Slimfit
  1. QADINLAR ÜÇÜN

Kişilərin ürəyini fəth edən beş qadın ifadəsi

Kişilərin ürəyini fəth edən beş qadın ifadəsi
Sakura

Kişilərin ürəyini fəth edən beş qadın ifadəsi

Sevimli kişiyə lazımi vaxtda və yerdə kompliment demək bacarığı böyük incəsənətdir. Qadın düzgün təriflə öz partnyoruna manipulyasiya edə bilər, onun istədiyi kimi etməyə məcbur edə bilər.

Sən ən yaxşısan, çünki...

“Sən ən” və ya “Sən ən yaxşısan” kimi sözlərlə başlayan istənilən birləşmə lazımi hərəkətə sövq edəcək. Yadda saxlayın ki, abstrakt tərif sizi heç bir yerə aparmayacaq. Boşuna kişiyə kompliment yağdırmaqla siz onda böyüklük maniyası yaradacaqsınız. Partnyor sizin tərifinizə öyrəşəcək və sizə, probleminizə reaksiya verməyi dayandıracaq. Buna görə də kişiləri əməlləriniə görə tərifləmək lazımdır.

“Sevimli insan təriflənməsini xoşlayır. Xoş sözləri elə-belə deyəndə insan ona vərdiş edir. Tərif bu zaman mənasını itirir. Buna görə də partnyorun gələcəkdə fədakarlığını stimullaşdırmaq üçün onun konktret əməllərini tərifləyin”, - psixoloq deyir.

Nümunələr sadədir. Qadın deyə bilər: “Mənə paltar aldığın üçün minnətdaram. Sən ən yaxşı kişisən!”, “Mənə şubanı əsirgəmədiyin üçün sən ən səxavətlisən”, “Sən çox dadlı bişirirsən – sən ən yaxşısısan” və ya “Ev işləriniz necə də yaxşı bacarırsan – əllərin qızıldandır. Sən ən yaxşısısan”.

Əla formada və fəxrlə belə sözləri eşidəndə kişi özünü “ən yaxşı kişi” kimi hiss edir. Ona əlavə olaraq onun yaraşıqlı olduğunu deyəndə isə kişilər buna layiq olmağa, ən yaxşı statusunu qorumağa və ona qoyulan “tacı” yerə salmamağa çalışır.

Kobud səslənsə də hərəkətə sövq edən tərif kişini sevgilisinin xətrinə yeni kəşflər etməyə məcbur edir. Qadına sevgilisini nəinki yeni əməllər etməyə stimullaşdırmaq vacibdir, həm də son nəticədən səmimi sevinməsini nümayiş etdirməyi lazımdır: Mən xoşbəxt qadınam, çünki məndə sən varsa və sən məni dənizə aparırsan”.

Daha bir nüans var ki, bu halda vacibdir. Kişini tərifləyərkən qadına tədricən bütün oxları öz üzərinə yönəltməyi lazımdır: “Sən ən yaxşısısan, çünki sənin belə qadının var”.

“Bu kişilərin komplimentlərdən doyub “Mən ulduzam!” mərhələsinə keçməməsi üçün vacibdir”. Bunu belə deyin: “Sən ulduzsan, çünki mən sənin ulduzunam. Gözəl qadına gözəl tac lazımdır və sən də o tacı mənim üçün düzəldən qəhrəmansan, çünki mən sənin gözəlinəm”, - psixoloq izah edir.

Sən mənim müdafiəçimsən

“Sən mənim köməkçimsən”, “Sən mənim müdafiəçimsən”, “Sən məni qorudun” və s. bu kimi ifadələr kişini qadın gözündə dəyərli olmasını nümayiş etdirir və qadının zəifliyini göstərir. Kişi bu halda özünü ilk növbədə “erkək” hesab edir. İkincisi onda elə fikir yaranır ki, qadın onsuz batar və o partnyoruna lazımdır, çünki onsuz o zəifdir.

“Bu ifadələr “Sən mənə lazımsan” kimi sadə sözlərdən daha çox kişilərə təsir edir. Qadının kişiyə ona ehtiyacı olmasını deməsi yaxşıdır, amma bunu bir az dəqiqləşdirmək lazımdır: “Sən mənə lazımsan, çünki sən mənim müdafiəçimsən”. Bu sevgilinizin şüuruna effektiv təsir göstərəcək”, - psixoloq hesab edir.

 Mən sənin üçün darıxıram

Sevgi və hissləriniz barədə xoş sözləri mütləq demək lazımdır. Daim olmasa da arabir lazımdır. Bu hər gün axşam evdə görüşməyinizdən asılı deyil.

Kişiyə həftədə bir neçə dəfə “Mən sənin üçün darıxıram” nəzakətli mesaj da yaxşı adətdir.

“Kişini “Mən sənin həyat yoldaşınam və sənin haqqında düşünürəm” – bunun kimi ifadələrlər kişinin ürəyini fəth etmək lazımdır”, - münasibətlər üzrə mütəxəssis deyir.

Bununla yanaşı psixoloq deyir ki, eyni ifadəni daim yazmaq lazım deyil. Məzmun dəyişsə də məna eyni qalmalıdır: “Mən sənin üçün darıxıram”, “Mən sənin haqqında fikirləşirəm”, “Gözəl gün arzulayıram, sevgilim”, “Qoy bu gün ən yaxşı günün olsun”.

Vaxtaşırı göndərilən belə mesajlar kişinin sizin üçün necə vacib olması barədə xatırlatmadır.  Partnyorunuz qadının göndərdiyi mesajlara cavab verməyə bilər, lakin onları oxumaqla ən azından gülümsəyəcək.

Sən ən yaxşı sevgilisən

Partnyorunuzu seksdən əvvəl, seks zamanı və seksdən sonra tərifləyin” “Sən ən yaxşı sevgilisən”, “Sənin yanından mənim üçün yaxşıdır”, “Sən yataqda möcüzələr yaradırsan”. Bu halda ifrat olmur, belə dəqiqələrdə kişi özünü qalib kimi hiss edir. Bu da qadının onu əsl kişi kimi qiymətləndirməsi hesabınadır.

Əzizləri və dostlarına təzim

Kişi ilə ünsiyyətdə olarkən qadın onun maraqlarını bilməlidir – qarderobdakı ən sevimli əşyasından tutmuş hobbi və onun sevdiyini insalara qədər. Buna görə də bəzən sevimli kişinin geyimini, dostlarını, qohumlarını, ilk növbədə isə anasını tərifləmək lazımdır. Kişi bu zaman onun kiçik dünyası və əhatəsinə göstərdiyiniz hörmətə görə minnətdar olacaq.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR