Diabetə qarşı yeni vaksin
AZƏRTAC Rusiyanın “Dictat” saytına istinadla xəbər verir ki, yeni vaksin nəinki xəstəliyin bütün mərhələlərini sağaldır, həm də onun bütün neqativ nəticələrini aradan qaldırır.
"Diabet üzərində Qələbə" fondunun prezidenti Salvador Çakon Ramires və diaqnostika və avtoimmun xəstəliklərin müalicəsi üzrə Meksika assosiasiyasının prezidenti Luçiya Sarate Orteqa mətbuat konfransı keçirərək diabet problemlərinə münasibəti dəyişən yeni vaksin yaradılmasını elan ediblər.
Ramiresin dediyinə görə, xəstəliyin araşdırılması, müalicə formaları və vaksinin hazırlanması üçün xeyli vaxt keçdi. Vaksinin yaradıcılarından biri olan Horx Qonsales Ramires isə deyib: "Biz ilk dəfə şəkərli diabetin istənilən tipi üçün fizioloji məhlulu standartlaşdırmağı bacardıq. Xəstəliyin I və ya II tip, anadangəlmə və sonradan qazanılma olmasının heç bir əhəmiyyəti yoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət