Slimfit
  1. PSİXOLOGİYA

Ağıllı insanlar niyə özlərini xoşbəxt hiss etmirlər

Ağıllı insanlar niyə özlərini xoşbəxt hiss etmirlər
Sakura

Ağıllı insanlar niyə özlərini xoşbəxt hiss etmirlər

The Atlantic jurnalisti Co Pinsker Ostin Universitetinin (Texas ştatı) professoru Racem Raqhunatanla onun “Əgər sən belə ağıllısansa, niyə xoşbəxt deyilsən?” kitabı haqqında danışıb. Alim əmindir ki, bir çox insanlar dünyaya köhnə baxışı dəstəklədiyi üçün və hər gün istədiyi ilə məşğul olmaq əvəzinə yaşamaq uğrunda mübarizə apardığı üçün xoşbəxt deyillər.

“Elmdə insan xoşbəxtliyinin asılı olduğu üç faktor var: mənalı münasibətlərin olması, professional uğur və müstəqil qərar vermək imkanının olması. Lakin xoşbəxtliyin təbiətinin araşdırılması daha az aydın olanı göstərir: yaxşı təhsil, material firavanlıq və uğur insan xoşbəxtliyini təmin etmir. Əksinə belə vəziyyətdə olan insan həyatdan daha az məmnun olur.

Ostin Universitetinin professoru Rac Raqhunatan bu paradoksu özünün “Əgər ağıllısansa, niyə xoşbəxt deyilsən?” adı kitabında əsaslandırmaq istəyir. Mən onunla kitab haqqında söhbət etdim”, - Pinsker yazır.

“Mən məsləhət görürəm ki, siz hansı sahədə daha uğurlusunuzsa və sizə həzz verirsə ona daha çox diqqət ayırın. Sizin digərləri ilə müqayisə etməyə ehtiyacınız qalmayanda sizi məmnun edəcək istiqamətə yönlənəcəksiniz və əgər siz kifayət qədər uzun müddət diqqətinizi buna ayırsanız ən yaxşı olmaq şansınız artır. Siz digərlərindən daha üstün olmağa cəhd etsəniz böyük ehtimalla güc, pul və digərləri onun ardınca gələcək.

Üç əsas ehtiyaca – kamillik, tanınma və müstəqilliyə ilk üçü təmin olunduqda yaranan dördüncünü əlavə etmək olar. Bu özünün dünyaya baxışının formalaşmasıdır. Bunu iki üsulla izah etmək olar. Birinci digər insanların məğlubiyyəti nəticəsində qazanılan qələbələrə baxmaqdır. O özündən asılı olmayaraq özünü digərləri ilə müqayisəyə gətirib çıxarır. Digəri ondan ibarətdir ki, hamı bunlara nail ola bilər”, - Raqhunatan deyir.

Raqhunatanın fikrincə izah olunanlardan birincinin təzahürü müharibə şəraitində olur, bu zaman həddindən artıq aclıq və yaşamaq uğrunda mübarizə daha şiddətli olur. Onun sözlərinə görə uzun müddət insanlar belə paradiqmada yaşayıblar və buna görə də insan hər şeyə belə yanaşır. Alim hesab edir ki, bu artıq aradan qalxıb və indi az sayda insan sözün əsl mənasında yaşamaq uğrunda mübarizə aparmalı olur.

“Bir tərəfdən bizim neqativ faktorlara meylliliyimiz var. Eyni zamanda biz xoşbəxtlik və inkişafa çalışırıq, mümkün qədər daha yaxşı olmağa çalışırıq. Bəzən bizə xoşbəxtlik üçün istədiyimiz sadə şeyləri etmək bəs edir. Uşaqların davranışına baxsaq onlarda bu çox yaxşı alınır. Onlar özlərinə zövq verən işlərlə məşğul olurlar”.

Alim deyir ki, işçilərin motivasiyası üçün metodik olaraq “Motivasiya 2.0” gəldi. Bu yanaşmanın əsasında insanların əslində nəyi xoşlaması dayanır. Bu praktikanın reallaşması üçün Google korporativ mədəniyyətini nümunə kimi göstərir.

“Güman edirəm ki, bizi biznesin işləməsi haqqında olan çoxlu sayda köhnəlmiş fikirlər istiqamətləndirir. Saymin Saynek öz kitablarının birində qeyd etmişdir ki, şirkətlər onlara hərbçilərdən qalan ciddi iyerarxiya və resurs çatışmazlığına istiqamətlənən qaydalarla işləyir. Amma ən görkəmli hərbçilərə nəzər yetirsək onların başqa formada hərəkət etdiklərini görərik. Beləliklə biznes dünya quruluşu haqqında səhv ideya dəstini götürdü”.

Raqhunatanın fikrincə insanlar onların böyük uğur qazanacağı təqdirdə xoşbəxt olacaqları qənaətindədirlər. Lakin təcrübə bunun belə olmadığını göstərir.

“Xoşbəxtliyi konkret nəticə ilə bağlamağın vacib olmamasının səbəbi ondadır ki, nəticələr yaxşı və ya pis olur və xoşbəxtliyə birbaşa heç bir təsir göstərmir. Əgər siz ilk sevginizlə vidalaşmanızı, qolun sınmasını və ya bir neçə aylıq xəstəxanada yatmanızı xatırlasanız o zaman belə fikirləşə bilərdiniz: “Mən heç vaxt bərpa olunmayacam”. Lakin faktiki olaraq biz belə hadisələrlə tez-tez rastlaşırıq və bundan da ağır hadisələrin öhdəsindən gəlirik” – Raqhunatan deyir. Bundan başqa alim deyir ki, belə hadisələr yeniliklərə öyrəşməyi və şəxsiyyət kimi formalaşmağa imkan verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR