Slimfit
  1. ELM

Alimlər dişləri plombsuz bərpa etmək üsulu tapıblar

Alimlər dişləri plombsuz bərpa etmək üsulu tapıblar
Sakura

Vaşinqton Universitetinin tədqiqatçıları zədələnmiş diş minasını bərpa edən dərman tərkibi hazırlayıblar.

Dişlərin minasını bərpa etməyi bir çox diş pastası istehsalçıları söz verir, amma bu vəd az yerinə yetiriləndir. Mina ameloblastlar - yeni diş damaqda görünənə qədər özləri yox olan hüceyrələr tərəfindən hazırlanır.  Bundan sonra yeni minanı heç bir yerdən götürmək mümkün deyil, o daim itir - yeməklə yuyulur, digər dişlər məhsullardakı bakteriyaların həyat fəaliyyəti zamanı korlanır.

Mina fəaliyyət dövründə tüpürcəyin fermentlərini, diş pastalarının mineral komponentlərini və içməli suda həll olmuş duzu “təmir edirlər”, amma bu artıq zədələnmiş minanı bərpa etmək üçün kifayət deyil. Hətta əgər məhv olma minadan keçib dentinə və pulpaya nüfuz etməsə belə onu dişin təbii örtüyünə az bənzəyən süni materiallarla təmir etmək məcburiyyətindəyik.

Vaşinqton universitetinin alimləri tərəfindən hazırlanmış peptid qarışığı itirilmiş minanı bərpa edir; ola bilsin ki, o gələcəkdə plomba əvəzedici olacaq. Laboratoriya şəraitində bu qarışıq əsl diş minasının strukturuna yaxın minerallaşdırılmış örtüyün kifayət qədər qalın qatını bərpa etməyə imkan verdi. Minanın diş pastalarında istifadə olunan flüortərkibli zədələnmiş sahəsinin emalı daha nazik qata malik bərpa olunmuş mina verdi.

Alimlər hələ onların hazırladıqlarının canlı insanın ağzında necə işlədiyini yoxlamalıdırlar. Əgər preparat laboratoriyadakı kimi effektiv olsa, alimlər onun əsasında diş pastası, saqqız və ya müalicəvi gellər kimi ağız boşluğuna gündəlik qulluq çərçivəsində minanı möhkəmləndirmək üçün məhsullar yaratmağa ümid edirlər.

Araşdırma ACS Biomaterials Science & Engineering jurnalında dərc olunub.

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: Populyarnaya Mexanika

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR