Slimfit
  1. ELM

Alimlər dünyada ən təhlükəli virusu adını açıqlayıblar

Alimlər dünyada ən təhlükəli virusu adını açıqlayıblar
Sakura

Alimlər dünyada ən təhlükəli virusu adını açıqlayıblar

Alimlər bildiriblər ki, insanlar arasında ən çox ölümə səbəb olan virus QİCS, quduzluq və ya malyariya deyil. Bu, hər il 1.3 milyonda çox insanın dünyasının dəyişməsinə səbəb olan hepatit virusudur.

AZƏRTAC “Ria Novosti” saytına istinadla xəbər verir ki, Dünya Hepatitlə Mübarizə Alyansının prezidenti Çarlz Qor bu barədə açıqlama verib: “Biz hepatitin QİCS, malyariya və ya vərəm kimi viruslardan daha çox insan ölümünün səbəbi olması faktına heç də təəccüblənmədik. Kədərli nəticənin əsas səbəbi dünyanın aparıcı ölkələrinin bu növ problemlərin maliyyələşdirilməsini ölkə siyasətinin prioritet məsələləri siyahısına salmamasıdır”.

Hər il cəmiyyəti narahat edən xəstəliklər və bu problemlərin nə qədər insan ölümünə səbəb olması haqqında Dünya Səhiyyə Təşkilatı və BMT-nin bir sıra tibbi təşkilatlarının hesabatları müxtəlif nəşrlərdə dərc olunur. Bu hesabatlar BMT-nin siyasi və müxtəlif ölkələrin səhiyyə təşkilatları üçün bir növ problemə istiqamətləndirici funksiyasını daşıyır.

Bu ilin hesabatında müəlliflər diqqəti əsasən müxtəlif viruslar, parazitlər və infeksiyalara yönəldiblər. Bu istiqamətdə son 40 ilin hesabatını hazırlamaq üçün dünyanın 147 ölkəsinin tibbi arxivləri təhlil edilib. Araşdırmalardan məlum olub ki, bu illər ərzində insan ölümlərinin 19.4 faizi infeksiyalar səbəbindən baş verib və bu rəqəm artmaqda davam edir. Alimlər bu nəticəni səhiyyə standartının pisləşməsi və dünyanın inkişafda olan ölkələrində əhalinin sayının artması ilə əlaqələndiriblər. Ölümlərin əsas hissəsinin hepatit səbəbindən baş verməsi isə alimləri təəccübləndirib. Belə ki, hepatitə yoluxma nəticəsində son illər ərzində 1.34 milyon insan dünyasını dəyişib. Onların ölüm səbəbi xəstəliklə yanaşı, virusa yoluxma nəticəsində qaraciyərin serozu və xərçəngi kimi ağırlaşmalardır. Hesabatda ikinci yeri 1.2 milyon insan ölümünə səbəb olan vərəm, üçüncü yeri təqribən bir milyon insanı öldürən QİCS, dördüncü yeri isə 719 min qurbanla malyariya tutur.

Hepatit B və C-yə yoluxma 2016-cı ildə ən aşağı səviyyəyə çatıb. Səhiyyə işçiləri bu rəqəmlərin mühafizəkar şərtlərdə hazırlandığını bildiriblər. Belə ki, əhalisinin ölüm səbəbinə dair statistika yalnız 25 ölkə tərəfindən tam dəqiqliyi ilə təqdim olunub. Alimlər məlumatların bu cür, tam dəqiqliyi ilə əldə olunduğu təqdirdə göstərilən rəqəmlərin əhəmiyyətli dərəcədə artacağı fikrindədirlər.

Hesabatda son illər QİCS, vərəm və malyariya səbəbindən ölümlərin sayının azaldığı bildirilir. Bunun əksinə hepatit səbəbindən dünyasını dəyişənlərin sayında 22 faiz artım müşahidə edilir ki, bu da virusun təhlükəsindən xəbər verir. Xəstəliyin yayılmasının əsas səbəblərindən biri insanların virusa yoluxmalarından xəbərsiz olmalarıdır. Hesablamalara görə inkişaf etmiş və inkişafda olan ölkələrin əhalisinin yalnız 5 faizi yoluxduqları haqqında məlumatlıdırlar və tibbi müəssisələrdə müalicə alırlar.

Alimləri təəccübləndirən fakt son illər cəmiyyətdə əsas müzakirə mövzulardan biri olan Zika virusunun təhlükə səviyyəsinin düşünüldüyündən çox aşağı olmasıdır. Belə ki, bu virus səbəbindən 2015-ci ildə iki, 2016-cı ildə isə 19 ölüm faktı qeydə alınıb. Bundan əlavə mütəxəssislər Zika virusunun gələcəkdə ona qarşı vaksin hazırlanacaq qədər böyük bir təhlükə mənbəyi olacağını düşünmürlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR