Slimfit
  1. MARAQLI

Kibriti kim kəşf edib?

Kibriti kim kəşf edib?
Sakura

Kibriti kim kəşf edib?

Bizə elə gəlir ki, onlar həmişə olub. Bu əşyalarla bağlı ticarət markaları o səviyyədə adiləşib ki, onlar ümumi ada çevrilib. Belə əşyalar o qədər möhkəm və təbii olaraq ətrafımıza daxil olub ki, biz onların yaranma tarixini heç xatırlamırıq. Sizə onun yaranma tarixini təqdim edirik. Prometey insanlara odu bəxş etdikdən sonra bəşəriyyətin qarşısında bu bəxşişi lazım olanda əldə etmək məsələsi yarandı.  Qədim dövrlərdə bu məsələ iki budağın bir-birinə sürtünməsi ilə, daha sonra daş çaxmaqla həll olunurdu. Daha sonralar suvanmış boz yonqarlar yarandı, lakin od əldə edilmə vasitəsi kimi deyil, ancaq alışdırmaq üçün – onların alışdırılması üçün od lazım idi. Belə yonqarlar haqqında xatırlatmaya ilk dəfə X əsrdə Çində rast gəlinir.  Amma ilk primitiv kibritlər adi qığılcımdan alışırdılar. Bu lampaların yandırılması üçün o qədər rahat idi ki, çin şairi Tao Qu onları öz kitabında “işıldayan xidmətçilər” adlandırırdı.

Kibritin od əldə edilmə vasitəsi kimi olan tarixi 1669-cu il kimyaçı Brandtın fosforun ixtirasından başladı. 1680-ci ildə irland fiziki Robert Boyl (onun adı ilə Boyl-Mariott qanunu adlanır) kağız zolağı fosforla örtüb kükürd başlıqlı taxta kibritlə çəkərək od aldı. Lakin buna əhəmiyyət vermədi. Nəticədə kibritin ixtirası bir əsr gecikdi. 1805-ci ildə fransız kimyaçısı  Jan Şansel kibritin başlığı üçün öz variantını təqdim etdi: kükürd, kalium xlorid və şəkər qarışığı. Dəstə kükürd turşusu olan qab verilirdi ki, kibriti yandırmaq üçün onda islatmaq lazım idi. 1826-cı ildə britaniyalı əczaçı Con Uoker sürtünmə vasitəsilə alışan ilk kibriti kəşf etdi. Kibritin başlığını o kükürd, kalium xlorat, şəkər və sürmə sulfiddən hazırlayırdı, alışma isə sumbata kağınıza sürüşdürməklə baş verirdi. Düzdür, Uokerin kibriti qeyri-sabit idi, yanan maddələr ətrafa dağıldığından çox vaxt yanğınla nəticələnirdi və buna görə də Fransa və Almaniyada onların satışı qadağan edildi. 1830-cu ildə fransız kimyaçısı Şarl Zauriya sürmə sulfidi ağ fosforla əvəz etdi.

Belə kibrit əla yanırdı, başlığın istənilən kələ-kötür səthlə sürüşdürməsindən alışırdı. Lakin alışma iyi və ağ fosforun ətrafa dağılması dəhşətli idi. Bundan əlavə fosfor çox zəhərli idi – “fosforlu nekroz” sürətlə yayılaraq kibrit fabriki işçiləri üçün xəstəliyə çevrildi. Bir kibrit qabında ölümcül ağ fosfor dozası var idi. Udulmuş kibrit başlığının köməyi ilə intiharlar yayılmağa başladı.

Zəhərli və yanğın təhlükəli ağ fosforun əvəzini tapmaq asan deyildi. Bunu işveç kimyaçısı Qustav Erik Paş bacardı. 1844-cü ildə o sadə bir şeyi anladı: əgər kibrit kükürdlə fosforun mexaniki kontaktından alışarsa fosforu kibrit başlığı ilə qarışdırmağa ehtiyac qalmır – onu kobud səthə yaxınlaşdırıb sürtmək kifayətdir. Qırmızı fosforun vaxtlarında çıxan bu həll (ağdan fərqli olaraq havada yayılmır və daha az zəhərlidir) əsl təhlükəsiz kibritin yaranması üçün əsas oldu. 1845-ci ildə iki isveçli İoxhan və Karl Lundstyomlar qardaşları – təhlükəsiz kibriti kütləvi satışa çıxaran şirkətin əsasını qoydu, “isveç kibriti” isə markanın adı oldu.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR