Dərc edildi: Baxış sayı: 2565
Körpəlikdə onu atmaq istəyən nənəsini sonradan himayə edən aktrisamız
Azərbaycan səhnəsinin və kinosunun əfsanəvi atrisası Barat Şəkinskaya anadan olan zaman yox, yalnız 21 gün sonra ik dəfə ağlayıb. O zaman ağlamağı gecikdirə bilsə də, yaşadığı həyat müddətində bunu bacara bilməyib. Çağa ikən bacardığını böyüyəndən sonra yadırğayıb. Anadan olmamışdan qabaq anası Ağca xanımın üç uşağı doğuş zamanı ölmüşdü. Ona görə də körpələrin ölümü nənə Ziba xanımın qəzəbinə səbəb olur və Ağca xanım evdən getmək məcburiyyətində qalır. Şuşanın adlı-sanlı bəy ailəsindən olan Ziba bəyimin isə sözü qanun idi. Buna görə də bəy övladı, Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olan Ağca xanım Barat anadan olanda ölər deyə, uşağı Ziba bəyimdən gizli saxlayır. Çünki uşaq onsuz da ölü kimi idi. Çox kiçik, cılız olmaqla yanaşı, heç ağlamırdı da. Odur ki, acıqlı nənəsinə xəbər verməyə tələsmirdilər. Düz 21 gün sonra körpədən səs gəlir. Şadyanalıq qurulur, Ziba bəyimə xəbər verilir. Amma o yenə də inanmır, “Ağcanın diri uşağı ola bilməz” deyir. Amma sonra gələcəyin məşhur aktrisasına çevriləcək Barat xanım ələyi ələnən, xəlbiri də göydə fırlanan nənəsini himayəyə götürəcək və bu faktı bir dəfə də olsun üzünə vurmayacaq...
Moderator.az xəbər verir ki, Barat xanımın həyatı o qədər də fərəhli keçməyib. Həm qətiyyəti, həm də bəxtsizliyi üzündən həm xəyanətlərlə, həm də acılarla üzləşib. Həyatda adığı sonuncu zərbə isə sağlamlığı ilə bağlı olub.
Ömrünün sonlarına yaxın üzləşdiyi bir faciə onu bir gözündən edir. Belə ki, o, fotoqrafın səhvi üzündən faciə ilə üzləşir. Qızı bu barədə ürək acısı ilə danışır:
“Anam təqaüdə çıxandan bir neçə il əvvəl kollektiv foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi, anamın isə bir gözü qlaukoma oldu. Cərrahiyyə əməliyyatı elətdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, “a bala, gözlə, qoy gedim gözümü taxım, gəlim”. Ya da deyirdi ki, “bu tərəfdən çəkməyin, o biri tərəfdən çəkin, qoy, tamaşaçılar təbii gözümü görsünlər”. Demək istəyirəm ki, bunu özünə dərd eləməmişdi”.
Barat xanım 1999-cu ildə dünyasını dəyişdi. “O olmasın, bu olsun”, Qızmar günəş altında”, “Görüş “, “Qəribə əhvalat”, “Üzeyir ömrü” kimi filmlərdə də rol alan səhnənin misilsiz Dezdamonasının həyatını birdən birə üç rejissor o qədər də yaxşı səhnələşdirə bilmədi. O, güclü aktrisa idi...
Elmin Nuri
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət