Bu test-sistemlərin sayəsində yararlılıq müddəti keçmiş məhsulları satmaq mümkün olmayacaq
Biz üzərində yararlılıq müddəti olan qida məhsullarının markalanmasına etibar etməyə (və ya etibar etməməyə) vərdiş etmişik. Lakin vicdansız satıcılar daha çox xeyir götürmək və alıcıya vaxtı keçmiş məhsul satmaq üçün hər zaman bu sistemdən yan keçmək istiqamətində yollar axtarırlar. Ola bilsin ki, gələcəkdə bu problemdən çəkinməyə Klarkson Universitetinin amerikalı kimyaçıları kömək edəcək. Onlar xarab olmuş və ya bakteriyalara yoluxmuş qida məhsulları və kosmetikanı müəyyənləşdirən yeni növ sadə sınaqlar keçiriblər.
Öz işlərinin nəticələri barədə onlar 254-cü Milli səfərdə və Vaşinqtondakı Amerika kimyaçılar cəmiyyətinin sərgisində məlumat veriblər, Science jurnalı isə ixtira haqqında ətraflı məqalə dərc edib. Alimlərin əsas məqsədi məhsulların yararlı olub-olmamasını sadə üsulla müəyyən etmək olub. Ekspertlər məlum laboratoriya üsullarına əsaslanıblar. Araşdırma müəllifi Silvana Andreesku qeyd edir:
“Belə sensorların üzərində işləyən alimlərin çoxu kanallarla hərəkət edən məhlullardan istifadə edir. Biz isə turşulaşdırıcı-bərpaedici aktivlik göstərən davamlı qeyri-üzvi hissəciklərdən istifadə edirik. Onlar maddələrə təsir göstərəndə rəngini dəyişir və bu dəyişikliyin nə qədər əhəmiyyətli olması maddələrin konsentrasiyasından asılıdır”.
Hazır “ağıllı” stikerlər özündə poçt markası ölçüsündə kağız parçasını təcəssüm etdirir. Lakin bu kiçik test-sistemlərin üzərinə analiz olunan obyektdə hansısa maddənin olmasını göstərən xüsusi indikator maddələr sürtülmüşdür. Məhsulun istehlak üçün yararsız olması barədə siqnal verən birləşmə ilə kontakt zamanı indikator rəngini dəyişir. Artıq yeni test-sistemər A orxatoksini (bir çox qida məhsullarının korlanması zamanı kif göbələklərinin ifraz etdiyi olduqca zəhərli maddə)müəyyən edə bilir.
Lakin bu hələ son deyil. Alimlər iddia edir ki, onların ixtirasını unikal antioksidant tərkibinə görə çayın və ya şərabın istehsal olunma yerini müəyyən etmək üçün də istifadə etmək olar. Gələcəkdə ekspertlər öz testlərinin funksionallığını genişləndirməyi planlaşdırırlar: onlar salmonel, bağırsaq çöpü və digər sağlamlıq üçün təhlükəli infeksion xəstəlik törədicilərin aşkar olunması imkanlarını əlavə etmək istəyirlər.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət