Slimfit
  1. MARAQLI

Dünya məşhurlarının məktəb xatirələri

Dünya məşhurlarının məktəb xatirələri
Sakura

Dünya məşhurlarının məktəb xatirələri

Tarantino, rejissor

“Mən fəxr edirəm ki, hətta orta təhsili belə almadan bütün bunlara nail olmuşam. Bu məni ağıllı edir. İnsanlarda xoş təəssürat yaradır. Mən dövlət təhsilinin amerikan sisteminin elə də böyük həvəskarı deyiləm. Mən məktəbə o qədər nifrət edirdim ki, 9-cu sinifdə ordan qaçdım. Peşman olduğum yeganə şey bu dəhşətin çox davam edəcəyini fikirləşməyim idi. Mən başa düşmürdüm ki, kollecdə hər şey fərqli olacaq. İndi olsaydı mən məktəbi bitirib kollecə daxil olardım. Əminəm ki, öhdəsindən gələrdim”.

 Leonardo Di Kaprio, aktyor

“Məktəbi sevmirəm: orada sənin bilmək istəmədiyin şey barədə fikrini cəmləşdirməyə məcbur edirlər. Məktəbdə mənə çox da diqqət yetirmirdilər. Ən azından özünü sınmış əli olan ağılsız axmaq kimi göstərənə qədər”.

Entoni Hopkins, aktyor

“Bizdən ən yaxşılar gec inkişaf edir. Mən məktəbdə səfeh olmuşam. Ünsiyyəti xoşlamırdım – başqa uşaqlar məni maraqlandırmırdı. İndi bunu disleksiya və ya diqqət pozğunluğu adlandırırlar. Mən isə sadəcə kütbeyin idim. Amma məhz buna görə də aktyor oldum”.

Tilda Suinton, aktrisa

“Mən valideynlərimə xüsusi məktəbdən başqa hər şeyi bağışlaya bilərəm. Orada bizə musiqiyə qulaq asmağa icazə vermirdilər. Bu cavanlar üzərində əsl zorakılıq idi, xüsusilə pank həvəskarları olan gənclər üçün”.

Lars Fon Trier, rejissor

“Uşaqlıqda mənə istədiyim hər şeyə icazə verilirdi və valideynlərimiz məktəbə gedib-getməməyim və ya yatıb qalmağım maraqlı deyildi”.

Trumen Kapote, yazıçı

“Mən bütün məktəblərə nifrət edirdim – onları tez-tez dəyişirdim və illər keçdikcə adi fənlərin öhdəsindən gələ bilmirdim – onlar məndə darıxma və nifrət hissi yaradırdı. Mən ən azı həftədə iki dəfə dərsdən qaçırdım və evdən isə həmişə qaçırdım”.

“Mənim 12 yaşım olanda məktəbin direktoru ailəmə xəbər verdi ki, mən ağıldam kəməm. O iddia edirdi ki, məni xüsusi uşaqlar üçün olan məktəbə göndərmək lazımdır. Ailə üzvlərim bundan özlərini təhqir olunmuş hesab etdilər və mənim normal uşaq olduğumu sübut etmək üçün intellekt səviyyəsini ölçmək səbəbi ilə psixiatrik mərkəzə göndərdilər. Mən evə elmi nöqteyi nəzərdən dahi kimi qayıtdım. Bilmirəm kim daha çox təsirləndi – buna inana bilməyən müəllimlər və ya buna inanmaq istəməyən valideynlərim – onlar mənim normal oğlan uşağı olmağımı istəyirdilər. Mən özümdən çox razı idim – özümü bütün güzgülərdə araşdırırdım, özümü Flober, Mopassan, Mansfild, Prust, Çexov və ya Vulfla müqayisə edirdim”.

Uill Smit, aktyor

“Ənənəvi təhsil faktlar, rəqəmlər və imtahanlar əsasındadır, materialın əsl qavranılması və onun real həyatda tətbiqi üzrə vərdişlərin əldə edilməsi deyil. Buna görə də mən həyat yoldaşımla uşağı məktəbə vermirik. Kimi Boston qonaqlığı maraqlandırır?

Klint İstvud, rejissor

“Mənə uşaqlıqda nadir hallarda sataşırdılar. Birincisi mən sinifdə hamıdan hündür idim, ikincisi isə biz həmişə köçürdük. Reddinq, Sakramento, Pasifik Paliseyds, yenə Reddinq, yenə Sakramento, Heyuord, Nayls, Oklend (Kaliforniya şəhərləri). Biz həmişə hərəkətdə idik, mən isə məktəbdə həmişə yeni idim. Hər uşaq-muşaq mənimlə söhbət etmək, mənim kim olduğumu yoxlamaq istəyirdi. Mən çox utancaq oğlan idim, lakin vaxtımın çoxu ona-buna dərs verməklə keçirdi”.

Natali Portman

“Bu çox qəribədir – çəkiliş səhnəsində uşaq olmaz. İş davam edərkən sən hamı kimisən, fasilə elan olunan kimi isə hər kəs dağılışır – yatmağa və ya pivə içməyə gedir, sən isə kitablarını götürüb məktəbə yollanırsan”.

Al Paçino, aktyor

“Mən aktyor qismində ilk dəfə məktəbdə oxuyarkən səhnədə oldum. Biz səhnə qurmuşduq, orada böyük qazan var idi – bədnam “ərizmə qazanı”, mən isə İtaliyanın nümayəndəsi qismində dayanıb onu qaşıqla qarışdırırdım. Xatırlayıram ki: məktəbdə uşaqlar məndən avtoqraf istəyirdilər, mən də belə qeyd edirdim: “Sonni Skott”. Özümə ləqəb fikirləşmişdim, anlayırsınız?”.

Ed Harris, aktyor

“Ölkənin problemləri məktəbdən başlayır. Mən üçüncü, dördüncü və beşinci sinifdə oxuyanda bizdə əsl məktəb orksestri var idi və sən istənilən alətdə ifa etməyi öyrənə bilərdin. Bu norma idi və mən şeypurda ifa edirdim. İndi isə məktəblərdə heç nə yoxdur – görünür orada hətta “incəsənət” sözünü belə tələffüz etmirlər.

Alan Parker, rejissor

“Bütün sinfin önündə dayandığım və onlara Dostoyevski barədə yarım saat danışdığım yadımdadır.  Mən ona heyran idim. Lakin müəllimim dedi ki, mən birincisi iddialıyam, ikincisi isə “axmağam”. O zaman bu məni təbii ki, kədərləndirmişdi. Lakin mən indi istehzanın nədə olduğunu anlayıram!”.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR