Slimfit
  1. PSİXOLOGİYA

Güclü motivasiyanı inkişaf etdirən 9 vərdiş

Güclü motivasiyanı inkişaf etdirən 9 vərdiş
Sakura

Güclü motivasiyanı inkişaf etdirən 9 vərdiş

1 . Səhər tezdən oyanmaq

Uğur qazanmış insanların əksəriyyəti səhər tezdən oyanırlar. Günəşin şəfəqindən öncə oyanan insanlar onların həyatlarının yaxşılığa doğru dəyişildiyini qeyd edirlər. Siz də tez oyanmağa cəhd edin. Və 1-2 aydan sonra sizin, sübhü yataqda qarşılayaraq itirdiyiniz vaxta heyfiniz gələcək.

2 . Kitab oxuyun

Əgər siz gün ərzində kitab oxumağa bir saat vaxt ayırsanız, sizi əhatə edən insanların arasında ən ağıllı insan olduğunuzu kəşf edəcəksiniz. Siz suallara daha tez cavab tapacaqsanız, insanlara sizinlə ünsiyyət qurmaq xoş olacaq. Mark Tven: “ Yaxşı kitablar oxumayan insan, oxumağı bacarmayan insandan fərqlənmir”.

3 . Sadələşdirmək bacarığı

Sadələşdirmək lazımsız və faydasız olan hər şeyi aradan qaldırmaq deməkdir. Bu bacarığa sahib olduqda insanın yaddaşı və hissləri təmizlənir, daha az əsəb keçirir. Sizin həyatınız nə qədər sadə olsa, bir o qədər siz ondan zövq ala biləcksiniz.

4 . Yavaşlama

Daimi sters və xaos vəziyyətində həyatdan zövq almaq mümkün deyil. Özünüzə vaxt ayırın, daxili aləminizin və özünüzün səsinə qulaq asın. Sizin üçün əhəmiyyətli olan hər bir şeyə diqqət yetirin. Həyat tempinizin surətini azaldın. O zaman siz özünüzlə harmoniyada yaşaya biləcəksiniz.

5 . Məşq edin

Müntəzəm fəallıq sağlamlığa xeyirdir. İdman ilə yalnız idman zallarında deyil, həmçinin ev şəraitlərində də məşğul olmaq olar.

6 . Gündəlik təcrübə

İnsan təcrübəyə nə qədər çox vaxt ayırırsa, bir o qədər uğur qazanmaq şanslarını artırır. Təcrübəsiz biz istedadımızı ifadə edə bilmərik.

7 . Ətraf mühit

Məhz bu vərdiş sizə uğura gedən yolda yardım edəcək. Özünüzü pozitiv, şən insanlarla əhatə edin.

8 . Təşəkkür gündəliyi tutun

Bu vərdiş möcüzələr törədir. Sahib olduğunuz bütün imkanlara görə təşəkkür edin və daha yaxşı imkanlar əldə etməyə çalışın.

9 . Əzmli olun

Edisson elektrik lampanı icad etməmişdən əvvəl 10 000 dəfə uğursuz cəhdə yol vermişdi. Uolt Disney, Disneylendi yaratmaq üçün 303 müxtəlif bankdan rədd cavabı almışdı.

Əgər siz nəyəsə nail olmaq istəyirsinizsə, heç vaxt təslim olmayın, daim mübarizə aparın!

 

Mənbə: Banker.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR