Slimfit
  1. TARİX

İngiltərədə Yerdə nə vaxtsa yaşamış ən böyük canlının sümükləri aşkar olunub

İngiltərədə Yerdə nə vaxtsa yaşamış ən böyük canlının sümükləri aşkar olunub
Sakura

İxtiozavrlar müasir göy balinaları ölçüsü ilə üstələyən qədim dəniz yırtıcılarıdır.  

Bu yaxınlarda İngiltərədə qədim dövrdə yaşamış nəhəng su sürünəninin sümükləri aşkad olunub. Arxeoloqlar iddia edirlər ki, onlar Yer üzərində 250 milyon il əvvəl yaşamış nəhəng heyvana - ixtiozavra məxsusdur. Araşdırmalara əsasən yetkin növ 26 metr uzunluğuna çata bilərdi, yəni müasir göy balinanın ölçüsündə idi.

İxtiozavrların qalıqları bütün dünya üzrə müxtəlif yerlərdə aşkad olunub. Onlar okeanlarda o dövrün ən qorxunc dəniz yırtıcıları olaraq erkən trias və gec təbaşir dövründə hökmranlıq edirdilər. Yeni növün sümükləri Bristoldan bir saatlıq yolda tapılmışdır və alimlərə təkcə ayrı-ayrı ətrafları deyil, bütövlükdə bütün sürünəni qiymətləndirməyə imkan verib. Tədqiqatçılar qeyd edir ki, məhz bu ixtiozavr eyni növ arasında ən nəhəngi olub.

Bu kəşf əvvəlkini də aydınlaşdıra bilər: 1850-ci ildə Bristolun yaxınlığında Aust şəhərində dinozavr sümükləri tapılmışdı. Alimlər güman edirdilər ki, onlar yerüstü canlılara (steqozavra və ya zauropodlara) məxsusdur, lakin bəlkə də onlar ixtiozavrın qalıqları idi.

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: Populyarnaya Mexanika

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR