Slimfit
  1. SİYASƏT

Türkiyəli iqtisadçı: İqlim böhranı fəlakətli nəticələrə gətirib çıxara bilər

Türkiyəli iqtisadçı: İqlim böhranı fəlakətli nəticələrə gətirib çıxara bilər
Sakura

Türkiyəli iqtisadçı: İqlim böhranı fəlakətli nəticələrə gətirib çıxara bilər

Dövlətlərin ətraf mühitin mühafizəsi prinsiplərinə zidd olaraq iqtisadiyyatı inkişaf etdirmək cəhdləri bütün bəşəriyyət üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,   bu fikri tanınmış türkiyəli ekspert, iqtisadiyyata dair 26 kitabın müəllifi, elmlər doktoru Mahfi Eğilmez söyləyib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasının (COP29) əhəmiyyətini şərh edən iqtisadçı dünya iqtisadiyyatının aktiv artım templərinə diqqət çəkərək qeyd edib ki, təkcə son 23 il ərzində qlobal ÜDM həcmi üç dəfə artaraq 105,4 trilyon dollar həddə çatıb.

“Resurslardan səmərəsiz istifadə edilməsi və ətraf mühitə nəzarətsiz emissiyalar təbiət və bəşəriyyət üçün zərərlidir. Qlobal temperaturun artması səhralaşma, meşə sahəsinin azalması, buzlaqların əriməsi, quraqlıq, anormal temperatur rejimləri və biomüxtəlifliyin azalması ilə əlaqələndirilir”, - deyə ekspert sadalayaraq, ekoloji addımların inkişaf etməkdə olan ölkələrdə çox vaxt qeyri-populyar olduğunu etiraf edib.

Eğilmez bu gün atmosferə atılan istixana qazlarının ən azı yarısının Şimal yarımkürəsi ölkələri, xüsusilə Çin, ABŞ, Avropa ölkələri və Hindistandan payına düşdüyünü qeyd edib.

Onun sözlərinə görə, Türkiyə atmosferin istixana qazları ilə çirklənməsinə görə dünyanın 20 ölkəsindən biridir, coğrafi mövqeyinə görə isə bu ölkə iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkələrdən biridir.

Elmlər doktoru alimlərin iqlim dəyişikliyinin mənfi nəticələrini ilk növbədə Türkiyənin Aralıq dənizi regionunun, eləcə də Şərqi və Cənub-Şərqi Anadolu bölgəsinin sakinlərinin hiss edəcəyi ilə bağlı hesablamalarına diqqət çəkib.

Ekspert dünya birliyinin iqlim sektorunda birgə addımlarının vacibliyini qeyd edərək, bir sıra dövlətlərin hələ də Paris sazişinin iştirakçısı olmadığını diqqətə çatdırıb. “Bu saziş hələ də İran, İraq, Liviya və Yəmən tərəfindən dəstəklənməyib. Bu dövlətlər arasında Türkiyə kimi havanın çirkləndirilməsinə görə TOP 20 dövlət arasında yer alan İran xüsusilə əhəmiyyətlidir.

Eyni zamanda, o, ABŞ-ın iqlim gündəminin təşviqində xüsusi rolunu qeyd edib. İqtisadçı hesab edir ki, “Prezident Donald Trampın ikinci prezidentlik dövründə ABŞ yenidən Paris sazişindən çıxsa, razılaşmaların onsuz da çətin olan icrası daha da çətinləşəcək”.

 

Eğilmez əmin olduğunu bildirib ki, ətraf mühit problemləri o qədər əhəmiyyətli və miqyaslıdır ki, bu məsələni siyasətçilərin vicdanına buraxmaq olmaz. İctimaiyyət, sadə vətəndaşlar böhranın həllinə cəlb edilməlidir”, - deyə o vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR