Slimfit
  1. AZƏRBAYCAN

Adların mənası - A-Ə hərfləri

Adların mənası - A-Ə hərfləri
Sakura

Adların mənası - A-Ə hərfləri

Abal – Yabanı (vəhşi) qızıl gül.
Abbas – Tutqun, qaşqabaqlı, ciddi.
Abcənnət – Cənnət suyu.
Abdul – Qul.
Abdulla – Allahın qulu.
Abhəyat – Yəyat suyu.
Abid – Ibadətlə məşğul olan adam.
Abiyə – Böyük, ulu.
Abidə – 1.İnanan, inanclı.. 2.Abidə, heykəl 3.Xatirə,yadigar.
Abir – Dad,ətir.
Abla – 1.Ecazkar formaları olan. 2.Böyük bacı.
Abuzər – ərəbcə abua-işıq, zər-ulduz = İşıqlı ulduz.
Adəm – Kainatın birinci peyğəmbəri.
Adil ( Adilə) – (Ər.) Ədalət, ağıllı. insaf, bərabər, ədalətli, vicdanlı.
Adibə – Tərbiyəli, mədəni, nəzakətli.
Adıgözəl – 1.Elm, sənət, doğruluq. 2.Adı gözəl olan.
Adnan – Xüsusi isim.
Afaq – 1.Hündür, uca 2.Üfüqlər, ərəbcə üfüq sözünün cəmi 3.Aləm, dünya.
Afət – 1. Eşq, məhəbbət, sevgili. 2.Bəla, bədbəxtçilik, fəlakət, müsibət, ziyan, zərər.
Afiq – Yalançı, iftiraçı, çox axmaq.
Afiyəddin –
Afiyət – Sağlamlıq, salamatlıq, sağlam olmaq.
Ağa – Ulu, ağa, ilkin, sahib.
Ağabacı – (Tür.) Böyük qardaş, dayı və başqa qohumların arvadlarına hörmət üçün verilən ad.
Ağabəy – Güclü, qüdrətli bəy – mənasında.
Ağadadaş – Kiçik qardaşın böyük qardaşa və ya gəlinin böyük qayına hörmət üçün verdiyi ad.
Ağadayı – Böyük dayıya hörmət üçün verilən ad.
Ağaəmi – Böyük əmiyə hörmət üçün verilən ad.
Ağalar – Ağa cəm halında.
Ağazər – Ağa və zər sözlərindən ibarət qondarma ad.
Ağarza – Ağa və Rza adlarından törənib.
Ağakərim – Ağa və Kərim adlarından törənib.
Ağasi – (Tür.) Cənab, sahib.
Ağasəf –
Ağasət –
Ağaxan – Ağa və xan adlarından törənib və ya “Qüdrətli xan”.
Ağcaqız – Ağyanız qız.
Ağcan – (Tür.) Təmiz, dürüst kimsə.
Ağca – (Tür.) 1.Olduqca ağ, beyazca. 2.Köhnədən istifadə edilən kiçik gümüş pul, pul. 3.Təmiz, saf, yaxşı niyyətli adam.
Ağçiçək – (Tür.) Ağ çiçək.
Ağdəmir – (Tür.) Dəmir kimi güclü və təmiz ürəkli.
Ağgül – (Tür.) Ağ gül.
Ağgün – (Tür.) Xoşbəxt, sevincli gün.
Ağnur – Ağ nur, ağ işıq.
Ahid – (Ər.) 1.Bir şeyin yerinə yetirilməsini əmr etmək. 2.Söz vermək. Əmr, təlimat, öhdələrinə, müqavilə, öhdəlik..
Ahu – (Fars) 1.Ceyran, qaraca, Qəzali. 2.Gözəl, incə cazibədar qadın. 3.Gözləri ceyran gözünə bənzəyən qadın. 4. Qardaş, dost.
Aidə – 1.Gəlir, mədaxil, 2.Ziyarət edən 3.Qayıdan 4.Mükafat. (yunanca “bülbül”).
Ain – Göz, qiymətli.
Aini – Bahar, gül, mənbə.seçim.
Aişə – (Ər.) 1.Yaşayan, çıçəklənən, zənginlik və bolluq görən. Yaşayış. Aişə binti Əbu Bəkir. Peyğəmbərimiz (s.ə.s) -ın kiçik xanımı. Möhtərəm analarımızın biri olan Aişə (r.a).
Akasya – (Yun.) Kiçik sıra yarpaqlı, kölgəli kiçik cinsləri bəzək üçün yetişdirilən paxlalılardan bir ağac. Salxm ağacı da deyilir.
Akif – (Ər.) 1.Bir şeydə stabillik edən. 2.İbadət edən, ibadət məqsədi ilə mübarək bir yerə çəkilən. 3.Müqavimət göstərən. 4.Çalışqan, məqsədyönlü..
Akifə – (Ər.) 1.Bir şey üzərində əzmlə dayanan, təmkinli, qərarlı. 2.İbadət edən xanım.
Aqil – Ağıllı, dərrakəli.
Aqşin – (Tür.) 1.Az ağ, ağımsıl. 2.Dərisində, tükündən və gözlərində doğuşdan boya maddəsi olmadığı üçün hər tərəfi ağ olan (insan, 3. Ağ tac. 4.Güclü, cəsarətli.
Alagöz – İri açıq-mavi gözlü.
Alagün – (Tür.) Yazda günəşın buluda girdiyi zamanki kölgəli hava.
Alan – (Tatar.) Rəhmdil.
Albina – (Latın) Ağ.
Alcan – (Tür.) Can alan gözəl. Can alan, cəsur, ürəkli.
Algün – (Fars.) 1.Ağlı alınmış. 2.Al rəngində, tünd və parlaq çəhrayı.
Algül – (Tür.) Qırmızı gül.
Alxan – Böyük xan
Alxaz – Xüsusi, üstün, misilsiz.
Alı – Albuxara, qurudulmuş Buxara gavalısı.
Alışan – Yanan, od tutan.
Alış – Alıcılıq.
Aliyə – (Ər.) Uca, yüksək, əzəmətli, bir şeyin ən yuxarısı, Cəmiyyətdə yüksək mövqe tutan.
Alim – Elmli, bilici, hər hansı bir elm sahəsində mütəxəssis olan adam.
Alımə – Hikmət sahibi.
Alqan – (Tür.) Qırmızı qan. Alqan bəy: Türk dənizçisi. Səlcuqluların suverenliyindəki İznikdəki Əbul-Noyabrın donanma komandiri.
Allahverdi – Allahın verdiyi pay.
Almagül – (Tür.) Alma gülü.
Almaz – 1.Yaraşıqlı, gözəl. 2.Son dərəcə bərk, rəngsiz, şəffaf qiymətli daş.
Alpan – İgidlər, cəsurlar.
Alpay – (Tür.) Cəsur, igid adam.
Alsu – Gözəl, qəşəng.
Altaf – Yaxşılıq, nəzakət.
Altay – (Tür.) 1.Asiyada Qərbi Sibir ilə Monqolustanı ayıran dağlıq bölgə. 2.Altay dağlıq bölgəsində yaşayan Türklərin ümumi adı. 3.Qızıl. 4.Uca dağ.
Altunay – (Tür.) Ayın sarı rənglii halı.
Altunər – (Tür.) Qiymətli kimsə.
Altun – Qızıl.
Altunc – (Tür.) 1.Mis ərintisi. 2.Kırmızı mis. 3.Qırmızı, al gözlü.
Alya – (Ər.) 1.Yüksək yer, yüksəklik. 2.Alicənab. 3.Göy, səma.
Amanulla – (Ər.) Allahın bağışlaması. Allahın qoruması.
Amal ( Amalə) – Ümid, arzu, istək.
Aman – Təhlükəsizlik, sülh.
Amani – Arzu.
Amca – 1.Əmi. 2.Layiqli cəmiyyət.
Amil – 1.Məmur, icraçı, işçi. 2.Tacir müvəkkili, agent. 3.Bir işə, sözə əməl edən. 4.Səbəb, faktor.
Amid – (Ər.) 1.Çox xəstə. 2.Eşq xəstəsi. 3.Əsas nöqtə. 4.Öndər, şef, komandir. 5.Xərrac alan. 6.Diyarbəkırın köhnə adı. Orta əsrlərdə İslam Türk dövlətlərində istifadə edilən bəzi ünvanlar və                       məmurluq adları.
Amil – (Ər.) 1.Fail, edən, işləyən. 2.İslam dövlətlərində zəkat, vergi yığıcısı və ya qubernatorlar və dövlət məmurlan.
Amin – 1.Qəbul olsun, arzun yerinə yetsin(duaların axırında oxunur. 2. Etibarlı, sadiq, vicdanlı.
Aminə – (Ər.) 1.Könülü əmin, ürəyində qorxu olmayan. 2.Sadiq, dürüst, etibarlı. – Peyğəmbərin (s.ə.s)
anasının adı.
Amir (Amirə) – (Ər.) 1.Xoşlandıran, şənləndirən. 2.Yenidənqurma olunmuş. 3.Dövlətə aid, idarə edən, əmr edən, şahzadə. 4.Özünə bağlı vəzifəlilər bulunan.
Amilya – (Ər.) Zəhmətkeş.
Anan – Yada salan, xatırlayan.
Anac – (Ər.) Sevinc.
Anar – 1.Yada salar, xatırlar 2.”ənar”, yəni nar sözündəndir.
Anası – Onun anası.
Ancela (Ancelika) – Xəbərgətirən.
Anif – (Ər.) 1.Sərt, şiddətli. 2.Sərt. 3.Keçmişdə, çox yaxında, burunun ucu deyiləcək qədər yaxından keçən. 4.Bir az əvvəl, göstərilən, bəhs edilən.
Anisa (Aniza) – Gizli, yaxşı rəfiqə, yaxşı dost.
Aras – Yorğunluq, halsızlıq. * Heyranlıq.
Araş (Arəş) – Məna.
Araz – 1.İran və Azərbaycanı ayıran çayın adı. 2.İşarə, əlamət. 3.Təsadüf, rast gəlmə. 4.Hər hansı bir cövhərin varlığı üçün zəruri olmayan xüsusiyyət. Məsələn: – Şəkərin ağ rəngi şəkərin varlığı                üçün zəruri deyil.
Arəstə – (Fars) Süslənmiş, bəzənmiş.
Arəş – (Bax. Araş) Məna.
Aribə – Ağıllı, dərrakəli.
Aric – aromat, dad, şirin iy.
Arif – (Ər.) 1.Məşhur, çox tanınmış, mütearif. 2.Məlumat sahibi. Bilən, məlumatlı, mədəniyyət sahibi. 3.Sıbyan məktəbi müəllimi.
Arifə – (Ər.) Məlumat və mədəniyyət sahibi olan qadın. Oyanıq, incə ruhlu, lətif.
Aran – Təmkinli, soyuqqanlı.
Arif – Bilən, xəbərdar, qanan, başa düşən.
Ariz – 1.Sonradan əmələ gələn,əsli oımayan. 2.Şikayətçi. 3.Üz,yanaq. 4.Təsadüfi. 5.Zühür edən ortaya çıxan.
Arizə – 1.Sonradan əmələ gəlmiş hal, nöqsan. 2.Əmələ gələn iıişik, əngəl, maneə. 3.Hadisə, qəza.
Arslan – Aslan.
Artur – Ayi kimi güclü
Aruz – Döyüşçü, igid, cəngavər
Arub – İstənilən (arzu olunan) ərə.
Arzu – Arzu, istək, bir şeyin olmasını ürəkdən istəmə.
Arzuman – İstək, şiddətli istək, arzu.
Asəf – (Ər.) Qayğıkeş, ehtiyatlı.
Asəh – (Türk) Sağlam.
Asif – 1.Sərt, şiddətlə əsən(külək). 2.Bağışlanma.
Asim – 1.Günahkar, təqsirkar. 2.Qoruyan, mühafizə edən.
Asiman – Səma,göy.
Asiya – Zəiflərə kömək edən və onları sağaldan.
Asiyə – (Ər.) Təsəlli verən, müalicə edən.
Aslan – 1.Hakimiyyət, əzəmət. 2.Zirək, qoçaq.
Asudə – (Fars.) 1. Rahatlamış, sakitliyə çatmış, kədər və çətinlikdən uzaq, pak. 2.Sakit, səssiz.
Asya – (Tür.) 1.Dünyadakı qitənin ən böyüyü. 2.(Yunan) Dirilmiş.
Aşqin – Vurulmuş (sevgi).
Atabala – Atanın balası, ata ilə oğlu, ya qızı.
Atabəy – (Tür.) 1.Ata və bəy sözlərindən törənib.2.Səlcuqlar dövlətində şahzadələrin tərbiyəsiylə vəzifəli şəxs. 3.Lala. Dövlət idarəsində səlahiyyət daşıyan naiblərdən. Dövlət rəhbərliyində bir                        vəzifə.
Ataman – (Tür.) 1.Ata adam, prezident, lider. 2.Don kazaklarının öndərlərinə verilən ad.
Atilla – Türk, Fəth eden, ulu türk, atlı.
Atlas – (Ər.) Atlas, parça.
Ayaz – 1.Ağıllı, istedadlı. 2.Qışda buludsuz, aydın gecələrdə quru soyuq, saxta; ümumiyyətlə bərk soyuq
Aybala – (Tür.) “Ay” və “bala”- sözlərinqən quraşdirilmış ad.
Aybanu – (Tür.) Ay kimi qız.
Aybəniz – Ay camalli, gözəl.
Ayda – Xüsusi ad.
Aydan – (Ər. Tür.) 1.Cənnətdə ölümsüzlüyə qovuşan kimsə. 2.Mənfəət, aydan gələn.
Aydın – 1.İşıqlı,aylı, mahtab. 2.İşıqlı, nurlu, işıqsaçan, parlaq. 3.Buludsuz, aşıq, təmiz. 4.Bəlli məlum.
Ayca – (Tür.) Ay kimi gözəl, işıqlı, parlaq.
Aycan – (Tür.) Ay kimi parlaq gözəl və sevimli.
Aycahan – Cahanı işıqlandıran işıq. – Kişi və qadın adı olaraq istifadə edilir.
Ayca – (Tür.) Ayın yeni doğulduğu günlərdəki şəkli, yeni ay, hilal. 2.Məscid qübbələrinə və minarə papaqlarına qoyulan aypara şəklindəki bəzək. 3.Ay qədər gözəl, işıqlı. Ayçətin – (Tür.) Çətin, güc              ay.
Aydan – (Tür.) Aya aidl olan. Ay kimi.
Aydəmir – (Tür.) “Ay” və “dəmir” sözünün vəhdəti.
Aydın – (Tür.) 1.Aylı gecə,mömin. 2.İşıqlıq, işıqlı, parlaq, işıqlı, ziyadar, münəvvər. 3.Açıq, müəyyən, ortada, vazeh, aşkar, bahir. 4.Müqəddəs, uğurlu, mübarək, məsud. 5.Oxumuş, mədəni irəli                   fikirli, münəvvər. Kılıçarslan xanımının adıdır. Kişi və qadın adı olaraq istifadə edilir.
Aygül – (Tür.) Ayın gülü.
Aygün – (Tür.) 1.Dəbdəbəli, ay və günəş qədər gözəl mənasında. 2.Gözəl, ismətli. “Ay”-la “Günəş”-in birləşməsindən yaranan ad, ay və gün.
Aygül – (Ər.) Ay gülü.
Ayxan – (Tür) Ay sahibi, ay hakimi. Oğuz Qağan dastanına görə, Oğuzun altı oğlundan biri. Əfsanədə bəhs edilən, Oğuzun işıqdan doğan arvadından olan 3 oğlundan biri. Ayxanın 4 oğlu 24 oğuz                boyunun 4 ününü meydana gətirir. Bunlar bozoqlu soyudur. Oğuz Qağan Dastanına görə, Oğuzun altı oğlundan birinin adıdır.
Ayxatun – (Tür.) Ay üzlü qadın. Ay və xatun sözlərindən birləşmiş ad.
Ayilkin – (Tür.) İlk uşaqlara qoyulan ad.
Aykac – (Tür.) 1.Söyləyən, danışan. 2.Ağıl verən. 3.Ozan, şair.
Ayka – (Tür.) Soylu, zadəgan, təmiz adam.
Ayla – (Tür.) 1.Ayın və günəşin ətrafında bəzi zamanlarda görülən halqa, ayla. ağ işıq. 2.Şəfəq, parıltı.
Aylın – Nur, işıq, parıltı.
Ayna – 1.Şəffaf, təmiz, işıqlı. 2.Güzgü.
Aynuddin – (Ər.) İmanın mahiyyəti.
Aynur – (Ər.) Ay, nur, İşıqlı ay və ya ayın işığı.
Ayparə – Ay parçası.
Aypara – Ayın nazik qövs şəklində olan dövrü, hilal, 1-2 günlük ay.
Ayrat – (Ər.) 1.Heyrət. 2.Əziz ,sevimli. 3.(Monqol) Meşə insanları.
Ayrəng – Müdrikliyi, anlayış.
Aysan – Ay kimi parlaq, ışıqlı, təmiz tanınmış adı olan.
Aysel – (Tür.) 1.Bol işıq saçan, ay. 2 Ayın ən parlaq zamanında doğulan. 3.Ay işığının seli, ay kimi parlaq, gözəl.
Aysu (Aysunay) – (Tür.) Su kimi aydın ay. Ay və su sözundən ibarətdir.
Aysevən – (Tür.) Ay sevən kimsə.
Aysudə – (Tür.) Suda əks olunan ay.
Aysun (Aysunə) – (Tür.) Ay kimi işıltılı və gözəlsən mənasında.
Ayşan – (Tür.) Ay kimi şanlı, görkəmli, parlaq. – Kişi ve qadın adı olaraq istifadə edilir.
Ayşə – (Ər.) Yaşayan. Rahat yaşayan.
Ayşən – (Tür.) Şən ay, gülən ay.
Ayşənur – (Ar.) Nurlu, işıltılı həyat.
Ayşil (Ayşin) – (Tür.) Ay kimi ışıl-ışıl. – Ay və şil sözlərindən birləşmiş ad.
Ayşirin – (Tür.) Sevimli ay, ay kimi sevimli. Şirin.
Ayşulə – 1.Ay qığılcımı. 2.Ay işığı.
Aytac – (Tür.) Başa taxılan ay şəklində tac. Ay kimi parlaq, bərq vuran tac; Gözəl, Natiq.
Aytək – (Tür.) Ay kimi.
Aytəkin – (Tür.) Ay şahzadəsi, aya bənzər, ay kimi. ay prinsi.
Aytən – (Tür.) 1.Ay üzlü. 2.Bədəni ağ və parlaq olan. 3.Gözəl bədənli.
Azza – Gənc, gənc ceyran.
Azil – İncəlik,zəriflik.
Azilə, Asilə – Əsli nəcib olan, nəcib mənçəli.
Azimə (Asimə) – Müdafiəçi.
Azir, Atxir – Sevimli, ən sevimli.
Azad (Azadə) – 1.Asudə, sərbəst. 2.Rahat,əziyyətsiz. 3.Hürr, güvənli. 4.Cənubda ağac növü.
Azay – Şikayət deyinmə,gileylənmə, giley.
Azər – 1.Od, atəş. 2.Oda xidmət göstərən mələk.
Azəri – 1.Oda sitayiş edən, atəşpərəst. 2.Oda aid olan 3.azərbaycanlı,azərbaycanlılara aid.
Azərin – 1.Odlu alovlu. 2.Şöləli, şöləsi olan, qığılcım.

B


Baba – (Tür.) Atanın və ya ananın atası; nəvəsi olan kişi.
Babaxan – Baba və Xan sözlərindən törənib.
Babacan – (Fars.) 1.Atanın ruhu. 2.Babaya, yaxud qoca kişiyə mehribanlıqla müraciət.
Babək – (Fars) 1.Ataman, sərkərdə. 2.Baba sözünün nəvazişlı deyim forması.
Badam – 1.Dəyərli, gözəl, ləyaqətli. 2.İsti ölkələrdə yetişən sərt qabıqlı, ləpə şəklində ləzzətli bir meyvə.
Bağir – 1.Açan, sökən, kəsən. 2.Naxır, sürü 3.Qaraciyər. 4.Ürək,qəlb mənasında. 5.Ox yayı və dağda orta bölüm. 6.Sinə.
Bağdad – Tanrının hədiyyəsi, töhfəsi.
Bağdaxanım – Nurlu, parlaq.
Bağdasar – (Tür.Fars.) Baş üzərində parıltı.
Baftazər – Qızıl qaşlı.
Bahadur – (Fars) Pəhləvan,qəhrəman, igid.
Bahadır – ( Fars) Bax Bahadur.
Bahar – İlin qış, yay arasında oln fəsli.
Baharay – (Fars.Tür.) “Bahar” və “ay” sözlərindən…
Bahəddin – İnamda çox gözəl.
Bahiəddin – Parıltı, dinin gözəlliyi.
Baxış – Baxmaq tərzi, gözlərin ifadəsi, nəzər.
Baxicə – Əzəmətli.
Baxir – (Ər.) Açıq, gözəl..
Baxirə – İşıldayan, brilliant, nəcib qadın.
Bakir – (Ər.)1. İncələyən, öyrənən, tətqiq edib açıqlayan. 2.Aslan. 3. Hz. Hüseyin-in Zeynəlabidinden olan nəvəsinin adı.
Bakirə – (Ər.) Ərə getməmiş qız. İsmətli qız.
Balaş – (Tür.) Mənim uşağım, mənim oğlum.
Balabəy – Kiçik bəy.
Balabibi – Kiçik bibiyə verilən ad.
Balaca – Həcmcə, boyca, ölçücə kiçik, xırda.
Baladadaş – Təzə gəlinin kiçik qaynına verdiyi ləqəb.
Balaəmi – Uşaqların kiçik əmilərinə verdikləri ad.
Balakişi – Uşağa genetik sevgi, Bala və Kişi sözlərinin vəhdəti.
Balaqız – (Tür.) “Bala” və “qız” sözündən ibarətdir.
Balış – Yastıq, quş tükü və ya başqa yumşaq, mütəhərrik şeylər doldurulmuş yataq ləvazimatı.
Ballı – Bal qatılmış, bal dadlı, bal kimi şirin.
Baloğlan – Şirin uşaq.
Banu – (Fars.) Xanım.
Banuçiçək – Yüksək, ali.
Barat – ( Fars.) 1.Paklıq, təmizlik. 2.Müsəlman bayramı gecəsi anadan olan. 3.Əfv olunan.
Bariz – Aşkar, aydın, əyani, qabarıq, gözəçarpan.
Basir – (Ər.) Anlayışlı.
Basut – (Tür.) 1.Kömək, arxa. 2 Köməkçi.
Basutxan – Yardımçı xan, arxa duran xan.
Batı – Qərb.
Bayat – Allahın siması.
Bayan – (Monq.- Ər.) Zəngin, güclü, xoşbəxt mənasında. Ad kompanenti.
Bayraməli – (Tür. Ər.) Əli bayramı. – Bayram və Əli sözlərinin vəhdəti.
Behbud – 1.Sağalma. 2.Yaxşılaşma. 3.Sağlam, xəstə olmayan. 4.Xəncərin bir növü.
Behcət – 1.Gözəllik, qəşəndlık. 2.Şadlıq, sevinc.
Beydulla – Allahın kiçik qulu.
Beyrək – 1.Çox nəzakətli, əfəndi, bəy. 2.Hüzünlü.
Bəyan – (Ər.). 1.Bildirmə, danışma, şərh. 2. Bəlağət elmlərindən ikincisi. 3.Müəyyən, açıq-aşkar. – Kişi və qadın adı olaraq istifadə edilir.
Bəyazid – (Ər.) Əbu Yezid, Yezidin atası, (qisaldılmış). – Ərəbcədən türkcələşmiş.
Bəypolad – (Tür.) Dəmir bəy, cənab.
Bədəl – Əvəz, dəyər.
Bədih – (Ər.) Nadir, əla, mükəmməl.
Bədirə – (Ər.) Başlamaq.( Bu adı ailədə doğülan birinci qıza verirdilər).
Bədiyyə – Tək, təəccüblü, valehedici.
Bədrə – Tam ay.
Bədriyyə – Tam ayı xatırladan.
Bəhlul – Xəlifə Harunərrəşidin vaxtında özünü dəlıliyə vurmuş adam. O, ayıq, dərrakəli və təlxək kimi sayılıb.
Bəhruz – Bəxtiyar.
Bəhram – (Fars.) Qalib gələn, qovan.
Bəhmən – Doğru danışan, düz adam.
Bəhmənyar – Bəhmənin hədiyyəsi.
Bəxiyyə – Gözəl, parıldayan.
Bəxtiyar – (Fars. Ər.) Xoşbəxtlik, səadət.
Bəxşi – (Tür.) 1.Bilgin, müəllim. 2.Saz şairi, aşiq. 3.Həkim. 4.(Fars) Hədiyyə. Vermə. İhsan.
Bəkir – Igid, Ər.
Bənövşə – Çəhrayı rənglı çıçək.
Bərxudar – Salamatlıqda olan. Mükafata çatan. Nəsibli. Xoşbəxt.
Bəriyyə – Xalq. Məxluq. İnsan. Səhra. Çöl.
Bəsir – Xoş xəbər gətirən, muştuluqçu.
Bəsrəddin – (Ər.) Dinə köməyi dəyən. – Dilimizdə “Nəsrəddin” şəklində istifadə edilir.
Bəsti – Kifayət.
Bəşair – Yaxşı xəbərlər, xoş məramlar.
Bəşər – Xoş xəbərləri yetirən.
Bəşir – Şad xəbər gətirən, muştuluqçu, müjdəçi
Bəşirə – Müjdə gətirən. Xeyirxah xəbərləri gətirən sevinc.
Bətulla – (Ər.) Öz başlanğıcını Kəbə məscidinin adından götürür, Allahın evi.
Bəyaz – (Ər.) Ağ. 1.Qar rəngi.. 2.Təmiz, ləkəsiz.
Bəyim – Xanim.
Bəylər – Bəy sözünün cəm halı, zadəgan.
Bəysoltan – Baş sultan.
Bəyxan – Bəy və Xan, əsas başçı.
Bəzilə – Cəsur.
Bibi – (Tür.) Atanın bacısı.
Bidar – (Fars.) 1.Bel, belləyən, yer qıran, kürək çəkən. 2 İstehkam adamı. 3.Oyanıq, yatmayan, yuxusuz.
Bikə – (Tür.) 1.Xanım. 2.Bənzərsiz. 3. Şahzadə.- Kişi və qadın adı olaraq istifadə edilir.
Bilal – (Ər.) 1.Sağlam, canlı. 2.İslamın ilk müəzzini, Həbəş əslli olub islamı kölə olaraq ilk qəbul edənlərdən biridir. 3.Su kimi isladan, yaşlıq, qara və ağ, yəni qara ilə ağ olmaq. 4.Birinci azançının             adı (Ən birinci azana çağıranın adı).
Bilan – (Tür.) Bəzəkli və işləməli qılınc kəməri.
Bilay – (Tür.) Ay kimi əsıl ol. – Kişi və qadın adı olaraq istifadə edilir.
Bilgiyə – (Tür.) Bilgili qadın.
Bilginur – Bilginin ışığı, bilginin aydınlığı.
Bilqan – (Tür.) Bilgili.
Bilnaz – Zərif, cazibəli.
Binəli – (Ər.) Əlinin oğlu.
Binyamin – Sağ əlin gücü – güc deməkdir.
Biray – (Tür.) Ay kimi tək, bənzərsiz.
Bircan – (Tür.) Tək, bənzərsiz. Kişi və qadın adı olaraq istifadə edilir.
Bircə – (Tür.) Tək, bənzərsiz, bircəcik.
Birgül – (Tür.) Bir dənə gül, tək gül. qiymətli gül.
Birsən – (Tür.) Ka. – Sadəcə sən, tək sən.
Boran – (Tür.) Külək, şimşək, göy gurultusu, sağnaq yağışın birlikdə olduğu iqlim hadisəsi.
Budaq – Ailənin inkişafi, davamı.
Buğday – Rəhbər, lider.
Bulud – (Tür.) Su buxarlarının sıxlaşmasıyla meydana gələn və səmada mahiyyətinə görə fərqli yüksəklikdə olan hava kütləsi. – Kişi və qadın adı olaraq istifadə edilir.
Burxan – Sübut, dəlil.
Busə – (Fars.) Öpüşmək, öpmək. – İslami əxlaqa zidd olduğu üçün ad olaraq istifadə edilməz.
Bünyad – 1.Əsas, təməl. 2.Quruluş, bina.
Bülbül – (Ər.) 1.Səsinin gözəlliyiylə məşhur oxuyan (ötücü) quş. 2.Səsi çox gözəl olan kimsə.
Büllur – (Ər.)1.Bəzi cisimlərin tabe olaraq aldıqları həndəsi şəkil. 2.Duru, aydın, kəsmə şüşə, kristal. 3.Nəcəf
daşı. (Məc.) Təmiz, parlaq insan.
Bürhan – Dəlil, isbat vasıtəsı.
Büsat – (Tür.) – Toy, şənlik, əyləncə.

C


Cabbar – (Ər.) Qüdrətli, hər şeyə qadir olan.
Cabir (Cabirə) – (Ər.) 1.Əziyyət verən, zülmkar. 2.Təsəlli verən. 3.Məcburiyyət, zorakılıq.
Cabirə – Ürəkverən.
Cahangir – (Fars.) Dünyaya hakim olan, dünyanı zəbtedən kimsə. Fateh. Osmanlı şəhzadələrinin ortaq adıdır.
Cahangül – (Fars.) Dünya və gül sözlərindən ibarətdir.
Cahid – (Ər.) Cəhd edən, əlindən gəldiyi qədər işləyən, çalışqan. Bu söz Quran-ı Kərimdə “cihad et”. “Allah yolunda döyüşə çıx” mənasında istifadə edilmişdir.
Calal – 1.Böyüklük, dövlət (cah-calal) 2.Allaha inam.
Calib (Calibə) – (Ər.) Cazibədar, cəlbedici, cazib, özünə çəkən.
Camal – Gözəllik, nəzakətli, kamillik.
Camalə (və ya Cəmalə) – Gözəllik, nəzakətli.
Camaləddin – İnamın gözəlliyi, etiqadın gözəlliyi.
Cana – Məhsul.
Canan – (Far.Ər.) 1.Sevgili, könül verilmiş, sevilən qadın, sevgili yar. 2.Ruhun ürəyi.
Canay – (Tür.) Ay kimi təmiz, saf, parlaq kimsə. – Kişi və qadın adı olaraq istifadə edilir.
Canaydın – (Tür.) Özü təmiz, işıqlı ruhlu kimsə.
Canbəy – (Tür.) Güclü şəxsiyyətli kimsə, canım kimi sevgili.
Canbura – (Fars.) Könül alan, sevgili.
Candəmir – (Tür.) Özü güçlü, dəmir kimi möhkəm şəxsiyyətli.
Candəyər – (Tür.) Uğrunda can veriləcək qədər gözəl, dəyərli, sevilən.
Candoğan – (Tür.) –
Canel – (Tür.) İçdən uzadılan əl, dostluq əli. – Kişi və qadın adı olaraq istifadə edilir.
Cankişi – (Fars.-Tür.) Ruh – insan.
Canna – Bağ, cənnət.
Cannur – (Tür.) Özü işıqlı, nurlu kimsə.
Canpolad – (Far.) Polad ürək (ruh).
Cansevər – (Tür.) Canı sevən.
Cansoy – (Tür.) Zadəgan, soylu, cana yaxın.
Cansu (Cansun) – (Tür.) 1. Həyat verən su, təzəlik. 2. Sevgili, sevimli. – Kişi və qadın adı olaraq istifadə edilir.
Cantəkin – (Tür.) Tək can, bənzərsiz can.
Cavad – (Ər.) Alicənab, comərd, səxavətli, ehsan edən.deməkdir.
Cavan – (Fars.) Gənc, təzə, cavan
Cavanşir – Igid, qəhrəman.
Cavid – (Fars.) Baqi, daimi, əbədi.
Cavidan – (Fars.) 1.Daimi qalacaq olan, sonrasız, əbədi. 2.Güc, qüvvə
Ceyhun – Aşıb-daşan, coşan. – İndiki Amudərya çayının qədim adındandır.
Ceyla – Ata, övladının doğulmasından əziyyit cəkən.
Ceylan – Ahu.
Ceyran – (Tür.) Sürətli qaçan, formalı qıçları olan və gözəl gözləriylə tanınan bir qəzəl cinsi. Incə, alagözlü, mülayim.
Cəbir (Cəbirə) – (Ər.)1. Məcbur etmək. 2. Düzəltmə, təmir etmə. 3. Kırık və ya qabarıq bir sümüyü yerləşdirib qucaqlamaq.
Cəbrayil – (Ər.) Qədim yəhudi Qavriildən – tanrının əsgəri olan deməkdir.
Cəbrail – (Ər.)1.Peyğəmbərlərə vəhy gətirən dörd böyük mələkdən biri. 2.Cəbrayıl – İbranice Allahın qulu. 3. Az çox çətinlklə yetkinləşdirmək. 4. Allahin mələyi. – Qədim yəhudi Qavriildən –                          tanrının əsgəri olan deməkdir.
Cəfər – 1. Kiçik axar su, kiçik sel, kiçik çay. 2.Cəfər bin Məhəmməd: ləqəbi Essadiq olub. 12 imamın altıncısıdır. Məhəmməd bin Elbəkırın yerinə imamətə keçmişdir. 3.Cəfər-i Təyyar: Hz. Əlinin                   qardaşı olub, Mutə döyüşündə bayraq tutarkən iki əlini də itirərək şəhid olmuşdur. Bu gün də Mutə ətrafında qəbri var.
Cəlal – (Ər.) 1.Böyüklük, ululuq əzəmət. 2.Hiddət, hirs. 3.Qorxusuz, iradəli, igid. 4.Allahın “Qəhhar, Cabbar, Mutəkəbbir” kimi sərtlik və təkəbbür ifadə edən sifətləri. Quranda Rəhman surəsi 27,                 78. ayələrdə keçməkdədir. Zül Cəlalı; Cəlal sahibi Allah.
Cəlalə – Böyüklük, əzəmət ululuq, şan-şöhrət.
Cəlaləddin – (Ər.) Dini müdafiə edən. 2. Dinin ululadığı, təriflədiyi. Cəlaləddin Xarəzmşah: Son Xarəzm hökmdarı (öl. 1231). Cəlaləddin Rumi: Məşhur Türk mutasavvıf, Mövlana.
Cəlil (Cəlilə) – 1.Möhtəşəm, əzəmətli. 2.Böyük, uca, yüksək, ali, hörmətli nəcib. 3.gözqamaşdırıcı. 4. Zadəgan. 5.Hündür.
Cəmal – (Ər.) Üz gözəlliyi, zahiri və batini gözəllik. Allahın mərhəmət təcəllisi. Allahın lütf, ehsan, razılıq sifətlərinin qarşılığı.
Cəmaləddin – (Ər.) 1.Dinin camalı, parlaq üzü. – Daha çox şərəf ünvanı olaraq istifadə edilmişdir.
Cəmil – (Ər.) 1.Gözəl kişi. 2.Yaxşılıqla anma. 3.Əvvəllər məktəblərdə verilən Başan kağızı.
Cəmilə – (Ər.) 1.Gözəl qadın, qəşəng, şirin, cazibəli, sevimli. 2.Gönül almaq məqsədilə yapılanahani tərəfindən ilk dəfə istifadə edilmişdir.
Cəmşid – Parıtı, nur, işıq
Cənnət – Behişt
Cəsarət – (Ər.) Ürəklilik, korkusuzluk. – Kişi və qadın adı olaraq istifadə edilir.
Cəvad – 1) Comərd, səxavətli, əliaçıq 2) Yaxşı yerişlı at
Cəvahir – (Ər.) 1.Cövhəri, almazlar, qiymətli daşlar. 2.Qiymətli şey, qızıl-gümüş. 3. Mayalayar, darıxar. – Kişi və qadın adı olaraq istifadə edilər.
Cigid – – (Tür.) Qoçaq atlı, igid döyüşçü, igid.
Cihad – Döyüş vuruş, müharibə 2) Din uğrunda müharibə,din yolunda çalışma
Coşqun – (Tür.) 1. Coşmuş, hiddətə gəlmiş. 2. Həssas, artıq hərəkətli. Həyəcanlı, qaynar, alovlu, ürəkli, ilhamlı, kükrəyən, daşan.
Cövdət – (Ər.) 1. Yaxşılıq, gözəllik. 2. Yetkinlik. 3. Böyüklük. 4. Təzəlik. 5. Qüsursuzluq. Cövdət Paşa: Osmanlı dövlət adamı. Tarixçi və hüquqşünas
Cövhər – (Çeçen) İnci.
Cümə – Dua günü; hərfi – cümə (həftənin beşinci günü)
Cüməli – (Ər.) Cümə və Əli sözlərindən ibarətdir.


Ç


Çələbi – 1.Əfəndi, mədəni, tərbiyəli, nəzakətli və kübar, təhsilli. 2.Şəhər tərbiyəsi almış oxuyub – yazan kimsə. 3. Osmanlı dövlətinin ilk dövrlərində şahzadələrə verilən ad. Musa Çələbi, Süleyman              Çələbi. – Məvləvi təriqətinin başı bu adla xatırlanardı. Mövlana və ya Hacı Bəktaş nəslindən olan kimsə.
Çəmən – Yaşıl otlaq bir sahə, çəmənlik.
Çəmənzar – (Fars.) Otlaq. çəmənlik.
Çərkəz – Gözəl, incə.
Çiçək – (Tür.) 1. Bitkilərin artıma ünsürlərini ehtiva edən rəngli və ya ağ rəngdə açan, çox qoxulu, sonradan meyvə və ya toxum halına gələn qisimləri . 2. Bitki, çiçək açan bitki. 3. Bəzi şeylərin toz                      halına gətirilmiş özü, kükürd çiçəyi. 4. Parça və ya başqa şeylər üzərinə edilən rəngli və ya rəngsiz bəzəmə.
Çiltay – (Tür.) Üzərində xallar olan tay.
Çilə – (Fars.) l.Zövq və səfadan əl çəkərək gizli bir yerdə edilən 40 günlük ibadət. 2.Əziyyət, çətinlik. 3. Ibrişim, yun və s. dəstəsi. – Kişi və qadın adı olaraq istifadə edilir.
Çimnaz – Naz, qəmzə.
Çinar (Çinarə) – (Fars.) Çınar ağacı. Ucaboylu, qəşəng.
Çinay – (Tür.) 1.Ətrafa həqiqətən işıq saçan kimsə. 2.Ayın üzərində meydana çıxan açıq rəngli ləkələr.
Çiney – (Tür.) Doğru, dürüst, namuslu kimsə. – Kişi və qadın adı olaraq istifadə edilir.
Çingiz – 1.Dəniz, qüdrətli. 2.Böyük, güclü, qüvvətli.
Çintay – (Tür.) Soylu at.
Çiray – (Fars.) 1.Üz xəttləri, üz gözəlliyi. 2.Bəniz, üz. 3.İnsan rəsmi. – Kişi və qadın adı olaraq istifadə edilir.

 

D
Dadaş – (Tür.) 1.Böyük qardaş. 2.Dəliqanlı, cəsur.
Dağtəkin – (Tür.) Dağ kimi.
Dahi (Dahiyə) – (Ar.) Üstün zəka sahibi.
Dakirə – O, şəxs ki, həmişə Allahı xatırlayır.
Damla – (Tür.) 1. Bir mayedən ayrılaraq düşən parça halında, kiçik miqdar, qətrə. 2.Müəyyən miqdarda axıdılaraq istifadə edilən dərman.
Danəndə – Bilici, bilikli.
Danəgül – (Tür.) Bir dənə gül, Tək gül.
Dangül – Dan gülü, şəfəq gülü.
Daniyar – Bilik sahibi, alim, ağıllı.
Danulduz – Dan ulduzu, şəfəq ulduzu.
Darçın – Ədava.
Dariyyə – Parıltılı, parıldayan, işıldayan.
Dашбикə – (Tatar.) Möhkəm.
Daşdəmir – (Tür.) Daş və dəmir kimi güclü, sağlam, zireh, üstün, möhkəm.
Daşqın – Güclü, qaynayan.
Davud – Sevimli, Əziz.
Davud – 1.Sevgili. 2.(İbr.) Özünə kitab olaraq Zəburun göndərildiyi böyük peyğəmbərlərdən biri. Quran-ı Kərimdə 16 yerdə adı keçir.
Dədə – (Tür.) 1.Ana və atanın atası.2.Dərgahda hücrə sahibi olmuş kimsə. 5.Bektaşilərdə şeyx, baba.
Dəfinə – (Ər.)1.Yerə basdırılmış, qiymətli əşya. 2.Qiymət və dəyəri olan kimsə və ya mal.
Dəmir – Vicdan, ağıl.
Dəmiray – (Tür.) Dəmir kimi.
Dəmirəl (Дəмрəл) – (Tür) Dəmir kimi güclü əli olan.
Dəmirxan – (Tür.) Güçlü hökümdə olan xan.
Dəniz – Dəniz, su, aydınlıq.
Dəryadil – (Fars.) Könlü geniş, hərşeyi xoş görən.
Dəryanur – (f.ə.i.) Nur dənizi, nur dəryası.
Dəstəgül – Gül dəstəsi.
Diana – Ilahi (Latın).
Dilarə -(Fars.) 1.Könül alan, könül bağlayan, könül oxşayan, qəlbi istirahət etdirən. 2.Bu gün əldə nümunəsi olmayan köhnə Türk mürəkkəb məqamlarından biri.
Dilavər – (Fars.) İgid, ürəkli.
Dilaviz – (Fars.) Könlün ilişdiyi, könülə ilişən.
Dilay – (Fars.) Könülü işıqlandıran ay.
Dilbaz – (Fars.) 1. Könül əyləndirən. 2. Gözəl söz söyləyən. 3. Üzə xoş görünən.
Dilbər – (Fars.) Gönül alıb aparan, gözəl. Gözəl, sevimli.
Dilbəran – (Fars.) Dilbər, gözəllər.
Dilbəstə – (Fars.) Könül bağlamış, aşiq.
Dildar – (Fars.) 1.Birinin könlünü almış, sevimli. 2.Abdülbaki Dədənin tərkib etdiyi 7 məqamdan biri. Ürək verən, qəlb bağışlayan, sevgili.
Dildarə – Könül vermiş, açıq, ürəyini oxşayan.
Dildərən – (Fars.) Sevilən, könül alan, bəyənilən.
Diləfruz – (Fars.) Gönül işıqlandıran. Könül aldadan, qəlbl əyləndirən.
Dilfüruz – (Fars.) Gönül fərəhləndirən, sevindirən.
Dilxun – Fars.) İçi qan ağlayan.
Dilnur – (Fars.) Könlü nurlu.
Dilrah – (Fars.) Könül yolu.
Dilruba – (Fars.) 1.Könül bağlan, könül alan. 2.Təxminən 2 əsrlik bir mövqe.
Dilsafa – (Fars.) Könülü şən, rahat, dərdsiz.
Dilsaz – (Fars.) Könül edən, şirin davranan.
Dilsuz – (Fars.) Könül yaxan, ürək yandıran.
Dilşad – (Fars.) Könülü xoş, sevilmiş. Ürəyi şad, könlü şad, qəlbi sevinclə dolu.
Dilzad – (Fars.) Könülü bir şeylə əlaqədar olmayan, könlü rahat. Azad.
Dilşah – (Fars.) Könül hökmdarı, şahı.
Dinar (Dinara) – (Ər.) Qiymətli, dəyərli, yeganə.(Dinar – qızıl pul sözündən).
Dinçay – (Tür.) Qüvvətli ay.
Dirəhşan – (Fars.) Parlaq, parlayan.
Domrul – Həyat, övlad, nəsil.
Dövran – (Ar.) 1.Dünya,fələk. 2.Zaman. 3.Taleh, yazı.
Dövləddin – (Ər.) Dinin xoşbəxtliyi, uğuru, böyüklüyü.
Durna – Köcəri quş.
Duyğu – Hiss.
Dürdanə – (Fars.) 1 İnci dənəsi. 2.Sevgili, qiymətli. 3) Əziz, əziz-xələf.
Dürəfşan – (Fars.) 1.İnci səpən. 2.İnci kimi söz söyləyən ağız.
Dürrə – (Ər.) İnci dənəsi.
Düriyyə – (Ər.) 1.İnci kimi parlayan, parlaq. 2.Parıltılı ulduz.
Düriyyə. – Parıltılı, parıldayan, işıldayan.
Dürnur – (Fars.) İnci işığı.
Dünya – Dünya; varlıq, kainat.

 

E
Ehtimam – (Ər.) Diqqətlə çalışma, xüsusi araşdırma.
Ehtiram – Hörmət.
Ehtişam – (Ər.) Böyüklük, göz alıcılık, gösterişlilik, görkəm. – Kişi və qadın adı olaraq istifadə edilir.
Ehvan – (Ər.) 1.Sadiq, səmimi can dostlarıı. 2.Eyni təriqətə mənsub insanlar. – Kişi və qadın adı olaraq istifadə edilir.
Elbrus – (Fars.) 1.Qafqazda ən yüksək dağ. 2.Uzun boylu yaraşıqlı kimsə. 3.Qafqazda məşhur dağ adı; Yalbuz (buz yalı) – Kişi və qadın adı olaraq istifadə edilir.
Elcan – (Tür.) Ölkənin canı, sevdiyi şəxsi.
Elçin – 1.Qədim türk və çin dillərində “çin” sözü həqiqət, düzgünlük, doğruluq. 2. Xalqın igidi (cəsuru).
Eldar – (Fars) 1.Hakim, el sahibi, hökmdar. 2.Yunan adı “İliodor”- dan mənası: Günəşin hədiyyəsi.
Eldəniz – Dəniz.
Eldəmir – (Tür.) Ölkənin ən möhkəm, güclü, qüvvətli adamı. Dəmir kimi güclü əl.
Elgin – (Tür.) Qəribə, yurdundan ayrılmış.
Elgün – (Fars.) Xalq, əhali.
Elqay – (Tür.) Yeni ay, ayın ilk halı. – Kişi və qadın adı olaraq istifadə edilir.
Elqan – (Tür.) 1.İlk qan. 2.İranda Elxanlılardan sonra bir dövlət quran Türk hökmdarı.
Elmar – Elin zirvəsi.
Elman – xalqın (camaatın) insanı(adamı).
Elmir – 1.Elmər adindan gəlib: Nobl (qədim ingilis qizil sikkə). 2.Xalqın (camaatın) rəhbəri.
Elmira – ( İngilis.) Gözəl.
Elnar (Elnarə) – Nar-alov mənasındadir, odlu qiz, doğma işıq.
Elnaz – (Tür. Fars) El (Vətən) + Naz (Zəriflik). Xalqın (camaatın) arasında ən ,ox istənilən.
Elnur – Elin nuru,vətənin işığı.
Elsevən – (Tür.) Ölkəni sev, ölkəsini sevən. – Kişi və qadın adı olaraq istifadə edilir.
Elsevər – Xalq sevən.
Elsu – (Tür.) Ölkənin suyu, bərəkəti, bolluğu. – Kişi və qadın adı olaraq istifadə edilir.
Elsur (Elsurə) – (Tür.Ər.) Vətən qəhrəmanı.
Elşad – Hökmdar, sərkərdə, xalqın hökmdarı.
Elşən – (Tür.) Başçı, rəhbər, hökmdar. Mutlu, şən ölkə.
Eltan – (Tür.) Ölkəni tanı, ölkəsini tanıyan, sevən.
Eltay – Bax – Eltan.
Eltəbər – (Tür.) Köhnə Türklərdə qubernator, komandir mənalarında olan.
Eltəkin – (Tür.) Tək və bənzərsiz ölkə.
Eltər – (Tür.) Yurdunu sevən, qoruyan, nəzarət edən.
Elvin – (Ər.) 1.Cənnət çiçəyi, göy qurşağının hər bir spektrinə verilən ad. Qeyd: Bu adın mənası hələ doğrulanmamıştır. 1.Yaradıcı, qurucu.
Elyaz – Xalqın sevinci.
Elza – (Alman.) Avropada işlənən “Elizavet” adının qısa forması: – Allaha hörmət edən, Allah qarçısında and içən mənasında…
Emma – (Yunan) Zərif, qürurlu.
Emil – (Alman) 1.Çalişqan. 2.rəqib.
Emin – Sakit.
Emilia – Zəhmətkeş, təkəbbürlü.
Emilya – (Latın) 1.Zərif, incə, qürurlu. 2.Çalışqan.
Emruz – (Fars.) Bu gün. – Kişi və qadın adı olaraq istifadə edilir.
Etibar – Xoşbəxt, firavan, muvəffəqiyyət.
Etimad – 1. İstinad, dayanma. 2. İnam, inanma. 3.Güvənmə, xatircəm olma. 4.Etibar.
Eynulla – Allahın gözü.
Eyvaz – Vətənpərvərlik, səadət.
Eyyub – (Ər.) 1.Səbirli. 2.Dönən, peşman olan, günahlarına tövbə edən deməkdir. Quranda adı keçən
peyğəmbərlərdən. Gözəl səbir sahibi.

 

Ə
Əbdül – Qul, kölə, itaət.
Əbdülhəmid – Bəyənilmiş kölə.
Əbil – Yüksəklik atası. 
Əbru – (Fars.) 1.Qaş. 2.Bulud rəngində, buluda bənzər, bulud kimi dalğalı, buludlu. 3.Kağız üzərində özünə xas üsulla edilən, mərmər, damarlar kimi dalğalı şəkilli bəzəmə. Cildçilikdə və hüsn-ü                  xətdə istifadə.
Əbubəkir – (Ər.) 1.Dəvə balasının atası. – Hulefası Raşidinin ilkidir. 2.Hz. Əbubəkrin ləqəbidir. Rəsulullah (səs) -ın peyğəmbərliyindən əvvəl də sonra da ən yaxın yoldaşı olmuşdur. 3. Məhəmməd                peyğəmbərin əshabəsinin adı.
Əbuzər – (Ər.) Qızıl sahibi, sərvət və zənginlik sahibi.
Əbülfəz – Fəzalət, hünər sahibi.
Əcəmi – Ərəb olmayan adam, qeyri ərəb 2. İranlı 3. Təcrübəsiz, bacarıqsiz, xam.
Ədalət – İnsaf, mürüvvət.
Ədib (Ədibə)) – (Ər.) 1.Ədəbli, tərbiyəli, zərif, incə. 2.Ədəbiyyatla məşğul olan kimsə.
Ədil – 1.Bərabər, tay. 2.Rəqib, düşmən.
Ədiyyə – (Ər.) Dəvalar, dərmanlar, çarələr.
Əfifə – İsmətli, vicdanlı.
Əfiyyə – Alaqaranlıq.
Əfqan – (Ər) 1.Həyəcanlı, tez hirslənən. Orta Asiyada yaşayan müsəlman bir qövm. 2. Döyüşçü, igid.
Əflatun – (Yun.) Böyük alim, məşhur Yunan filosofu. 2. Aristotelin müəllimi. Sokratın tələbəsi, 1. Açıq bənövşəyi.
Əfnan – Üç budaq.
Əfra – Ağ.
Əfrahim – (İbr.) Hz.Yusufin ikinci oğlu. Orta Fələstində yerləşən İsrail qəbiləsinə adını verdiyi deyilir. Bu qəbilə Hz.Süleymanın ölümündən s onra əsl İsrail birliyinin 12 qola ayrılmasında faktor oldu.
Əfras – (Ər.) Atlar, at, qısraqlar.
Əfrasiyyab – (Fars.) 1.Yandırmaq, alışdırmaq. 2.Turan türkləri böyük qəhrəman xanın Fars adı. Alp Ər Tonga əsl adıdır. Böyük İskəndərdən əvvəl yaşamışdır. Qaşgardaki ilk müsəlman Türk sülaləsi                      Qaraxanlılar Əfrasiyyab nəslindən gəldiyi deyilməkdədir. Alper Tonga Xosrov tərəfından öldürülmüşdür.
Əfraz – (Fars.) Qaldıran, yüksəldən. – Firar. Yüksəldən, görkəmli, böyük, məşhur, bilinən.
Əfrudin – (Fars.) Cəmşid nəslindən anlayış və zəkasıyla məşhur bir İran hökmdarı.
Əfruğ – (Fars.) 1.Parıltı, işıq. 2.Nur. – Kişi və qadın adı olaraq istifadə edilir.
Əfruz – (Fars.) 1.Yandıran,alışdiran 2.Şölələndirən, parladan. 3.Dəbdəbəli gözəl.
Əfsanə – (Fars.) 1.Əsassız hekayə. 2.Əfsanə, boş söz, əsli olmayan hekayə, dastan. – Dillərə düşmüş, məşhur olmuş hadisə.
Əfsun – 1.Sehr, cadu. 2.Gözbağlıca 3 İşvə, naz.
Əfşan – (Fars.) Əlavə olunduğu sözlərə səpən, səpələyən, saçan, əkən, ipək” mənası verir.
Əfşar – (Tür) 1.Oğuz türklərinin 24 boyundan biri. Türkiyə, Iran, Azərbaycan və Əfqanıstanda dağınıq olaraq yaşayırlar. 2.Tez iş görən, çevik, atılgan
Əfzəl – (Ər.) Layiqli.
Əhəd – (Ər.) 1.Bir, tək. 2.Tək, yeganə, bir, şəriksiz 3.Allahın adlarından, bir və tək olan Allah. – Ad olaraq istifadə edilməz.
Əhliman – (Ər.) İnanclı, inanan kimsə.(ərəbcə -Əhlimən).
Əhliyyət – (Ər.) 1.İşə yarayacaq halda mövcudluq, səlahiyyət. 2.Mahirlik, iqtidar, ləyaqət, qabiliyyət. 3. İqtidar, qabiliyyət və ləyaqət.
Əhlulla – (Ər.) 1.Allahın adamı, vəli, övliya. 2.Allaha təvəccöh etmiş, qulluğunu tək ona yönəltmiş. Küfr əhlindən, və şirkdən uzaq.
Əhməd – Ən layiqli, ən şərəfli, tərifəlayiq, məşhur, ən çox təriflənmiş, sevilmiş.
Əhya – (Ər.) 1.Diriltmə, dirildilmə, canlandırma. 2.Təzə can verərcəsinə yaxşılıq lütfetme. 3.Yenidən qüvvətləndirmə. 4.Oyandırma, canlandırma, təzəlik vermə. 5.Allahın sifətlərindən. – Ad olaraq               istifadə edilməz.
Əhsən – (Ər.) Daha gözəl, çox gözəl, ən gözəl. Kişi və qadın adı olaraq istifadə edilir. Əhsəni-təqvim: Ən gözəl şəkil. Quran-ı Kərimin Tin surəsinin 3. ayəsində insanın əhsəni-təqvim üzrə yaradıldığı             bəyan buyurulmaqdadır. Əhsən sözü, Quranda 16 yerdə zikr edilmişdir.
Əxləm – Müdrik, istedadlı, zəngin təxəyyüllü.
Əjdər – Qüvvə, güc, qüdrət.
Əkbər – (Ər.) Ən böyük, ulu, çox böyük, ən böyük, -Allahın sıfətlərindəndır. Quran-ı Kərimdə 23 yerdə keçir. Ad olaraq istifadə edilməsi yaxşı deyil. Hindistana hakim olan Türk hökmdarı. 2.Böyük                oğuı.
Əkrəm – (Ər.) 1.Ən kəramətli, daha alıcənab, çox lütfkar, lap comərd. 2.Çox şərəf sahibi, çox comərd, çox əli açıq. Əkrəmü’l-Əkrəmin: Cənab-ı Haqq. (Ələq surəsi: 3).
Əqdəm – (Ər.) Çox qədim.
Əqləm – (Ər.) Çox bilən..
Əqidə – İnam, bir insanın tutduğu yol.
Əqliyyə – (Ər.) Çox gözəl.
Əqzəm – (Ər.) Ucaboy, hündür.
Əlamət – (Ər.) 1.İşarə, iz, nişan. 2.Rəmiz, simvol. 3. Əlamət, işarə. 4.Çox iri, təəccüblü böyüklükdə.
Ələddin – 1.Yüksəklik, ucalıq. 2.Dinin nəcibliyi.
Ələkbər (Əliəkbər) – (Ər.) Böyük Əli.
Ələmdar – Bayraqdar.
Ələsgər (Əliəsgər) – (Ər.)1.Əli əsgəri. 2.Əzəmətli əsgər, qəhrəman döyüşçü.
Əlfir – (Ər.) Üstün.
Əlfiyə – (Ər.) Uca, əzəmətli, uzunömürlü, mehriban, dostsevən.
Əli – (Ər.) 1.Uca, ulu, yüksək, hündür. 2.Hz. Əli: Əbu Talibin oğlu. Peyğəmbərimizin əmisi oğlu və qızı Fatma (r.anha) -nın əri. Dördüncü xəlifə.
Əliabbas – 1.Sərt. 2.Əli və Abbas adlarından…
Əlibayram – (Ər.Tür.) Əli Bayramı.
Əlican – Əli və can adlarının bir araya gəlməsindən meydana gəlmişdir.
Əliəhməd – Əli və Əhməd sözlərindən ibarət.
Əlif – (Ər.) 1.İslami alfbanin ilk hərfi. Ebccd hesabında dəyəri birdir. 2.Musiqidə “la” notasını ifadə etmək üçün istifadə edilir. 3.Ülfət edən, dost, tanış. 4.Alışmış, alışkın, vərdiş. – İki kəliməli adlar              ola bilər (Əlif Beyzə,
Əlif Nur v.s.).
Əliheydər – (Ər.) Şir Əli, aslan Əli.
Əlisa – Əli və İsa adlarından ibarətdir. (Alm. – Gözəl.)
Əlişır – Şir Əli, – “Əli” və “şir” sğzlərindən…
Əlimərdan – Hz.Əlinin igidləri (adamları, tərəfdarları).
Əlişah – Hökmdarların ən ucası. Əlişah Tacəddin. (? -1324). İlhanlı vəziri.
Əlişan – Şan və şərəfi uca və yüksək olan çox qiymətli, adlı sanlı, çox şöhrətli.
Əliyar – 1.Əliyə kömək edən. 2.Əlinin dostu, 3.Uca dost. 4.Yar, dost, sevgili, sevgili adı. – Birləşmiş ad.
Əliyə – Yüksək, uca.
Əliyəddin – Uca din, əsil din.
Əlzəbrə – Şir bürcündən oan ulduz.
Əlzəhra – Peyğəmbərin qızı Fatimənin ləqəbi – işıqlandırılan, açılan.
Əlzübrə – Bax. – Əlzəbrə.
Əmanət – Əmanət.
Əmbər – Qiyməri şey, qızıl-gümüş.
Əmənulla – (Ər.) 1.Allahın əmanəti. Dövlətin hakimiyyəti, xalq, millət.
Əmcad – Ən şanlı, ən şərəfli.
Əmin – (Ər.) Ürəyində qorxu və narahatlığı olmayan, rahatlıqda olan. Qorxusuz. *Özünə inanan. Etimad edilən. * İmanlı, güvənən. * Çox yaxşı bilən, şübhə etməyən. (Hz. Məhəmməd (s.a.s) və                 Cəbrayılın adı.
Əminə – (Ər.) 1.Etibarlı, mömin, etimada layiq. 2.Ərəb dilində Əminə sözünün Türkçələştirilmiş şəklidir. 3.Peyğəmbərimizin anasının adı.
Əmir – Rəis, basçı, hakim, hökmdar.
Əmirə – Princess, şahzadə xanım.
Əmcan – Böyüklük, parıltı.
Əmirxan – Əsas rəhbər.
Əmmar – Çıçəklənən.
Əmrah – (Ər.) 1.Əmr verən hökmdar, xanın əmri. 2.Şənlik, şadlıq, təntənə.
Əmrəddin – (Ər.) Dinin əmr etdiyi.
Əmrulla – (Ər.) Allahın əmri.
Əmsal – (Ər.) 1.Hekayələr, dastanlar. 2.Nümunələr, örnəklər.
Ənsər – Köməkçilər, tərəfdarlar, yol yoldaşları.
Əntiqə – Gözəl, əntiqə.
Ənvər – İşıq şüaları, çiçəklənmə. Işıqlı, nurlu, daha işıqlı.
Əraslan – (Tür.) Aslan kimi, güclü qüvvətli kişi.
Ərcan – (Tür.) Canlı, diri, sağlam kişi.
Ərcahan – (t.f.i.) Dünyanın tanıdığı kişi.
Ərcivan – (t.f.i.) Gənc kişi(oğlan).
Ərçin – (Fars.) Nərdivan, pillə. – Kişi və qadın adı olaraq istifadə edilir.
Ərdəm – (Tür.) 1.Fəzilət. 2.Məharət, hünər. 3.Ləyaqət. 4.Usta gəmiçi. 5.İnsanın ruhi yetkinliği.
Ərdəmir – (Tür.) Demir kimi güclü kişi.
Ərdoğan – (Tür.) İğit doğulan.
Ərəstun – (Yunan.) Aristotel (b.e.ə.384 – b.e.ə.322) – qədim yunan filosofu. Aristotel şərq ölkələrində və həmçinin Azərbaycanda Ərəstun adı ilə də tanınır.
Əravənd – (Fars.) 1.Şövq, arzu, istək. 2.Şan, şərəf.
Ərfan – Bilik, idrak.
Ərgin – (Tür.) 1. Ölmuş, yetişmiş, kamala çatmış. 2. Öz haqqlarından istifadə etməsi üçün qanunun göstərdiyi yaşa gələn.
Ərgün – (Fars.) Sərt başlı, oynaq və sürətli gedən at. Ərgun Cəlaləddin Çələbi: Türk sufi. Mövlana soyundandır. Kütahya məvləvi xanasına də şeyxlik etmişdir.
Ərgüvən – (Tür.) Özünə güvənən.
Ərman – Mükəmməl, ümid.
Ərsən – Cəsarətli, qorxmaz.
Ərşad – Sevincli, düsüncəli, yetkin, xoşbəxt kişi.
Ərşahin – (Tür.) Kişi şahin, quş.
Ərşan – (Tür.) İğidliyi ile tanınmış, məşhurlaşmış kişi.
Ərvin – (Fars.) 1.Təcrübə, sınama, sınaq. 2.Şərəf və etibar.
Əsəd – (Ər.) Aslan, Allahın aslanı, Qəzənfər, Heydər, Cəsur və qəhrəman adam mənasında istifadə edilmişdir.
Əsədulla – (Ər.) Allahın aslanı.
Əsər – (Ər.) 1.Nişan, əlamət, iz. 2.Təsir, təsir. 3.Yox olmuş bir obyektdən qalma parça. 4.Bir adamın ortaya qoyduğu məhsul, müəllif. 5.Hədis, hədis elmi. 6.Emal, icad. 7.Kişi və qadın adı olaraq                istifadə edilir.
Əsgər – (Ər.) 1.Ordu, ordu ilə əlaqədar. Vəzifə edən. 2.Ölkəni müdafiə etmək üçün öyrədilib təchiz edilən kimsə. 3.Rütbəsiz əsgər, ər, döyüşçü.
Əshab – Ən mehriban.
Əskinaz – Sərvət, qazanc.
Əsqət – (Ər.) Ən xoşbəxt.
Əsliyə – (Ər.) İndiki (əsl), həqiqi.
Əsmər – Qarayanız, əsmər.
Əsriyyə, Əzriyyə – Müasir.
Əşrəf – Ən hörmətli, ən nəcib, ən alicənab, şərəf sahibi.
Ətifə – Rəhmli, mərhəmətli.
Ətir – Parfumerya, qoxu, iy, ətir.
Ətiyyə – Hədiyyə.
Əvəz – Hər şeyə qarşı verilən və ya alınan şey, hər şeyin yerini tutan başqa şey.
Əyyub – (Ər.) 1.Dözum, mutilik. 2.Peşman olmuş. 3.Peyğəmbərin adı;
Əzəl – (Ər.) Əbədilik.
Əzəmət – (Ər.) Cəngavər, qəhrəman.
Əzhəb – (Ər.) Çox gözəl.
Əzim – (Ər.) Böyük. ləyaqət, sövkət, qüdrət.
Əziz (Əzizə) – Sevimli, əzəmətli, istəkli, qiymətli, əziz, xalis.

 

Mənbə: Aztoday.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR