Slimfit
  1. TƏBİƏT

Bal porsuğu – planetin ən qorxmaz və təhlükəli heyvanı

Bal porsuğu – planetin ən qorxmaz və təhlükəli heyvanı
Sakura

Bal porsuğu – planetin ən qorxmaz və təhlükəli heyvanı

Bizim ölkədə ən məşhur bal həvəskarı kimi ayı tanınır. Ayı adətən bal üçün arıların yuvalarını dağıdır. Asiya və Afrikada da özünün məşhur bal həvəskarı olan heyvan var. Onu ratel və ya bal porsuğu adlandırırlar.

Şəkillərdə ona baxsaq ayı ilə heç bir oxşarlığı yoxdur, ona heç bənzəmir. O əsasən porguğa (Sibir porsuğuna) bənzəyir. Afrikada onu “keçəl porsuq” adlandırırlar. Lakin bu heyvan adlandırıldığı kimi deyil. Ratel  kobud sərt tüklərlə örtülüb. Bədəninin yuxarı hissəsi, həmçinin başının üstü qəhvəyi və ya çəhrayı çalarlı ağ rəngə boyanıb, aşağı hissə isə qara rəngdədir. Ayaqları və quyruğu qaradır.

Bal porsuğu çox da böyük deyil. Onun uzunluğu əsasən 70sm-dən böyük, çəkisi isə 15kq-dan çox olmur. Heyvanın hündürlüyü təxminən 30sm-dir. Cinsi diformizm var, dişilər erkəklərdən balacadır. Quyruğunun uzunluğu 24sm-dən çox deyil.

            Ratel şirdən qorxmur

Ayaqları çox güclüdür, barmaqlarında böyük iti dırnaqları var, onun vasitəsilə əla yer qazır və sürətlə ağaca dırmana bilir. Ratelin ağzı sivridir. Bu heyvan dələlər ailəsinə məxsusdur. Heyvanın çox qalın dərisi var, bu da onu müxtəlif yırtıcılardan və həşəratlardan qorunmağa kömək edir. O meşələrdə və düzənlərdə yaşayır, həmçinin ona 3 min metrə qədər hündürlüyü olan dağlarda rast gəlmək olar.

Ratelin bala olan sevgisinə baxmayaraq onun əsas qidası heyvanlardır. Keçəl porsuq yerli əhali tərəfindən böyük camışa belə hücum etməyi bacaran aqressiv və qaniçən yırtıcı kimi tanınır.

Bal porsuğu müxtəlif gəmiricilərlə qidalanır: siçanlar, siçovullar, dələlər, dağ siçanı kimi onun ərazisində yaşayan müxtəlif heyvanlarla. Həmçinin qurbağa, kərtənkələ, tısbağa, kirpi, quş, timsah, həşəratlarla da qidalanır.

Bundan başqa ratel həmçinin kobra da daxil olmaqla ilanlara hücum edir. Kobranın zəhəri bal porsuğu üçün ölümcül deyil, lakin sancmadan sonra o güclü ağrı hiss eidr və 1,5-2 saat müddət dəhşətli qıcolma ilə mübarizə aparır. Bundan sonra o özünü sağlam hiss edir. Təəccüblü deyil ki, rateli ilan qatili adlandırırlar. Orta Asiyada keçəl porsuq həmçinin zəhərli əqrəblə də qidalanır. Nadir hallarda giləmeyvə və bitki yeyirlər.

Digər porsuqlar kimi ratel tək yaşayır. Axtarışa qaranlıq düşən zaman çıxır. Gündüz onu ancaq sərin hava şəraitində, cütləşmə dövründə və insanların nadir hallarda olduğu yerlərdə görmək olar.

Bu yırtıcının yaxşı görmə, eşitmə və iybilmə hissiyyatı var. Öz qurbanını torpağın yarım metr dərinliyində hiss edə bilir. Ratel qurbanı hiss edib  ayaqları ilə qruntu sürətlə qazır və tutduğu heyvanı boğur. Onlar daim öz qonşularından yaxşıca qoruduğu ərazisinin hər yerində qida axtarır.

 Qurbanını görən kimi ona bir neçə dəfə atlanaraq ona çata bilir.

Bal porsuğunun balı əldə etməsi də çox maraqlıdır. Əslində bu işdə ona balaca bal quşları kömək edir. Adından da göründüyü kimi o arı yuvasını tapır və ratelə onu tapmaq üçün istiqamət göstərir. Bu quş xüsusi fitlə budaqdan-budağa qonaraq ratelə istiqamət göstərir, yırtıcı isə yerdə onun arxasınca gedir.

Bal quşunun ratelə arı yuvasını göstərməkdə məqsədi nədir? İş burasındadır ki, bu quş arı sürfələrini çox xoşlayır, ancaq məlum səbəblərə görə onu yuvadan əldə edə bilmir. Bu zaman ona ratel kömək edir, yuvanı dağıdır, bütün balı yeyir, sürfələri isə quşa saxlayır. Bax belə “qarşılıqlı əməkdaşlıq” baş verir.

Gəmirici və digər heyvanlardan doyaraq bal porsuğu püxtələşir. O öz qazdığı yuvalarda istirahət edir. Yuvanın dərinliyi üç metrə çata bilir. Dərinlikdə onun bitkilərlə düzülmüş yeri var. Onun sahəsində belə beşə yaxın yuva ola bilir. Afrika ratelləri isə çuxurlarda yaşaya bilir.

Bal porsuqları özlüyündə tənhadır, ancaq cütləşmə dövründə görüşürlər, onlar sonra yenə də öz sahələrinə gedirlər. Yarım ildən sonra dişi bal porsuqları 1-3 bala dünyaya gətirir. Həyatının ilk iki həftəsini yuvada qalır. Onlar bir yaşı olana qədər anaları ilə qalır.

Dişi bal porsuqları öz yuvasını yırtıcılardan qoruyur. Hətta şir kimi yırtıcı ratellə qarşılaşmaq istəmir. Ratel öz həyatı uğrunda qətiyyətlə döyüşür, o praktiki olaraq ağrı və sancma hiss etmir, belə ki onun qalın dərisi və böyük piy qatı var. Ancaq keçəl porsuq öz dişləri və dırnaqları ilə ona hücum etməyə çalışan istənilən heyvana ağır zədələr yetirə bilər. Buna görə də onun ciddi düşməni yoxdur. Hindistan və Səudiyyə Ərəbistanı kimi ölkələrdə kənd əhalisi onu ziyanverici kimi hesab edir, çünki onlar tez-tez mal-qaraya hücum edir.

Vəhşi təbiətdə bu heyvanın yaşayış tərzi az öyrənilib. Ömürlərinin müddəti haqqında olan məlumatlar dəqiq və etibarlı deyil. Lakin zooparklarda onlar 25 ilə qədər yaşaya bilir.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR