Slimfit
  1. TEXNOLOGİYA

Gizli kriptovalyuta mayninqindən necə müdafiə olunmaq olar?

Gizli kriptovalyuta mayninqindən necə müdafiə olunmaq olar?
Sakura

Gizli kriptovalyuta mayninqindən necə müdafiə olunmaq olar?

ESET şirkətinin proqramçıları aydınlaşdırıb ki, son aylar fırıldaqçılar gizli olaraq istifadəçilər saytda olarkən brauzer və kompüterlər vasitəsilə Feathercoin, Litecoin və Monero kriptovalyutası əldə etməyə başlayıblar.

Əgər The Pirate Bay özü sayta test üçün Javascript-mayner daxil edibsə, onda xakerlər müxtəlif resurslar vasitəsilə bundan istifadə etməyə başlayacaqlar.

Bunu necə edirlər?

Gizli kriptovalyuta əldə etmək üçün kompüteri sındırmaq və ya troyan quraşdırmaq lazım deyil. İstifadəçinin brauzerində zərərli skriptlə olan səhifə açıq olduğu müddətdə prosessor gizli olaraq mayninqlə məşğul olacaq.

Çox vaxt istifadəçilərin çox vaxt keçirdiyi saytlar qurbana çevrilir. Bu əsasən pirat video və oyunlar paylaşılan resurslardır ki, prosessoru veb-maynersiz belə yükləyirlər.

Problemi aydınlaşdırmaq çox asandır – prosessorun yüklənməsi qəfil 100%-ə qədər çatır. Məs: Rusiyanın bu saytları gizli mayninqlə istifadəçilərin prosessorunu yükləyir:

Okino.tv, gtavicecity.ru, flashplayer.ru, online.cd, wotsite.net, apitech.ru, filmi-hd.ru, jut.su, wowgaid.ru, youmult.net

Prosessorun yüklənməsinə macOS-də Sistem Monitorinqi (Activity Monitor), Windows-da isə “Məsələlər dispetçeri” (Task Manager) vasitəsilə baxa bilərsiniz.

Gizli mayninqdən necə qorunmaq olar?

Prosessoru şübhəli olaraq yükləyən saytlarda JavaScript-i söndürmək

JavaScriöt əsas brauzerlərdə standart olaraq aktivdir. Əgər onu tamamilə söndürsək, saytların çox düzgün işləməyəcək. Buna görə də hər saytı ayrıca ayarlamaq lazımdır. Bu brauzerin ayarlarından edilir. Məs: Chrome-da: Ayarlar-Konfidensiallıq və təhlükəsizlik – Kontentin ayarlanması – Javascript.

Veb-maynerləri blok edən əlavələr yükləmək

Hər brauzer üçün skriptləri blok edən ayrıca əlavələr var. Google Chrome üçün No Coin əlavəsi bu işin öhdəsindən gəlir.

Antivirusu söndürməmək

Antivirus şirkətləri məhsullarının ayarlarında potensial zərərli proqramların aşkar edilməsi funksiyasını aktiv saxlamağı məsləhət görür. ESET məhsullarında veb-mayner JS/CoinMiner.A. kimi aşkar olunur.

Kaspersky Laboratoriyasından verilən məlumata əsasən onların bütün məhsulları belə təhlükələri aşkar etməyə qadirdir. Şirkətin saytında veb maynerlərin Riskware qrupuna aid edilməsi göstərilib. Belə proqram təminatı özlüyündə qanunidir, lakin bununla yanaşı zərərli

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR