İnsanlar xəta törədən robotları daha çox xoşlayır
Center for Human Computer Interaction Universitetinin araşdırma mərkəzinin alimləri insanların iki növ robota necə reaksiya vermələrini analiz ediblər: birinci növ robotlar ideal işləyən, digərləri isə davranışında səhvləri olan. Nəticələr göstərir ki, eksperiment iştirakçıları “qüsurlu” cihazları daha yaxına buraxıblar.
Robotların fəaliyyətindəki qüsurların insana olan təsirini yoxlamaq üçün alimlər NAO robotunu xətalı davranış üçün proqramlaşdırdılar və iştirakçılara onlarla qarşılıqlı əlav qurmağa icazə verdilər. Onlar robotun görünüşünü, onun intellektinin imkanlarını qiymətləndirdilər; tədqiqatçılar həmçinin robot tərəfindən edilən səhvlərə olan reaksiyanı da analiz etdilər. Video kodlaşdırma vasitələrinin köməyi ilə alimlər indiki nəticələri əvvəli təcrübələrin nəticələri ilə müqayisə etdilər və insanların “səhvə yol verən” robotlarla sosial siqnallarla əlaqə qururlar. İştirakçılarla müsahibə keçirib, istifadəçi reytinqi tərtib etməklə araşdırma komandası maraqlı bir nüans aşkar etdi: aydın oldu ki, xətalı robotlar insanlar tərəfindən daha az “ağıllı” və ya daha antropomorfik qəbul etmədilər. Əksinə insanlar kamil olmayan robotları daha cəlbedici qiymətləndirdilər.
Alimlərin fikrincə nəticələr nəzarət effektini ( insanın xəta törədərkən cəlbediciliyinin artması effekti ) təsdiqləyir. Araşdırma qrupu qeyd edir ki, ünsiyyət zamanı xətaların dərindən öyrənilməsi gələcəkdə insanla robot arasındakı qarşılıqlı əlaqənin optimallaşdırılması üçün xeyirli olacaq. Belə ki, əlaqədə hansısa xətanın olmasını “anlayan” robot istifadəçiyə o barədə bildiyini və onu həll etmək üçün strategiya tətbiq etməyə başladığını çatdıra bilsin.
Tədqiqatçılar hesab edir ki, onların nəticələri sosial robotların hazırlanması sahəsində tətbiq edilə bilər. Robotun ideal işləməsi əvəzinə robotun xəta törətməsi və onun üzərində öyrənməsi texnologiyasını istifadə etmək olar. Bu formada robotlar insanlar üçün daha cəlbedici olacaq.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət