Dərc edildi: Baxış sayı: 179
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 100 milyon manat artırılacaq
2025-ci ildə Azərbaycanda güzəştli ipoteka kreditlərinin verilməsi üçün İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 100 milyon manat artırılacaq.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib.
"Bu, şübhəsiz ki, əhalinin mənzi təminatının yaxşılaşdırılmasına müsbət təsir edəcək", - deyə o qeyd edib.
Xatırladaq ki, hazırda Fondun nizamnamə kapitalı 1 milyard 68,4 milyon manatdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət