Slimfit
  1. TƏBİƏT

Ən böyük və ən kiçik heyvanların nəsilləri daha sürətlə tükənir

Ən böyük və ən kiçik heyvanların nəsilləri daha sürətlə tükənir
Sakura

Ən böyük və ən kiçik heyvanların nəsilləri daha sürətlə tükənir

ABŞ-dakı Oregon Dövlət Universitetinin apardığı araşdırmada, dünyadakı ən böyük və ən kiçik heyvanların nəsillərinin tükənməsi ehtimalının daha çox olduğu iddia edilib.

Araşdırmaya görə, ən ağır heyvanlar birbaşa ovçuluq nəticəsində, ən yüngül olanlar isə, təbii yaşayış mühitinin çirklənməsi və ağacların kəsilməsi kimi səbəblərdən nəsilləri tükənir.

Elm adamları, dünyanın "altıncı kütləvi nəsil tükənməsi" ilə qarşı-qarşıya olduğu iddiası ilə, nəsil tükənməsinin səbəblərini araşdırırlar.

ABŞ-da aparılan bu araşdırma göstərir ki, "ölçü vacibdir".

Çəkicbaşlı köpəkbalığının sayı qeyri-qanuni balıq ovu sayəsində sürətlə azalır.

Ən ağır heyvanlar niyə risk altındadır?

  • Qanuni və qeyri-qanuni balıq ovu
  • Ticarət və əczaçılıq sənayesi üçün ovçuluq və heyvanlara tələ qurulması.

Ən yüngül heyvanlar niyə risk altındadır?

  • Göl və çaylarda çirklilik
  • Fermaçılıq
  • Meşələrin qırılması

"Kiçik canlılara diqqət daha çox lazımdır"

Oregon Dövlət Üniversitetinin tədqiqat qrupun lideri professor Bill Ripple BBC-ə hesabatın detallarını belə açıqlayır:

Ən böyük onurğalı canlıların insanlar tərəfindən birbaşa öldürülməkləri riski daha çoxdur, ən kiçik canlıların isə təbii yaşayış mühitinin çirklənməsi ilə üzləşmə riski.

Tədqiqatçılar 25 minə yaxın quş, məməli heyvan, balıq, amfiyiba ( iki canlı) və sürünəni araşdıraraq bir məlumat bazası qurublar.

Bavyera çöl siçanı (microtus bavaricus) də böyük risklə qarşı-qarşıyadır.

 

Dünya Təbiət və Təbii Sərvətlər Qoruma Birliyinin hesablamalarına görə, bunlardan təxminən dörd minə qədəri "qırmızı kitaba" düşüb.

Tədqiqatın hesabatına görə, fil və şir kimi böyük və xarizmatik heyvanların nəsillərinin qorunması üçün səlahiyyətli şəxslər böyük səy göstərirlər.

Siçovullar və qurbağalar kimi kiçik ölçülü heyvanlara isə daha az diqqət yetirilir.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR