İsrail MN İranda HƏMAS liderinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb
İsrail Müdafiə naziri İsrael Kats Yəməndəki husi üsyançılarının liderlərinə hədə-qorxu gələrək ilk dəfə rəsmən ölkəsinin Tehranda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmail Haniyənin məhv edilməsində iştirakını etiraf edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,müdafiə nazirinin sözlərini “Ynet” portalı yayıb.
“Biz onlara (husilərə – red.) ciddi zərər vuracağıq, onların strateji infrastrukturuna zərər vuracağıq və Tehranda Haniyə, Qəzzada [onun varisi Yəhya] Sinvar və Livanda [“Hizbullah” təşkilatının rəhbəri Həsən] Nəsrulla ilə etdiyimiz kimi, onların liderlərini məhv edəcəyik”, – Kats bildirib.
Xatırladaq ki, Haniyə iyulun 31-də Tehranda öldürülüb. İsrail əvvəllər onun məhv edilməsində iştirakını etiraf etməmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət