Slimfit
  1. KOSMOS

Günəş qalaktika ətrafında hansı sürətlə fırlanır?

Günəş qalaktika ətrafında hansı sürətlə fırlanır?
Sakura

Günəş qalaktika ətrafında hansı sürətlə fırlanır?

“Qaya” kosmik teleskopunun məlumatları və yeni metodun köməyi ilə Toronto universitetinin astronomları Günəşin Süd yolu mərkəzinin ətrafında orbit üzrə hansı sürətlə hərəkət etməsini və həmçinin qalaktikanın mərkəzindən bizim ulduza qədər olan məsafəni müəyyən ediblər.

Əldə edilmiş nəticələrə görə Günəşin Süd yolu mərkəzinin ətrafındakı sürəti 240 km/s-dir. Bundan sonra astronomlar bizim qalaktika nüvəsindən nə qədər məsafədə olduğumuzu müəyyənləşdiriblər. Əgər ehtiyac olarsa 26min işıq ili qədər yol getməli olacağıq.

“Qaya”dan əldə edilmiş məlumatların və Radial Sürət Təcrübəsinin köməyi ilə Ceyson Hant həmkarları ilə birlikdə 200 min ulduzun Günəşə nisbətən sürətini müəyyən ediblər. Əvvəlcə araşdırma heç təəccübləndirmədi, hansısa ulduzlar yavaş, bəziləri isə daha sürətli hərəkət edirdilər. Lakin astronomlar həmçinin Günəşin sürətindən 240km/s az qalaktik orbital sürətli ulduzların azlığını aşkar ediblər. Astronomlar belə qərara gəliblər ki, çatışmayan ulduzlar – sıfır bucaqlı təcilli olanlardır, yəni onlar qalaktikada Günəş və digər ulduzlar kimi fırlanmır.

Hant deyir ki, “qalaktika ətrafında ulduların Günəşə nisbətən fırlanma sürəti ölçməklə biz spesifik mənfi nisbi sürətə malik ulduzların olmamasını müşahidə edə bilərik. Məhz belə üsulla biz özümüzün hansı sürətlə fırlanmağımızı müəyyən edirik”. Sonra Hant həmkarları ilə bu  tapıntını qalaktikanın mərkəzində yerləşən Oxatan A qara dəliyin əsl sürətilə birləşdiriblər və 7.9 kiloparsek məsafəsini əldə etdilər. Əsl hərəkət – obyektin göydə müəyyən məsafədə olan fon obyektlərinə nisbətən hərəkətidir.

Araşdırma nəticələri Astrophysical Journal Letters jurnalında dərc olunub.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR