Slimfit
  1. TARİX

Ruzveltin əlil arabası

Ruzveltin əlil arabası
Sakura

Ruzveltin əlil arabası

Həmin vaxtlar qeyri-tolerant və yanlış siyasət dövrü idi. Əlilləri nə uzun adla, nə də “xüsusi” adlandırırdılar, ancaq nəzakətlə alnına dağ basırdılar. Buna görə də perspektivli qırx yaşlı siyasətçi Franklin Delano Ruzvelt hər iki ayağın iflici olarkən və tam sağalmaya ümidini itirərkən prinsipcə ictimai səhnəni tərk etməli idi. Lakin əksinə hərəkət etdi.

1920-ci ildə demokratik cütlük Koks-Ruzvelt Ağ evə keçmədi. Ruzvelt fasilə verdi, Nyu-Yorkda məskunlaşdı, müxtəlif işlərlə məşğul oldu və özünün növbəti siyasi fəaliyyətini düşündü. Ruzvelt xəstələndi, temperatur son həddə çatdı.  Həkimlər iflic olduğunu söylədilər. İndi güman edirlər ki, bu başqa xəstəlik idi, lakin gələcək prezident perspektivi üçün sindromun detalları heç nəyi dəyişmirdi.

Hazırda əlil kürsüsündə cəmiyyət içərisinə çıxsanız heç kim sizin siyasi fəaliyyət qabiliyyətinizi şübhə altına ala bilməz.  Əlbəttə ki, indi namizədlər bir-biri barəsində xəstəlik tarixçəsi barədə iftiralar atır, lakin cəsarətli əlili heç kim incitməyə qərar verə bilməz. O zaman isə...

Əlil arabasında olanda deməli irsdən bir hissə almaq üçün ona qulluq edilməli gücsüz qoca başa düşülür. Məlumat üçün bir neçə belə “əlili” nümunə çəkək:  XVI əsrin qoca qanlı tiranı olan İspan kralı II Filip, inqilabi Konvensiyanın təkərli və iki dönmə qulpu olan araba ilə gəzən zalım sədri Kuton. Müasirlərdən Qorkidə iflic olmuş Lenin, lakin onu belə vəziyyətdə heç kim görməyib.

Franklin Ruzvelt də hər şeyi gizlətməyə qərar verir. Əvvəlcə o uğurlu olaraq sağalmasını nümayiş etdirir. Ağır ortopedik zəncir və qolun köməyi ilə  əl ağacına dayanaraq qısa gəzintilərə çıxır. Bu çox çətin idi, lakin seçicilər sakitləşirdilər. Əl ağacı və ya əlil arabasında şəkil çəkdirməyə icazə vermirdi.

“Layf” jurnalı bir dəfə belə şəkil dərc etdi, lakin bu sensasiya olmadı.

Əlbəttə Ruzveltin gəzə bilməməsini xalqdan tamamilə gizlətmək mümkün olmadı. Qreqori Pek cavanlıqda porta sevimli siyasətçini necə qarşıladığını xatırlayır. Gəmidə gedən zaman Ruzveltin şikəstliyini gizlətmək mümkün deyoldi. Təbii ki, ağıla dövrəyə almaq, mühafizə xidməti, hansısa yük maşınları gəlir. Ancaq xeyir. Franklin Ruzvelti əllə aparırdılar. Qreqori Pek dəhşətdən ağlayırdı. Siyasətçinin bir neçə saniyədən sonra artıq kürsüdə əyləşdiyinə baxmayaraq jestlə siqareti müştüyə qoyaraq çəkirdi. Üzdən gümrah formada, təbii gülümsəyərək kibriti saxlayan əli ilə xalqı salamlayırdı. Sakit xalq isə sevinirdi, cavan Pek isə düşündü: “Əgər bu öz xəstəliyinə belə yanaşırsa, biz niyə narahat olmalıyıq?”.

Franklin Delano Ruzvelt elə etdi ki, Amerika və dünyanı onun yeriyə bilib-bilməməsi narahat etmədi. Dörd dəfə onu prezident seçdilər, o yalan və ya həqiqətlərlə ölkəni Böyük depressiyada çıxardı. Nasizmlə birbaşa vuruşa bilmək imkanı olmadığından müttəfiqləri dəstəkləmək üçün icarəni düşündü, daha sonra isə həmyerlilərini nəinki Sakit okeanda hücum edən yaponlara qarşı, həmçinin Avropada almanlarla döyüşməyə razı saldı.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR