Dərc edildi: Baxış sayı: 769
“Honda” şirkəti gülümsəyə, ağlaya və ya mürgüləyə bilən robot təqdim edib
Las-Veqasda keçirilən “CES 2018” Beynəlxalq Elektronika İstehlakçıları Sərgisində “Honda” şirkəti gülümsəyə, ağlaya və ya mürgüləyə bilən robot təqdim edib. “3E-A18” robotu insanlarla, xüsusilə uşaqlarla əlaqə üçün nəzərdə tutulub. Onun rəqəmsal sifəti müxtəlif ifadələri, o cümlədən qəzəb və həyəcanı göstərə bilir.
AZƏRTAC “futurist.ru” saytına istinadla xəbər verir ki, yumşaq rezin tekstura ilə örtülmüş robot bir təkər üzərində hərəkət edir. Şirkət nümayəndələri ondan hava limanları və ticarət mərkəzlərində istifadə etməyin mümkün olacağını bildiriblər. “3E-A18” robotu emosiyaları ifadə etməklə yanaşı, həm də insan emosiyalarını tanıyır.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət