Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın qeyri-adi yerləri

Azərbaycanın qeyri-adi yerləri
Sakura

Azərbaycanda heç bilmədiyimiz, görmədiyimiz o qədər çox gözəl yerlər var ki. Bunlardan bəziləri haqqında…

 

Bakıdan cəmi 55 km. uzaqlıqda, Qaradağ rayonunda, qəribə bir yer var — Çeyildağ. Sanki başqa bir planetdir bura, qeyri adi mənzərisi, palçıq bulaqları, qurumuş ölü torpaq.
Əslində belə yerlər Qobustan ətrafında çoxdur, amma təsüflər olsun ki, bunlar haqda bizdə çox az məlumat mənbəyi var. Turistlər üçün isə heç yoxdur.

Quba dağlarında hələ qeyri-adi yerlər var ki, bəlkə də dünyanın ən məhşur qiş kurortlarında belə yerlər yoxdur. Misal üçün bu şəkildə gördüyünüz yer, Qubadan cəmi 20 km. uzaglıqdadır. Heç bir turistik şəraiti olmayan bu yeri, Azərbaycanda işləyən xaricilər tapıblar və hər qış Bakıdan xüsusi avtobuslar tutaraq Qubaya, ordan isə piyadə oralara gedirlər. Təbii ki, bunu ancaq müəyyən alpinist təcrübəsi olan insanlar edir. Amma gedib oraları görənlər, bütün cətinliklərə baxmayaraq, bu yerlərdən heyran qalırlar.

Qafqaz dağlarının ən uca təpələrinə yaxın, Bakıdan 180 km, Qusar rayonunda, Laza (Лацар) deyilən yerdə, donmuş şəlalələr vadisi var. Yayda bu yerlərdə xırda dağ cayları axır, qışda isə mənzərə tamamən dəyişir. 1700 metrə yüksəklikdə olan o vadiyi görmək asan deyil, ancaq təcrübəli bələdçilər yolu tanıyırlar. Heç normal yolu olmayan bu yerlərdə heç bir turistik məkan yoxdu.

Siyəzən rayonunda isə şəkildə gördüyünüz çox gözəl bir yer var. 

Mənbə: Blog.stomatoloq.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR