Slimfit
  1. TEXNOLOGİYA

Bir anda dünyanın ən varlı adamlarından biri oldu

Bir anda dünyanın ən varlı adamlarından biri oldu
Sakura

Bir anda dünyanın ən varlı adamlarından biri oldu

Bitcoin-dən sonra Ripple adlı kriptovalyutanın sürətlə bahalaşması diqqəti çəkir. Təkcə bu gün Ripple 21% bahalaşıb. Bazar dəyəri baxımdan Ripple ikinci yerə qalxıb. Belə ki, Bitcoin-lərin cəmi bazar dəyəri 258,5 milyard dollar ikən, Ripple-ların cəmi dəyəri 112,4 milyard dollardır.

“Marja” xəbər verir ki, kriptovalyuta qiymətləri sürətlə artarkən dünyada yeni milyarderlər yaranır. Ripple (XRP) qiymətlərindəki artım sayəsində şirkətin yaradıcısı Chris Larsen dünyanın ən varlı 14-cü adamı olub.

2017-ci ilin əvəlində 1 Ripple 0,006 dollar idi. Bu gün isə Ripple-ın qiyməti 3,2 dolları gördükdən sonra 2,9 dollara gəlib. Beləliklə, Ripple son bir ildə təxminən 500 dəfə bahalaşıb.

Ripple-ın banisi olan və şirkətin keçmiş İcraçı direktoru Chris Larsen, şəxsi hesabındakı 5.19 milyard Ripple və şirkətdəki 17 faiz payı ilə, bugünkü məlumatlara əsasən, 40.1 milyard dollarlıq sərvətin üzərində oturur.
Chris Larsen, bu sərvətilə Forbesin ən zənginlər siyahısında 14-ci sıraddır və Sheldon Adelson, Elon Musk, Steve Ballmer, Jacqueline Mars, Michael Dell, Laurene Powell Jobs, Paul Allen kimi milyarderləri geridə qoyur.

Mərkəzi ofisi ABŞ-ın San-Fransisko şəhərində yerləşən Ripple şirkəti cəmi 100 milyard ədəd Ripple buaxıb. Hələlik dövriyyəyə  61.3 milyard ədəd Ripple (XRP) çıxarılıb. Digər  61.3 milyard ədəd XRP-nin nə vaxt dövriyyə buraxılacağı bilinmir.

Ripple, mərkəzi olduğu iddiası ilə bir qism kriptovalyuta sərmayəçisi tərəfindən tövsiyə edilmir. Şirkətin əlində olan 61.3 milyard ədəd Ripple-ın da nə vaxt dövriyyəyə buraxacağı bilnmir və bu qədər koinlərin bazara çıxarılmasının qiymətləri aşağı sala biləcəyi də qeyd olunur. Lakin interbanka bənzər olan Ripple-dən beynəlxalq maliyyə əməliyyatlarında aralarında American Express, Santander kimi nəhənglər daxil 100-ün üzərində təşkilat istifadə edir.

 

Mənbə: Bizplus.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR