Slimfit
  1. ELM

Alimlər tirannozavrın hansı sürətlə qaçması barədə əfsanəni aydınlaşdırıblar

Alimlər tirannozavrın hansı sürətlə qaçması barədə əfsanəni aydınlaşdırıblar
Sakura

Bu dinozavrın sürəti insanların əksəriyyətinin sürətindən istənilən halda çox olub.

Nəhəng tirannozavrın ölçüsü və çəkisi onu 20km/s sürətdən artıq hərəkət etməyə imkan vermirdi. Bu fikir Mançester Universitetinin alimləri müasir kompüter modelləşdirməsi sistemi vasitəsilə apardıqları araşdırma nəticəsində formalaşıb.

Sırf tirannozavrın əzələ kütləsi haqqında məlumatlara əsaslanan ilkin nəticələr güman edirdi ki, onun hərəkət sürəti 30km/s-a çatır. Lakin alimlər nəhəng varlığın skeletinin müəyyən xüsusiyyətlərinə düzəliş edərək digər nəticəni – cəmi 20km/s sürəti əldə etdilər.

“Tirannozavr – dinozavrlar ailəsindən ən populyarıdır və paleontoloqlar artıq onun hərəkət sürəti barədə mübahisələr aparır... Artıq reallığa maksimal dərəcədə yaxın olan kompüter simulyasiya proqramının köməyi ilə biz tirannozavrın hərəkət modelini qura bilərik. Bu model göstərir ki, o qaça bilmirdi – skeletin möhkəmliyi buna imkan verə bilməzdi. Buna görə də tirannozavr çox yavaş hərəkət edirdi və sürətli şikarı ovlaya bilməzdi”, - professor Vilyam Sellers deyir.

Alimlərin çoxdan ixtiyarında olan tirannozavr pəncələrinin izləri güman etməyə imkan verirdi ki, əslində dinozavr Hollivudun izləyicilərə təqdim etdiyi kimi cəld deyildi.

“Kompüter modeli köməyi ilə hesablanan tirannozavrın maksimal sürəti insanların əksəriyyətinin sürətindən istənilən halda çox olub və bu da onu daha təhlükəli edirdi", - o deyir.

“Yura dövrü Parkı” filmindən məşhur epizodu xatırlayaraq o əlavə edir: “Əgər Ceff Holqblyum maşında gizlənməsə idi o tirannozavrdan yaxasını qurtara bilməzdi”.

Professor Sellers öz araşdırmalarının nəticələrini belə izah edir: “Biz təsdiqləyə bilərik ki, yırtıcı nəhəng dinozavrların qaçmaqla hərəkət etməsi praktik cəhətdən mümkün deyildi, lakin ölçü cəhətdən kiçik olanlar sürətlə hərəkət edə bilərdi. Yəni boya görə tirannozavr daha böyük və ləng olurdu və vaxt keçdikcə ov üsulu dəyişməli idi”.

“Bu bizə minlərlə dinozavr yaşadığı təbaşir dövründəki həyatı daha düzgün və tam görməyə kömək edir”, - alim əlavə edir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR