Slimfit
  1. MARAQLI

Bu ana uşağına məktəbə qədər oxumağı öyrətmir

Bu ana uşağına məktəbə qədər oxumağı öyrətmir
Sakura

Bu ana uşağına məktəbə qədər oxumağı öyrətmir

Bu gün demək olar ki, hər bir valideyn öz uşağını dahi kimi böyütməyə çalışır, onu inkişaf mərkəzlərinə verir ki, mümkün qədər tez oxumağı, yazmağı və ömürlük savad toplamağına cəhd edir. Bütün bunları isə məktəbdə onun üçün asan olması üçün edirlər.

Lakin bir ana şəbəkədə böyük müzakirə yaratdı. O izah etdi ki, məktəbə gedənə qədər oxumağı öyrətmək istəmir.

Kristal Loueri (aktrisa və yazıçı) özünün 5 yaşı oğlunun digər tərəflərinin inkişafına diqqəti cəmləşdirib. Ona çoxlu kitab oxuyur, lakin özünü oxumağı öyrənməyə qoymur, çünki o “başqa şeylərin öyrənməklə çox məşğuldur”.

“O sağlam rəqabətə öyrənir: təpənin üzərində necə növbə gözləməyi və kanatla öz bacısından tez qalxarkən lağ etməməyi bacarmağı. O necə tikməyi öyrənir: çınqıl və çubuqlardan Leqoya qədər, o özünün balaca barmaqlarında müxtəlif materialların çəkisini hiss edir, o müxtəlif strukturların fiziki xüsusiyyətlərini araşdırır.

O idmanla məşğul olur: itin dalınca qaçır, müxtəlif tuniklərə dırmaşır, rəqs edir, karate öyrənməyə çalışır. Onun bədəni ona hələ çox lazım olacaq, buna görə də o əzələlərini parta arxasında bütün günün keçirməklə deyil, aktiv olmaqla inkişaf etdirir”.

Qadın izah edir ki, onun oğlu diqqətli və kreativ olmağı, üzr istəməyi, bağışlamağı öyrənir və “xoşbəxtliyin açarı nədir – onda olmayan şey barədə şikayət etmək deyil, sahib olduğunun üzərində fikrini cəmləşdirməkdir”.

Amma bəziləri uşağın oxumağının öyrənməsi aktivlikdən məhrum etmədiyini deyə bilər, lakin bu ana əmindir ki, uşağını məktəbə düzgün qaydada hazırlayır.

“Əsas yeni bir şeyə utanmadan cəhd etməyi bacarmaqdır. Dost qazanmaq qabiliyyətidir. Başqalarına qulaq asmaq və onların göstərişlərinə əməl etmək qabiliyyətidir. Problemləri həll etmək bacarığıdır. Fikrini tapşırıqda cəmləşdirməkdir”.

Bəs siz bu barədə nə düşünürsünüz? Fikirlərinizi şərhdə qeyd edə bilərsiniz.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR