Slimfit
  1. MARAQLI

Bütöv bir ölkənin sahibinə çevrilən insan

Bütöv bir ölkənin sahibinə çevrilən insan
Sakura

Bütöv bir ölkənin sahibinə çevrilən insan

1815-ci ildə Natan Rotşild bir ölkənin bütövlükdə sahibinə çevrilir. Bəli düz oxuyursunuz. Natan Rotşild adlı bir insan bütün ölkəni ala bildi.

 

Gəlin bunun necə baş verdiyini aydınlaşdıraq.

 

19-cu əsrin əvvəllərində Napoleon Bonapart özünün hərbi kampaniyasını başladaraq öz yolunda olan hər yeri zəbt edirdi.

 

Fransızların və avropa monarxlarını koalisiyasının həlledici döyüş anı çatdı. Bu dəhşətli döyüş “Vaterlo uğrunda döyüş” adlandırıldı.

 

Vaterlo döyüş sahəsi müasir Belçikanın ərazisində Parisdən şimal-şərq istiqamətində 320km məsafədə yerləşdir. Burada 1815-ci ildə Napoleon minlərlə fransız və ingilisin qanı hesabına başa gələn son məğlubiyyətinə məruz qaldı.

 

Hərbi əməliyyatların əvvəldən iddia edilən nəticəsindən asılı olmayaraq Londonda Natan Rotşild ingilis fond bazarının və mümkün olsa İngiltərə Bankının ələ keçirilməsi planını hazırlayırdı.

 

O Rokvud adlı özünün etibarlı agentini La-Manş boğazının yaxınlığına, döyüş meydanının şimal tərəfində göndərdi.

 

Döyüşün nəticəsi – Napoleon və fransız ordusunun məğlubiyyəti məlum olan kimi Rokvud boğazla xəbəri Böyük Britaniya ordusunun kuryerindən 24 saat əvvəl Natan Rotşildə çatdırdı.

 

 Rotşild informasiyanı alan kimi dərhal fond birjasına getdi və orada həmişəki yerini tutdu.

 

Bütün diqqət ona cəmlənmişdi -  hamı bilirdi ki, Rotşildin bütün dünyada informatorları var.

 

Əgər Böyük Britaniya ordusu məğlub olsaydı və Napoleon qalib gəlsəydi onda Böyük Britaniyanın maliyyə vəziyyəti Fransadan asılı olacaq dərəcəyə çataraq sarsılardı.

 

Rotşild qəmgin görünürdü. O öz yerində hərəkətsiz oturub gözünü aşağıya dikmişdi. Sonra o qəflətən öz ingilis aktivlərini satmağa başladı.

 

Bunu görən bəzi investorlar düşündü ki, İngiltərə döyüşü uduzub. Onların şübhəsi Rotşildin etibarlı şəxslərinin Napoleonun qalibiyyəti barədə yaydığı şayələrlə möhkəmləndi.

 

İnvestorlar dərhal ingilis istiqrazlarını sataraq öz pullarını xilas etməyə başladılar.

 

Bazarda qiymətlər sürətlə aşağı düşdü: qiymətli kağızların dəyəri demək olar sıfıra endi. Bu anda Rotşildin agentləri aksiyaları çox ucuz qiymətə alaraq istiqraz bazarında nəzarəti ələ keçirdilər.

 

Beləliklə Natan Rotşild 40 milyon funt sterlinq qazandı. 19-cu əsrin ortalarında Rotşildlər ailəsi dünyanın ən varlı ailələrindən birinə çevrildi.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR