Arılar abstrakt konsepsiyanı anlayan yeganə həşəratdır
Paradoksal olsa da sıfır konsepsiyası təsəvvür olunduğu kimi sadə deyil. Uşaqlar başa düşür ki, sıfır rəqəmi bütün digər rəqəmlərdən sonra gəlir, bəzən onun identifikasiyası ilə bağlı problemlər yaşayırlar. Arılardan fərqli olaraq.
Arılar sıfır ideyasını anlayırlar – onlar belə olan ilk onurğasızdır. Onlar sıfır rəqəmini digər rəqəmlərdən seçə bilirlər.
Bizdən başqa sıfır konsepsiyasını bəzi heyvanlar da başa düşür. Şimpanze və meymunları öyrətsək sıfırı rəqəm kimi anlaya bilərlər.
Arıların beyni çox kiçikdir, buna görə də belə baxanda onlar sıfır klubuna qoşulmalı deyillər, lakin onların çox inkişaf etmiş riyazi bacarıqları var. Məs: onlar dördə qədər saya bilirlər.
Arıların sıfırı anladıqlarını görmək üçün Melbrunda RMIT universitetinin tədqiqatçısı Skarlett Hovard əvvəlcə arılara rəqəmlərin arasındakı fərqi görməyi öyrətdi və 1-4 fiqur olan iki platforma quraşdırdı.
Az sayda fiqur olan platformada saxaroza məhlulu, digərində isə kinə məhlulu olan nəlbəki var idi. Əvvəlki araşdırmalar onu göstərdi ki, arılar onları nəinki mükafatlandırsaq, həmçinin cəza versək daha tez öyrənirlər.
Alimlər arıları həşəratlar 80% halda düzgün seçim edənə qədər şirin mükafatı az saylı fiqur sayı ilə əlaqələndirdilər. Sonra həşəratların fiqurların görünüşünə deyil, sayına reaksiya verməsini sübut etmək üçün müxtəlif formalı obyektlərlə təcrübələr keçirildi.
Daha sonra arılara bir neçə platforma arasında seçim imkanı verdilər: birində üç fiqur, digərində iki, üçüncüdə isə heç bir fiqur yox idi. Məhz sıfır platformasını arılar daha çox ziyarət etdilər.
Bu sübut edir ki, arılar sıfırı boşluq kimi deyil, rəqəm kimi başa düşürlər. Alimlər hələ də arılara belə abstrakt konsepsiyanın nə üçün lazım olduğunu bilmirlər. Bu bir daha sübut edir ki, bizim bütövlükdə şüur haqqında məlumatımız azdır.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət