Slimfit
  1. MARAQLI

iPhone X almaq üçün 7 qənaət üsulu

iPhone X almaq üçün 7 qənaət üsulu
Sakura

iPhone X almaq üçün 7 qənaət üsulu

Bu yaxınlarda Apple yeni iPhone X smartfonunu təqdim etdi. Onun qiyməti Azərbaycanda 2500 manatdan yuxarı olması gözlənilir.

Evi kirayə verib dostunun evinə köçmək

İlk növbədə iPhone almaq üçün qazanmağın ən sürətli üsuludur. Əgər sizin üçün boş yeri olan dostunuz varsa, onun evində qala bilərsiniz. Bu həm də şən olacaq. Təsəvvür edin ki, axşamlar birlikdə dostunuzla şahmat və müxtəlif oyunlar oynaya bilərsiniz, birlikdə şam yeməyi hazırlaya bilərsiniz. Gecələr isə bir-birinizə qorxulu hekayələr danışa bilərsiniz, lap uşaqlar üçün olan düşərgələrdəki kimi.

Əlbəttə ki, əgər siz Bakıda yaşayırsınızsa, onda evinizi kirayə verməklə bir neçə aya iPhone X ala bilərsiniz. Gəncə, Sumqayıt və digər şəhərlərdə isə bir il və ondan çox müddət lazım ola bilər.

Qənaət məbləği – ayda 150-800m

iPhone X neçə aya ala bilərsiniz – 4-18 ay

Piyada gəzmək

Bunun da öz müsbət cəhətləri var: düşünün ki, siz artıq çəkidən qurtula bilərsiniz və bədəninizi formaya sala bilərsiniz. Nəhayət bu qənaətlə iPhone X ala bilərsiniz. Benzinin son zamanlar bahalaşmasını nəzərə alsaq piyada gəzmək avtomobil xərclərinən sizi qurtaracaq. Bundan başqa avtomobilin xərcləri, sığorta və təmiri də nəzərə almaq lazımdır. Kasko sığortası isə daha böyük məbləğdə qənaət etməyə imkan verəcək.

Qənaət məbləği – ayda 200-600m

iPhone X neçə aya ala bilərsiniz – 5-13 ay

Əgər ictimani nəqliyyatdan istifadə edirsinizsə iPhone X almaq sevdasından yenə də əl çəkməyin. Lakin bu arzunuzun həyata keçməsi üçün daha çox gözləməli olacaqsınız. Müsbət cəhəti yenə də sağlam həyat tərzidir. Əgər işə və ya təhsil müəssisəsinə qədər məsafə çox deyilsə, onda onun heç bir mənfi cəhəti yoxdur.

İctimai nəqliyyat üçün orta statik xərc aylıq 50m-dır. iPhone X dəyərinə qədər yığsanız ona qədər o ucuzlaşa da bilər.

Qənaət məbləği – ayda 50m

iPhone X neçə aya ala bilərsiniz – 52 ay

 

Evdəki internetdən imtina etmək

İşdə internetdən istifadə etmək çoxları üçün kifayət edir. Lakin axşamlar yenə də evdə noutbukdan istifadə edirik. Təsəvvür edin ki, evdə interneti söndürübsünüz. Axşamlar daha heç bir serial, film olmayacaq, yatmağa mane olan heç bir sosial şəbəkə olmayacaq. iPhone X almaq üçün qənatə etməyin ancaq xeyri var. Möhkəm yuxu, sevimli insanlar demək olar bal ayı yaşayacaqsınız. Sonda da bonus olaraq iPhone X ala biləcəksiniz.

Qənaət məbləği – ayda 10-25m

iPhone X neçə aya ala bilərsiniz – 104-260 ay

Ev heyvanlarını xüsusi yeməklərdən məhrum etmək

Pişiklər siçanlarla qidalan bilər. Düzdü hər evdə siçan olmaya bilər, amma pişiyiniz üçün balıq istənilən mağazada satılır. Donmuş, təzə və s. formada balıq satılır. Bu növ balıqlara – putassu, marfuşa aiddir. Əgər pişiyi balıq yeməyə öyrətsək, arada süd və xama versək ayda 50m-dan çox pula qənaət edə bilərik.

Qənaət məbləği – ayda 60m

iPhone X neçə aya ala bilərsiniz – 45 ay

Qarabaşaq dietasına keçmək

Gündə orta hesabla 10-15m yeməyə xərcləyirik. Biznes lanç 5-10m dəyərində hesablayaq, ora səhər və şam yeməyini də əlavə etsək təxmini bu xərc alınır. Hələ başqa vaxtlar dostlarla görüşəndə olan yemək xərclərini də buraya əlavə etmək olar. Ayda ümumi 250-350m yeməyə pul xərcləyirik.

Amma nəsə yemək lazımdır axı. Qarabaşaq dietasına keçsəni ümumi xərciniz təxminən 150m ətrafında olacaq. Həm də yaxşıca arıqlayacaqsınız.

Qənaət məbləği – ayda 100-200m

iPhone X neçə aya ala bilərsiniz – 13-26 ay

Əlavə içkilərdən imtina etmək

Azərbaycanda ən çox çay içildiyini nəzərə alsaq ondan imtinanı təsəvvür etmək olmaz. Əlavə olaraq gündə 2 fincan kofe içirsinizsə, ayda bunun üçün 40m-a yaxın xərclədiyimizi hesablaya bilərik. Enerji içkiləri çox yayıldığından ondan da imtina etmək lap yerinə düşər. Bunun üçün də ayda 20-30m sərf etdiyimizi nəzərə alsaq ayda içkilərdən 60-70m qənaət edə bilərik.

Qənaət məbləği – ayda 100-200m

iPhone X neçə aya ala bilərsiniz – 13-26 ay

Manikürü evdə etmək

Qızlar həftədə 2-3 dəfə manikür üçün usta yanına gedir. Bu həftədə 30-40m, ayda 120-160m edir. Əgər ürəyiniz iPhone X istəyirsə, onda bu proseduru salonda etməkdən imtina edin. Yeşikdən dırnaq qayçısını götürün. Barmaqlarınıza bir az ilıq bitki yağı damcıladın, bir az gözləyin və sonra adi diş fırçası ilə təmizləyin. Düzdür, evdə yaxşı manikür edə bilməzsiniz, amma ən azından dırnaqlarınızı səliqəyə sala bilərsiniz.

Qənaət məbləği – ayda 120-160m

iPhone X neçə aya ala bilərsiniz – 16-22 ay

Donor olmaq

Xeyirxah məqsədlər üçün çox şeyi qurban vermək olar: qan, plazma, saçlar, yumurtalıq və s. Biz burdan xəstəxanaya getməyinizi demirik, sadəcə statistikanı sizə çatdırırıq. İldə 4 dəfə qan vermək olar. Bir dəfəyə sizə 50-150m ödəyə bilərlər. Yəni ildə 200-600m əldə edə bilərsiniz. Əgər sizin uzun saçınız varsa, onda onu da kəsdirib sata bilərsiniz və bununla imicinizi dəyişə bilərsiniz. Bir dəfəyə sizə 40-100m ödəniş edə bilərlər. Yəni cəmi 240-700m yığmaq olar.

Qənaət məbləği – ayda 120-160m

iPhone X neçə aya ala bilərsiniz – 16-22 ay

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR