Slimfit
  1. MƏDƏNİYYƏT

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Dövlət Komitəsində olublar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Dövlət Komitəsində olublar
Sakura

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Dövlət Komitəsində olublar

Noyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin yarandığı vaxtdan Azərbaycanın yanında olduğunu qeyd edən Dövlət Komitəsinin sədri Bahar Muradova Mərkəzin insanlıq və bəşəriyyət naminə göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib. Mərkəzin COP29 çərçivəsində fəaliyyətinə diqqət çəkən komitə sədri təşkil olunan tədbirlərin ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib.

O qonaqlara, həmçinin ailə, qadın və uşaq məsələləri ilə bağlı dövlət siyasətini həyata keçirən Komitənin fəaliyyəti barədə məlumat verib.

COP29 günlərində dünyanın müxtəlif nöqtələrindən insanların bir amal uğrunda Bakıda toplaşdığını deyən B. Muradova siyasətlərin insanların istək və arzularına uyğun qurulması arzusunu dilə gətirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin Azərbaycanda olmaqdan və belə bir qlobal konfransda iştirakdan məmnunluğunu ifadə edib. O bildirib ki, COP29 konfransından keçən müddət ərzində aparılan işlər kifayət qədər intensivdir və vacib məsələlər arasında gender məsələləri xüsusilə qeyd edilməlidir.

Dünyada qadınların üzləşdiyi məsələlər sırasında iqlim dəyişmələrinin təsirlərinin də yer aldığını diqqətə çatdıran qonaq qeyd edib ki, qadınlara nəinki yardım göstərilməli, həm də düzgün həll yollarının tapılmasında onlarla birgə işləməli, onların iqlim dəyişmələrinə qarşı müqavimət gücünün artırılmasına çalışılmalıdır.

Mərkəzin üzvü, BMT-nin Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinosa COP29 çərçivəsində uğurlu tərəfdaşlığın qurulmasından məmnunluğunu ifadə edib. Vurğulayıb ki, zəngin diskussiyalar, müzakirələr və panel toplantılarında iştirak etmək, beynəlxalq məşvərət Komitəsi çərçivəsində çalışmaq qürurvericidir.

Azərbaycanın belə böyük tədbirin öhdəsindən layiqincə gəldiyini vurğulayan qonaq əlavə edib ki, bu konfrans həm iqlim üçün, həm də çoxtərəfli əməkdaşlıq üçün faydalıdır.

Mərkəzin üzvü, Gürcüstanın sabiq ədliyyə naziri Eka Tkeselaşvili isə qeyd edib ki, Azərbaycan regionda bu beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edir, ilklərə imza atır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı tarixində ilk dəfə idi ki, bir gün tam olaraq qadın mövzusuna, gender məsələlərinə həsr edildi. Bu, dünyaəhəmiyyətli uğurdur.

 

Sonra görüş qarşılıqlı maraq doğuran faydalı və mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə davam edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR