Slimfit
  1. TEXNOLOGİYA

Google və Facebook məlumatlarla manipulyasiya edir

Google və Facebook məlumatlarla manipulyasiya edir
Sakura

Avropalılar bu fikirdədir

Keçirilən sorğu iri texnoloji şirkətlərin Avropa və ABŞ vətəndaşları arasında etibarını itirdiyini ortaya çıxarıb.

Avropalıların və amerikalıların əksəriyyəti hesab edir ki, Google və Facebook məlumatlardan bu və ya digər siyasi baxışın xeyrinə manipulyasiya etmək üçün xüsusi alqoritmlərdən istifadə edirlər. 

Bu fikri almanların 68%-i, İtaliya və ABŞ vətəndaşlarının 60%-i, fransızların 57%-i, britaniyalıların isə 54%-i müdafiə edir.

Sözügedən sorğunu Sputnik.Rəy layihəsi çərçivəsində Sputnik radiosu və agentliyi üçün Ifop şirkəti keçirib. 

Sözügedən şirkətlərə inanan respondentlər də olub. Belə ki, ABŞ-da sorğuda iştirak edənlərin 16%-i Google və Facebook kimi texnoloji şirkətlər tərəfindən təqdim edilən məlumatın obyektiv və qərəzsiz olduğuna inandığını bildirib. Bu rəqəm İtaliyada 15%, Böyük Britaniyada 13%, Almaniyada və Fransada isə 11% təşkil edib.

Böyük Britaniyada rəyi soruşulanların 33%-i Google və Facebook kimi şirkətlərin məlumatlardan bu və ya digər siyasi baxışın xeyrinə manipulyasiya etmək üçün xüsusi alqoritmlərdən istifadə etdiyinə dair suala cavab verməyə çətinlik çəkib. Fransada bu rəqəm 32% təşkil edib. İtaliyada 25%, ABŞ-da 24%, Almaniyada isə 21% respondent bu suala cavab verə bilməyib.

Sorğu 2018-ci ilin 22-27 mart tarixlərində Ifop şirkəti tərəfindən keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 5 029 respondent iştirak edib. Respondentlər cinsinə, yaşına və yaşadığı coğrafi əraziyə görə seçilib. Rəy sorğusunda yanılma ehtimalı ümumilikdə maksimum 3,1% təşkil edir. Onun etibarlılıq dərəcəsi 95%-dir.

Sputnik.Rəy layihəsi haqqında 

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri "Ifop" çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-nin ilk onluğuna daxildir*.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik özündə 30 dildə sayt, analoq və rəqəmsal radioyayım, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR