Slimfit
  1. TEXNOLOGİYA

50TB həcmə malik fleş yaddaş təqdim olundu

50TB həcmə malik fleş yaddaş təqdim olundu
Sakura

50TB həcmə malik fleş yaddaş təqdim olundu

Hazırki dövrdə sərt disklər SSD yaddaşları həm həcmi, həm də məlumat saxlanması dəyərinə görə üstələyir. 10TB həcmə malik modellər də geniş yayılıb. Lakin Nimbus Data şirkətinin təşəbbüsü sadə tendensiyanı təsdiqləyir: mexaniki yaddaş daşıyıcıları özünü yaxşı hiss etsə belə onların vaxtı tədricən bitir. Şirkət 50TB həcmə malik ExaDrive yaddaş daşıyıcısını təqdim etdi. Bu da adi sərt disklərin də yaddaşından çoxdur. Onun əsası MCL NAND növlü adi fleş-yaddaş oldu. Bu rekord olmasa da pis nəticə deyil. Nəzərinizə çatdıraq ki, rekord Seagate şirkətinin 64TB yaddaşlı SSD diskə məxsusdur.

Bu seriyada həmçinin 25TB həcmə malik modellər də var, hər iki variant 3.5’’ formatında hazırlanıb. Bu da bu növ daşıyıcılar üçün tipik format sayılmır. İnterfeys qismində daha çox server sistemlərində geniş yayılan SAS götürülüb, çox güman ki 12Gbit/s məlumat ötürülməsi sürətinə malik son versiyasından istifadə olunub. 10TB həcmə malik sərt disklə enerjiyə olan tələbatı üzrə müqayisədə yenilik təsadüfi yazma əməliyyatlarında 100 dəfə sürətli, oxuma əməliyyatları ilə müqayisədə 500 dəfə sürətli, 98% daha az gecikmə və 65% daha aşağı temperatura malikdir. Daha maraqlısı isə budur: SSD mexaniki hissə və güclü mühərrikə malik deyil, buna görə də daha az qızır.

ExaDrive daşıyıcıları nearline adlandırılan aralıq keçidlərin yaddaş sistemlərində sərt diskləri əvəz etmək üçün nəzərdə tutulub. Adətən belə yerlərdə sərt diskdən istifadə olunur, lakin Nimbus Data bu ənənəni pozdu. Yeniliyin etibarlılığı öz yerindədir. İstehsalçı 10 il yazma və nasazlığa qədər 2 milyon saat zəmanət verir. 2020-ci ilə qədər şirkət belə yaddaş daşıyıcılarının həcmini 500TB-a qədər artırmaq niyyətindədir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR