Slimfit
  1. MARAQLI

Amerika haqda bilmədiyiniz 10 fakt

Amerika haqda bilmədiyiniz 10 fakt
Sakura

Amerika haqda bilmədiyiniz 10 fakt

Fashionbeans.com vebsaytının redaksiya heyəti bu ölkənin unikal aspektlərini özündə əks etdirən maraqlı siyahı hazırlayıb.

1. Çaypulu – Əksər Avropa ölkələrindən fərqli olaraq ABŞ-da restoran xidmətçisinə çaypulu vermək az qala icbaridir. Restoranda adətən cüzi maaşa işləyən xidmətçilərin çoxu dolanışıq üçün xidmətin keyfiyyətinə görə verilən çaypuluna arxalanırlar. Belə görünür ki, amerikalıların çaypulu ənənəsindən başqa ölkələrdə də xəbərdardılrar. Məsələn, Fransada “Le service est compris” (Hesaba çaypulu daxildir) yazılmış lövhələr amerikalı turistlərə bu ənənəni evdə qoymağı xatırladır.

2. Dünyanın az qala bütün ölkələrində tarix gün/ay/il formatında yazılır. Amerikada isə belə: ay/gün/il. Sizcə, 11/12/13 Amerikada necə oxunur:)

3. “Amerikalılar ölkələri ilə qürur duyurlar,” Fashionbeans.com yazır. “Amma biz bəzən bunu qəribə yollarla sərgiləyirik. Məsələn, Amerika bayrağını əlimizə keçən hər şeyin üstünə yapışdırmaqla.” Əksər ölkələrdə bayraqlar rəsmi olaylar üçün nəzərdə tutulur və siyasi kontekstli tədbirlərə məhdudlaşdırılır. Amerikada isə bayrağı özəl evlərdən tutmuş köynəklərədək hər yerdə görmək olar.

4. Amerikada az qala hər məhsulun üzərində bir növ xərəbdarlıq var. Yüksək dərəcədə hüquqi cəmiyət olaraq bu ölkədə məhkəmə işlərinin geniş yayılması özəl şirkətlərdən və fərdlərdən öz fəaliyyətlərində ehtiyatlı olmağı tələb edir. Ehtiyatsız addım məhkəmədə milyonlarla dollara başa gələ bilər. Ona görə də qəhvə stəkanının üzərində “bu istidir”, yaxud qayçının üzərində “bu kəsir” ifadələri sizi təəccübləndirməsin.

5. Amerikada xarcilərin diqqətini cəlb edən ilk cəhət kassada pul ödəyərkən məhsulların üzərinə qoyulan vergilər olur. Bu vergilər qiymətlərdə əks olunmur, yalnız alqı baş verdiyi zaman məhsulun üzərindəki qiymətə əlavə olunur. Amerikada yaşayan hər bir adam bilir ki, kepkanın üzərində $4.99 yazılıbsa, çıxacaq pul yəqin ki, $5 üstəgəl nəsə olacaq. Bir də ki, hər ştatın öz vergi qaydaları və məzənnələri var. Elə ştatlar da var ki, orada satış vergisi heç yoxdur.

6. “Xaricdə Amerikalılar haqda stereotip budur ki, onlar uca səsli, danışqan, ünsiyyətcil olurlar,” Fashionbeans.com yazır. “Ola bilsin, bu, Amerikanın genişliyindən irəli gəlir – biz otağın o tayından qışqırmağa vərdiş etmişik.” Çoxları buraya gələnədək dərk etmir ki, Amerika nəhəng ölkədir. Bostondan Mayami şəhərinə getmək maşınla iki sutka, Nyu Yorkdan Los Ancelesə isə 4-5 sutka vaxt apara bilər. Hələ Alyaskanı demirik.

7. Amerikada içkiləri yenidən doldurmaq əksər yerlərdə havayıdır. Deyək ki, bir stəkan koka-kola almısan – günün sonunadək restoranda oturub yenidən doldurub içə bilərsən. Əgər həvəsin varsa. Bəlkə elə bu üzdən səhiyyə rəsmiləri Amerikada şəkər istehlakının rekord həd çatmasından narahatlıqlarını ifadə edirlər.

8. Qeyd olunduğu kimi, Amerika iri ölkədir. Ola bilsin ki, bunun Amerika restoranlarında verilən yeməklərin çoxluğu ilə heç bir əlaqəsi yoxdur. Fakt budur ki, ABŞ-da porsiyaların həcmi xaricdən gəlmiş çoxlarını təəccübləndirir.

9. Restoranlardan söhbət düşmüşkən, az qala bütün təamların qırağında şor xiyar qoyulur. “Biz amerikalıların şor xiyara münasibəti başqa millətlərinkindən fərqlidir. Biz onları doğrayırıq və hər şeyin üstünə qoyuruq. Hamburgerlər, sendviçlər, hətta pizzaya da – təamlara şor xiyar xüsusi bir dad gətirir.”

10. Amerikada universitet idmanı ciddi biznesdir. Başqa ölkələrdə peşəkar idman klublarına xərclənən pul Amerikada universitet liqalarında xərclənir. Alabama, Corciya, Ohayo, Merilend və Oklahoma kimi ştatlarda universitetlərin futbol yaxud basketbol komandalarına verilən diqqət bəzi ölkələrdə milli komandaya verilən diqqəti kölgədə qoyur. Belkə elə bu səbəbdən universitetlərdə komanda məşqçilərinin maaşı bir qayda olaraq universitet prezidentlərinin maaşlarından qat-qat yüksək olur.

 

Mənbə: Amerikaninsesi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR