Ağıllı robot-dibçək: bitkinin kökləri böyüyəndə nə olacaq?
Pekindən olan mühəndis əsas vəzifəsi çiçəyə qulluq etmək olan robot yaratdı. Robot ən işıqlı zonaları seçərək evdə gəzməyi bacarır, çiçəyi sulamağı xahiş edir və sahibi ona qulluq etdikdə hətta oynayır.
Bitki hərəkət edə bilir, amma bunu çox yavaş edir. Hətta yarpaqlar bir neçə saniyəyə dağılsa belə, onun özü hərəkətsiz qalır. Bəs bitkinin əsl kökləri böyüyəndə nə olacaq? Robototexnika şirkəti çox qəribə təcrübə apardı və bu arzunu həyata keçirməyi bacaran bot hazırladı.
Pekində Vincross bazasında hazırlanmış Hexa özündə altıayarlı robotu təcəssüm etdirir ki, o da 19 servo, infraqırmıı ötürücüləri və 720p ölçüsündə video çəkən kameralara malikdir. Onun “beyni” Linux bazasında xüsusi əməliyyat sistemidir. Layihənin aparıcı mütəxəssisi Sun Tyankuayanın sözlərinə görə, Hexa - “yeriyən sukkulent”in ilk prototipidir.
Mühəndis deyib ki, robot-bitkinin yaradılmasına 2014-cü ildə keçirilmiş günəbaxan sərgisinin ziyarəti ruhlandırıb. “Mən oraya gələndə gördüm ki, hər şey çiçəklərin ətrafında cəmlənib, yer də çox az idi. Salonda hər zaman kölgədə qalan yer var idi ki, çiçəklər buna dözmürdü və quruyurdular. Mən fikirləşdim ki, onların yeriyərək günəş şüalarının düşdüyü yerə yerini dəyişsəydi necə də yaxşı olardı - bu onların həyatda qalmasına kömək edərdi”.
Hexa-nın plastik örtüyü eyni zamanda kiçik sukkulent bitkisinin ikiqatlı rəngli dibçək rolunu oynayır. Robot günəş şüaları ilə bol olan sahələri sərbəst tapmağı və bitki üçün mümkün qədər çox işıq udmağa imkan verən rahat mövqeni tutmağı bacarır. Bundan başqa, sulamaq barədə xəbərdarlıq edir, hətta “sevgi axını” hiss edəndə oynaya bilir (bu sözlərin arxasında nə dayandığını şirkət izah etməyib).
Mənbə: Populyarnaya Mexanika
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət