“Onlar bundan nəticə çıxarmalıdırlar” - Ramil Usubov
“Məlum xarici dövlətlərin və təsisatların Ermənistan ərazisi vasitəsilə yeni təhdid ocaqları yaratmağa cəhd göstərmələri, eləcə də digər bu kimi proseslərin son aylarda daha da geniş vüsət alması bölgəmizdə həssas olan vəziyyəti daha da gərginləşdirir”.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib.
“Belə bir revanşist siyasət qarşısında Azərbaycan öz təhlükəsizlik sistemini ardıcıl gücləndirir, hər cür xarici təsirə qarşı qısa müddətdə effektiv cavab-nəticə verəcək müdafiə sistemini və zərbə strategiyasını artıq tam formalaşdırıb. Həm də bu, dəfələrlə uğurla sınaqdan çıxarılıb.
Azərbaycan Respublikası onun təhlükəsizliyinə qarşı yönələn hər bir təzyiq və təsir cəhdini yerindəcə dəf etmək iqtidarındadır. Erməni revanşistləri ilə yanaşı, bölgədə Azərbaycanın müstəqil iradəsini və liderliyini qəbul etməyən bəzi iri dövlətlər ötən illərin təcrübəsindən düzgün nəticə çıxarmalı, nəyin necə və nə vaxt ediləcəyini dəqiq bilən strategiyanın və “Dəmir Yumruğ”un gücünü heç vaxt unutmamalıdırlar. Bilməlidirlər ki, regionda yaradılacaq hər hansı hərbi qarşıdurma, Azərbaycanın zorən yeni münaqişəyə cəlb edilməsi onun üçün daha ağır nəticələrə səbəb olar”, - məqalədə deyilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət