. Beləlikə whatsapp ideyası ağlına gəlir.

Whatsappın yaranması

Fikri telefon rəhbərində olan adların yanında Facebook statusu kimi “Hal-hazırda məşğulam” “İdman salonundayam” “batareyası bitir” kimi məlumatların yazıldığı bir proqram olur.

Proqramı kodlaşdırmaq üçün İOS developerə ehtiyacı oluğu üçün rentacoder saytından proqramçı tapır.

İlk əvvəl whatsapp tez-tez problemlərlə üzləşir və çökür. Jan Koum həvəsdən düşüb başqa iş axtarmaq istəyir amma dostu onu bu fikrindən yayındıra bilir.

Bir müddət daha davam etməyə qərar verən Jan Kouma möcüzəvi dəstək isə elə həmin zaman Appledan gəlir. 2009-cu ildə push notifications xidmətini yaradan Apple istifadəçilər hətta tətbiqi açıq saxlamadağı zaman da “ping” ataraq o tətbiqdən bir bildiriş gəldiyini istifadəçiyə bildirməyə başlamışdı. Whatsappın dönüş nöqtəsi də elə bu funksiya olur.
Bu gün 1 milyard istifadəçisi olan Whatsapp 2014-cü ildə 19.2 milyard dollar qarışılığında Facebooka satılır.

 

Mənbə: Bizplus.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR